Bizə yazın

Baku

-°C

USD

-

Bel yırtığı ağrıları öz-özünə keçə bilər? – Mütəxəssislər AÇIQLADI

Tibb 08 Sentyabr 2026, 08:34

3210

Bel yırtığı nəticəsində yaranan bel və ayaq ağrıları bir çox insanın qarşılaşdığı sağlamlıq problemlərindən biridir. Lakin mütəxəssislərin sözlərinə görə, hər bel yırtığı eyni şəkildə inkişaf etmir və bütün xəstələrdə eyni müalicə nəticəsini vermir. Xəstənin yaşı, fiziki vəziyyəti, yanaşı xəstəliklərinin olub-olmaması və yırtığın yaratdığı təsirlər sağalma prosesində mühüm rol oynayır.

Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bel yırtığı nəticəsində yaranan bel ağrıları və ya ayağa yayılan ağrılar bəzi hallarda zaman keçdikcə öz-özünə azala və aradan qalxa bilər. Bu vəziyyət daha çox gənc, fiziki cəhətdən sağlam və başqa ciddi xəstəlikləri olmayan insanlarda müşahidə edilir.Xüsusilə gənc yaşlarda orqanizmin bərpa imkanlarının daha yüksək olması, əzələ və toxumaların vəziyyətinin daha yaxşı olması xəstənin müalicə və sağalma prosesinə müsbət təsir göstərə bilər. Belə xəstələrdə düzgün istirahət, həkim nəzarəti və uyğun müalicə nəticəsində ağrıların azalması mümkündür.

Bel yırtığı zamanı ağrı yalnız bel nahiyəsində hiss olunmur. Bəzi hallarda yırtıq sinir köklərinə təsir etdiyi üçün ağrı ayağa, bud nahiyəsinə və digər bölgələrə yayıla bilər. Ayağa yayılan ağrı, keyimə və digər narahatlıqlar xəstənin gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.Lakin yaş artdıqca vəziyyət fərqli ola bilər. Daha yaşlı insanlarda disk yırtığı nəticəsində yaranan ağrıların öz-özünə keçməsi hər zaman mümkün olmur. Yaşlı şəxslərdə onurğada yaşla bağlı degenerativ dəyişikliklər, disk toxumasında aşınmalar və digər problemlər də mövcud ola bilər. Bu səbəbdən ağrıların səbəbi yalnız disk yırtığı ilə məhdudlaşmaya bilər.

Mütəxəssislərin fikrincə, yaşlı xəstələrdə bel və ayaq ağrılarının uzun müddət davam etməsi daha diqqətli tibbi qiymətləndirmə tələb edir. Çünki belə hallarda yanaşı xəstəliklər və onurğada baş verən digər dəyişikliklər də nəzərə alınmalıdır.Bununla yanaşı, bel yırtığı olan hər bir xəstəyə eyni yanaşmanın tətbiq edilməsi düzgün deyil. Müalicə xəstənin yaşına, şikayətlərinin müddətinə və şiddətinə, nevroloji vəziyyətinə, yanaşı xəstəliklərinə və aparılan müayinələrin nəticələrinə uyğun şəkildə müəyyənləşdirilməlidir.

Həkimlər xüsusilə vurğulayırlar ki, bel ağrısı və ya ayağa yayılan ağrı uzun müddət davam edərsə, güclənərsə və ya keyimə, əzələ zəifliyi kimi əlavə əlamətlərlə müşayiət olunarsa, xəstə mütləq mütəxəssisə müraciət etməlidir. Çünki vaxtında aparılan düzgün müayinə ağrının əsl səbəbini müəyyənləşdirməyə və xəstə üçün uyğun müalicə taktikasını seçməyə kömək edir.

Yeganə 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30