Qızıl yel özünü necə göstərir?
Tibb 28 İyul 2026, 11:26
4367
Ayaqda qəfil başlayan şişkinlik, qızartı, güclü ağrı, hərəkət zamanı çətinlik, dəridə gərginlik, bəzən isə suluq və yara əmələ gəlməsi insanların tez-tez rastlaşdığı, lakin əksər hallarda ciddi qəbul etmədiyi əlamətlərdəndir. Halbuki bu əlamətlər dərinin və yumşaq toxumaların kəskin bakterial infeksiyası olan qızıl yel (roja) xəstəliyinin göstəricisi ola bilər. Mütəxəssislər bildirirlər ki, xəstəliyin vaxtında diaqnostikası və düzgün müalicəsi ağırlaşmaların qarşısını almaqda həlledici rol oynayır.
Citypost.az-ın məlumatına görə, həkimlərin sözlərinə görə, qızıl yel əsasən ayaqlarda müşahidə olunur. Xəstəlik çox vaxt qəfil başlayır. Ayaq sürətlə şişir, qızarır, toxunduqda isti olur və güclü ağrı yaranır. Bəzi hallarda insan ayağının üstünə basa bilmir, yeriməkdə çətinlik çəkir. İnfeksiya irəlilədikcə dəridə suluqlar, qabarcıqlar və hətta açıq yaralar meydana gələ bilər. Bununla yanaşı yüksək hərarət, üşütmə, halsızlıq və ümumi zəiflik də müşahidə oluna bilər.
Mütəxəssislər qeyd edirlər ki, qızıl yel dərinin bütövlüyü pozulduqda bakteriyaların orqanizmə daxil olması nəticəsində yaranır. Ayaqda göbələk infeksiyası, daban çatları, xırda kəsiklər, cızıqlar, şəkərli diabet, limfa dövranının pozulması, venoz çatışmazlıq və immun sisteminin zəifləməsi xəstəliyin inkişaf riskini artıran əsas amillər sırasındadır.
Həkimlərin sözlərinə görə, düzgün seçilmiş müalicə ilə qızıl yelin kəskin mərhələsini ilk müalicə kursunda tam nəzarət altına almaq mümkündür. Vaxtında başlanılan terapiya infeksiyanın yayılmasının qarşısını alır, ağrı və iltihabı azaldır, toxumaların bərpasını sürətləndirir. Lakin müalicə yarımçıq saxlanıldıqda və ya həkim tövsiyələrinə əməl edilmədikdə xəstəlik təkrar-təkrar qayıda bilər.
Mütəxəssislər bildirirlər ki, qızıl yelin təkrarlanmaması üçün ayaqların gigiyenasına xüsusi diqqət yetirilməli, dəri daim təmiz və quru saxlanılmalı, göbələk infeksiyaları vaxtında müalicə edilməli, daban çatları və kiçik yaralar belə nəzarətsiz buraxılmamalıdır. Şəkərli diabet və damar problemləri olan şəxslər isə mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar.
Həmçinin oxuyun
Həkimlər vurğulayırlar ki, ayaqda qəfil qızartı, şişkinlik, dözülməz ağrı, suluq və ya yara əmələ gəldikdə özbaşına antibiotik qəbul etmək və ya müxtəlif məlhəmlərlə müalicəyə çalışmaq düzgün yanaşma deyil. Belə hallarda mütləq həkimə müraciət edilməli, diaqnoz dəqiqləşdirilməli və uyğun müalicə başlanmalıdır.
Mütəxəssislərin fikrincə, xəstəlik tam sağaldıqdan sonra da profilaktik tədbirlərə riayət etmək böyük əhəmiyyət daşıyır. Çünki düzgün qulluq və risk faktorlarının aradan qaldırılması sayəsində qızıl yelin yenidən yaranma ehtimalını minimuma endirmək mümkündür. Bu səbəbdən ayaqlarda baş verən hər hansı qeyri-adi dəyişikliklər diqqətdən kənarda saxlanılmamalı və vaxtında tibbi yardım alınmalıdır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı
Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...
26 Oktyabr 2026, 10:30
Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI
Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...
26 Oktyabr 2026, 09:30
Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq
Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...
26 Oktyabr 2026, 08:30
Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq
Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...
23 Oktyabr 2026, 10:30
Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin
Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...
23 Oktyabr 2026, 09:30
Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi
Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...
23 Oktyabr 2026, 08:30