Bizə yazın

Baku

-°C

USD

-

Mədə-bağırsaq florasını bərpa edən təbii probiyotiklər və prebiyotiklər

Tibb 01 Sentyabr 2026, 21:00

3680

Mədə-bağırsaq florası, yəni mikrobiom bədənimizin həzm prosesini tənzimləyən, immun sistemini gücləndirən, ümumi sağlamlığı qoruyan milyardlarla faydalı mikroorqanizmdən ibarətdir. Stres, keyfiyyətsiz bəslənmə, xüsusilə də nəzarətsiz antibiotik istifadəsi bu həssas balansı pozaraq zərərli bakteriyaların artmasına şərait yaradır. Bağırsaq mikrobiomunu bərpa etmək, faydalı bakteriyaların sayını artırmaq üçün rasiona təbii probiyotiklər, onları qidalandıran prebiyotiklərin daxil edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Citypost.az xəbər verir ki, probiyotiklər canlı faydalı mikroorqanizmlərlə zəngin olan, həzm sisteminə doğrudan canlı bakteriyalar qazandıran fermentasiya olunmuş qidalardır. Ən zəngin təbii probiyotik mənbələrinə təbii üsulla hazırlanan qatıq, kefır, kəsmik, şoraba (xüsusən kələm turşusu) daxildir. Bu qidaların mütəmadi istehlakı bağırsaq divarını qoruyan faydalı laktobasil, bifidobakteriyaların populyasiyasını artırır. Fermmentasiya olunmuş məhsullar bağırsaq keçiriciliyini azaldır, iltihab proseslərinin qarşısını alır, qidaların həzm olunaraq tam sorulmasını təmin edir.

Prebiyotiklər isə həzm olunmayan, lakin faydalı bağırsaq bakteriyalarının çoxalması, qidalanması üçün mühüm rol oynayan lifli maddələrdir. Probiyotiklərin bədəndə effektiv kök salması üçün prebiyotik qidaların qəbulu vacibdir. Ən güclü təbii prebiyotik mənbələrinə sarımsaq, soğan, pırasa, enginar, qulançar, banan, yulaf, noxud, mərci kimi paxlalılar aid edilir. Bu qidaların tərkibindəki inulin, davamlı nişasta bağırsaq bakteriyaları tərəfindən həzm edilərək qısa zəncirli yağ turşularına çevrilir, daxili mikrofloraya canlılıq qazandırır.

Mədə-bağırsaq florasını tam bərpa etmək üçün probiyotiklərlə prebiyotikləri birgə, yəni sinbiotik şəkildə qəbul etmək daha yüksək nəticə verir. Məsələn, kefirlə yulafın, yaxud sarımsaqlı qatığın birgə istehlakı faydalı mikroorqanizmlərin bağırsaqda çoxalma sürətini dəfələrlə artırır. Şəkərli, emal olunmuş qidalardan uzaq durmaq, kifayət qədər su içmək, probiyotik-prebiyotik balansını qorumaq həzm problemlərini kökündən həll edərək immun müqavimətini yüksəldir.

Səkinə Yusifova/Citypost.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30