Bizə yazın

Baku

-°C

USD

-

Səhər oyananda başgicəllənməsi və göz qaralması nədən xəbər verir?  

Tibb 24 İyul 2026, 08:26

3847

Səhər yuxudan oyanarkən qəfil ayağa qalxdığınız zaman gözünüz qaralır, başınız gicəllənir, özünüzü halsız hiss edirsinizsə, bu vəziyyəti adi yorğunluq kimi qəbul etməyin. Bu əlamətlər bir sıra sağlamlıq problemlərinin, xüsusilə də qanazlığının (anemiyanın) ilk xəbərdaredici siqnallarından biri ola bilər.

Citypost.az-ın məlumatına görə, qanazlığı zamanı orqanizmdə oksigen daşıyan qırmızı qan hüceyrələrinin və ya hemoqlobinin miqdarı azalır. Nəticədə beyin və digər orqanlara kifayət qədər oksigen çatmır. Bu isə başgicəllənməsi, göz qaralması, ümumi halsızlıq, tez yorulma, diqqətin azalması və yaddaş zəifləməsi kimi şikayətlərlə özünü göstərir.Lakin unutmaq olmaz ki, hər başgicəllənməsi yalnız qanazlığı demək deyil. Aşağı arterial təzyiq, susuzlaşma, ürək-damar sistemi xəstəlikləri, hormonal pozğunluqlar və bəzi nevroloji problemlər də oxşar əlamətlər yarada bilər. Buna görə də düzgün diaqnoz üçün həkim müayinəsi vacibdir.

Hansı analizlər aparılmalıdır?

Əgər sizdə bu şikayətlər davamlıdırsa, həkim aşağıdakı laborator müayinələri tövsiyə edə bilər:

Ümumi qan analizi;

Ferritin analizi (dəmir ehtiyatını qiymətləndirmək üçün);

Transferrin və dəmir mübadiləsi göstəriciləri;

Vitamin B12 səviyyəsi;

Fol turşusu analizi;

Zərurət olduqda D vitamini və digər biokimyəvi göstəricilər.

Bu analizlərin nəticələri qanazlığının olub-olmadığını və onun səbəbini müəyyən etməyə kömək edir.

Müalicə necə aparılır?

Əgər müayinələr nəticəsində dəmir çatışmazlığı və ya digər növ qanazlığı aşkarlanarsa, müalicə yalnız həkim tərəfindən təyin edilməlidir. Adətən xəstəyə dəmir preparatları, B12 vitamini və ya fol turşusu təyin edilir. Dəmir preparatlarının qəbul müddəti bir neçə ay davam edə bilər və onların dozası yalnız laborator nəticələrə əsasən müəyyən edilir.

Eyni zamanda D vitamini çatışmazlığı da ümumi halsızlıq və zəifliyə səbəb ola bildiyi üçün, ehtiyac olduqda həkim D vitamini preparatları da təyin edə bilər.

Qidalanma da mühüm rol oynayır

Qanazlığının qarşısını almaq və müalicəyə dəstək olmaq üçün qidalanmaya diqqət yetirmək vacibdir. Rasionda aşağıdakı məhsulların olması tövsiyə edilir:

qırmızı ət;

qaraciyər;

balıq;

yumurta;

ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlər;

paxlalılar;

quru meyvələr.

Dəmirin sorulmasını artırmaq üçün C vitamini ilə zəngin meyvə və tərəvəzlərdən də istifadə etmək faydalıdır.

Vaxtında müalicə həyat keyfiyyətini artırır

Qanazlığı vaxtında aşkar edilərək düzgün müalicə olunduqda başgicəllənməsi, halsızlıq və göz qaralması kimi şikayətlər əksər hallarda aradan qalxır. Bundan əlavə, beynin oksigenlə təminatı yaxşılaşdığı üçün diqqət, yaddaş və öyrənmə qabiliyyəti də artır. İnsan özünü daha enerjili hiss edir, gündəlik fəaliyyətini daha rahat yerinə yetirə bilir.Əgər sizdə də səhərlər ayağa qalxarkən başgicəllənməsi və ya göz qaralması tez-tez təkrarlanırsa, bunu laqeyd yanaşmayın. Müvafiq analizlərdən keçərək həkimə müraciət etməyiniz sağlamlığınız üçün ən doğru addım olacaq.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30