Gecələr dişləri qıcamaq (Bruksizm): Çənə oynağını sıradan çıxaran psixosomatik səbəb
Tibb 12 Avqust 2026, 12:43
4121
Gündəlik həyatda bir çox insanın fərqində olmadan qarşılaşdığı, xüsusilə yuxu zamanı şüursuz şəkildə dişləri sıxmaq və ya bir-birinə sürtmək vərdişi tibbdə bruksizm adlanır. Əksər hallarda səhərlər baş, boyun və çənə nahiyəsində ağrılarla, dişlərin həssaslaşması ilə özünü göstərən bu vəziyyət sadə bir ağız boşluğu problemi deyil. Həkim-stomatoloqlar və psixoterapevtlər bildirirlər ki, bruksizm orqanizmin daxili gərginliyə verdiyi fiziki cavabdır və çənə-üz oynağını zədələyən əsas psixosomatik səbəblərdən biri hesab olunur.
Citypost.az xəbər verir ki, bruksizmin yaranmasında başlıca rol oynayan psixosomatik amillər xroniki stres, həll olunmamış emosional gərginlik, təşviş pozuntusu və basdırılmış qəzəbdir. Gün ərzində yaşanılan emosional yük, iş stresi və ya psixoloji gərginlik yuxu zamanı mərkəzi sinir sisteminin tam rahatlaşmasına mane olur. Nəticədə beyin çənə əzələlərinə impuls göndərərək onların qeyri-iradi, kəskin şəkildə yığılmasına səbəb olur. İnsan yatarkən çənə əzələləri günüz saatlarında tətbiq oluna biləcək qüvvədən dəfələrlə artıq təzyiq göstərir ki, bu da birbaşa onurğa və çənə sisteminə zərər vurur.
Gece dişqıcamanın ən ağır nəticəsi gicgah-çənə oynağının (TMJ) tədricən sıradan çıxması və deformasiyaya uğramasıdır. Mütəmadi olaraq aşırı təzyiqə Məruz qalan çənə oynağında qığırdaq toxuması yeyilir, oynaq daxili disk yerini dəyişir və nəticədə ağzı açıb-bağlayarkən xırçıltı, kəskin ağrı, hətta çənənin kilidlənməsi kimi ağır fəsadlar yaranır. Eyni zamanda, dişlərin emal qatı yeyilərək çatlayır, dişlər boylama oxu boyunca zəifləyir, dəmirlər və dolğular tez xarab olur. Müalicə olunmadıqda bu proses üz asimmetriyasına və xroniki gərginlik baş ağrılarına gətirib çıxarır.
Bruksizmlə mübarizə kompleks yanaşma tələb edir. Müalicə prosesində ilk növbədə dişlərin və çənə oynağının daha çox zədələnməsinin qarşısını almaq üçün stomatoloq tərəfindən fərdi olaraq hazırlanan xüsusi qoruyucu gecə kapalarından istifadə edilməlidir. Lakin problemin kökündə duran psixosomatik səbəbi aradan qaldırmaq üçün stresin idarə olunması, yuxu gigiyenasına riayət edilməsi, axşam saatlarında meditasiya və ya rahatlaşdırıcı vərdişlərin tətbiqi, ehtiyac olduqda isə psixoloji dəstəyin alınması vacibdir. Yalnz bu şəkildə həm çənə oynağının sağlamlığını qorumaq, həm də gecə bruksizmindən tamamilə azad olmaq mümkündür.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı
Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...
26 Oktyabr 2026, 10:30
Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI
Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...
26 Oktyabr 2026, 09:30
Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq
Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...
26 Oktyabr 2026, 08:30
Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq
Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...
23 Oktyabr 2026, 10:30
Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin
Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...
23 Oktyabr 2026, 09:30
Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi
Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...
23 Oktyabr 2026, 08:30