Bizə yazın

Baku

-°C

USD

-

Mədəaltı vəzi niyə gec xəbər verir?

Tibb 27 İyul 2026, 10:45

3981

Mədəaltı vəzi xəstəliklərinin diaqnozu əksər hallarda gec qoyulur. Mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəbi mədəaltı vəzin yüksək kompensasiya qabiliyyətinə malik olmasıdır. Orqanın bir hissəsində problem yaransa belə, sağlam qalan hissə uzun müddət onun funksiyasını yerinə yetirə bilir. Nəticədə xəstəlik ilk mərhələlərdə ciddi əlamətlərlə özünü göstərmir və bir çox insan şikayətlərini adi həzm pozğunluğu hesab edərək həkimə müraciəti gecikdirir.

Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, mədəaltı vəzin əsas vəzifəsi qidaların həzmi üçün vacib olan fermentləri hazırlamaqdır. Bu fermentlərdən lipaza yağların, amilaza karbohidratların, proteaza isə zülalların parçalanmasına kömək edir. Fermentlərin ifrazı azaldıqda qidalar tam həzm olunmur və müxtəlif həzm problemləri meydana çıxır.İlk mərhələdə müşahidə olunan əlamətlər adətən diqqətdən kənarda qalır. Yeməkdən sonra qarında köp, gəyirmə, ürəkbulanma, ağırlıq hissi, həzmsizlik və qarında narahatlıq bir çox insan tərəfindən "mədəmdəndir", "çox yemişəm", "qazdır" kimi qiymətləndirilir. Halbuki bu şikayətlər bəzən mədəaltı vəzin fəaliyyətinin zəifləməsinin ilk xəbərdaredici siqnalları ola bilər.Elmi araşdırmalar göstərir ki, mədəaltı vəzin ferment ifrazı təxminən 90 faizə qədər azalmayana qədər xəstəlik özünü açıq şəkildə büruzə verməyə bilər. Məhz buna görə də bu orqanın xəstəlikləri çox vaxt gec mərhələdə aşkarlanır. Xəstə uzun müddət müxtəlif həzm problemləri yaşasa da, əsas səbəb müəyyən edilmədiyi üçün müalicə də gec başlayır.

Mütəxəssislərin sözlərinə görə, xüsusilə yağlı yeməklərdən sonra şikayətlərin artması diqqətə alınmalıdır. Yağlı qidalardan sonra qarında şişkinlik, köp, gəyirmə, ürəkbulanma və ağırlıq hissinin yaranması lipaza fermentinin çatışmazlığının əlaməti ola bilər. Vaxt keçdikcə daha ciddi simptomlar meydana çıxır.Bu əlamətlər arasında nəcisin yağlı və pis qoxulu olması, açıq rəng alması, suyun üzərində qalması, səbəbsiz arıqlama, yeməkdən sonra güclü halsızlıq, qarının yuxarı hissəsində başlayaraq bel nahiyəsinə yayılan ağrılar xüsusi diqqət tələb edir. Belə hallarda özbaşına diaqnoz qoymaq və ya internetdə oxunan məlumatlarla müalicəyə başlamaq düzgün hesab edilmir.

Mütəxəssislər vurğulayırlar ki, bu cür şikayətlər olduqda mütləq həkimə müraciət edilməli, mədəaltı vəzi ilə yanaşı öd kisəsi, qaraciyər, mədə və bağırsaq sistemi də kompleks şəkildə müayinə olunmalıdır. Erkən diaqnoz xəstəliyin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır.Həkim müayinəsi nəticəsində ferment çatışmazlığı təsdiqlənərsə, müalicə planına ferment tərkibli preparatlar daxil edilə bilər. Mütəxəssislərin bildirdiyinə görə, **Mikrazim 25000** həzm fermentləri tərkibli dərman vasitələrindən biridir. Preparatın tərkibində lipaza, amilaza və proteaza fermentləri mövcuddur. Bu fermentlər yağların, karbohidratların və zülalların parçalanmasına kömək edərək qidaların daha yaxşı həzm olunmasına dəstək verir.Preparatın tərkibindəki mikroqranullar qida ilə qarışaraq bağırsaqda fermentlərin daha effektiv işləməsinə şərait yaradır. Kapsul adətən yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul edilir. Onu çeynəmək və ya əzmək tövsiyə olunmur, kifayət qədər su ilə bütöv udulmalıdır.

Mütəxəssislər sonda bir daha xatırladırlar ki, davamlı həzm problemləri, xüsusilə yağlı qidalardan sonra yaranan narahatlıqlar adi hal kimi qəbul edilməməlidir. Vaxtında aparılan müayinə və düzgün müalicə mədəaltı vəzin funksiyasının qorunmasına, ağırlaşmaların qarşısının alınmasına və həyat keyfiyyətinin yüksəlməsinə kömək edə bilər. Ferment preparatları isə yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30