Bizə yazın

Baku

-°C

USD

-

Burun əməliyyatından sonra niyə arxası üstə yatmaq lazımdır?

Tibb 24 İyul 2026, 09:23

4111

Burun əməliyyatı, xüsusilə rinoplastika və ya burun çəpərinin korreksiyası kimi cərrahi müdaxilələrdən sonra sağalma prosesinin uğurlu keçməsi üçün həkim tövsiyələrinə ciddi əməl etmək vacibdir. Mütəxəssislərin sözlərinə görə, əməliyyatdan sonrakı dövrdə düzgün yatış mövqeyi burundakı şişkinliyin azalmasına, toxumaların daha rahat bərpasına və mümkün ağırlaşmaların qarşısının alınmasına kömək edir.

Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, burun əməliyyatından sonra ən çox rast gəlinən səhvlərdən biri üzüstə və ya böyrü üstə yatmaqdır. Bu vəziyyətdə insan yuxu zamanı fərqinə varmadan üzünü yastığa sıxa və əməliyyat olunmuş buruna təzyiq göstərə bilər. Bu isə burunda şişkinliyin artmasına, ağrı və narahatlığın güclənməsinə, bəzi hallarda isə sağalma prosesinin ləngiməsinə səbəb ola bilər.

Mütəxəssislər xüsusilə əməliyyatdan sonrakı ilk günlərdə arxası üstə yatmağı tövsiyə edirlər. Baş və çiyinlərin iki yastıq vasitəsilə bir qədər hündür vəziyyətdə saxlanılması venoz qanın daha rahat dövran etməsinə kömək edir. Bu mövqe burundakı ödemin və şişkinliyin daha tez azalmasına şərait yaradır.

Həkimlərin sözlərinə görə, gecə yuxu zamanı qeyri-ixtiyari olaraq yana çevrilməmək üçün bəzi insanlar bədənin hər iki tərəfinə yastıq yerləşdirə bilərlər. Bu üsul xüsusilə ilk həftələrdə daha rahat və təhlükəsiz yuxu mövqeyinin qorunmasına kömək edir.Əməliyyatdan sonrakı dövrdə burunda tutulma hissi, selikli qişanın şişməsi, quruluq, qıcıqlanma, qabıqlanma və bəzən yüngül qanlı ifrazat da müşahidə oluna bilər. Bu hallar əksər hallarda sağalma prosesinin təbii hissəsi hesab olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə vəziyyətlərdə burun daxilini özbaşına təmizləmək, qabıqları qoparmaq və ya burunu güclü şəkildə təmizləməyə çalışmaq düzgün deyil. Bu cür müdaxilələr tikişlərə zərər verə, qanaxmaya səbəb ola və sağalma müddətini uzada bilər.Burun selikli qişasının nəmləndirilməsi və bərpasının dəstəklənməsi üçün həkim məsləhəti ilə xüsusi nəmləndirici burun spreylərindən istifadə oluna bilər. Bu məqsədlə istifadə edilən vasitələrdən biri də Sinusol Pantenol burun spreyidir.

Bildirilir ki, məhsulun tərkibində olan pantenol burun selikli qişasının bərpasını dəstəkləməyə kömək edir. Tərkibindəki izotonik dəniz suyu isə burun boşluğunu nəmləndirərək quruluğun, qıcıqlanmanın və qabıqlanmanın azalmasına dəstək verir.

Mütəxəssislərin sözlərinə görə, bu tip spreylər xüsusilə burun əməliyyatlarından sonra, burun daxilində quruluq, həssaslıq və narahatlıq yarandıqda faydalı ola bilər. Bundan başqa, məhsul adi burun qanamaları, selikli qişanın qıcıqlanması və bəzi yüngül travmalardan sonra da istifadə edilə bilər.

Qeyd olunur ki, məhsul damar daraldıcı komponentlər ehtiva etmədiyi üçün uzunmüddətli istifadədə asılılıq yaratmır. İstifadə qaydası isə adətən gün ərzində bir neçə dəfə hər burun dəliyinə 1–2 dəfə püskürtməkdən ibarətdir. Lakin hər bir halda istifadə etməzdən əvvəl əməliyyatı həyata keçirən həkimin tövsiyəsinə əməl olunmalıdır.

Mütəxəssislər xatırladırlar ki, burun əməliyyatından sonrakı ilk həftələrdə düzgün yatış mövqeyi, həkimin təyin etdiyi dərmanların vaxtında qəbulu, buruna zərbə və təzyiqdən qorunmaq, ağır fiziki işlərdən uzaq durmaq və mütəmadi nəzarət müayinələrinə getmək uğurlu sağalma üçün əsas şərtlərdən hesab olunur. Burunda güclü qanaxma, yüksək hərarət, şiddətli ağrı və ya digər narahatedici əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30