Bizə yazın

Baku

-°C

USD

-

Zob xəstəsi ömür boyu dərman qəbul etməlidirmi? – Mütəxəssisdən açıqlama

Tibb 08 Sentyabr 2026, 09:37

4154

Qalxanabənzər vəz, yəni xalq arasında daha çox “zob” adlandırılan xəstəlikləri olan insanların ən çox verdiyi suallardan biri dərmanların nə qədər müddət qəbul edilməli olması ilə bağlıdır. Bir çox pasiyent düşünür ki, zob diaqnozu qoyulduqdan sonra ömrünün sonuna qədər dərman qəbul etməyə məcbur olacaq. Lakin mütəxəssislərin sözlərinə görə, bu suala hamı üçün eyni cavab vermək mümkün deyil. Çünki qalxanabənzər vəzin müxtəlif xəstəlikləri mövcuddur və hər xəstəliyə fərqli yanaşma tələb olunur.

Citypost.az xəbər verir ki, bəzi xəstələrdə dərman müalicəsi uzunmüddətli, hətta ömürlük ola bilər. Digər xəstələrdə isə müəyyən müddət aparılan müalicədən sonra dərmanların dayandırılması mümkündür. Bu, əsasən xəstəliyin növündən, qalxanabənzər vəzin vəziyyətindən və hormonların səviyyəsindən asılıdır.Məsələn, Haşimoto tireoiditi olan bütün xəstələrin ömür boyu dərman qəbul etməsi mütləq deyil. Haşimoto xəstəliyi olan bəzi pasiyentlərdə qalxanabənzər vəzin fəaliyyəti hələ normal şəkildə davam edir və hormon göstəricilərində ciddi problem müşahidə olunmur. Belə xəstələr müəyyən dövrlərdə yalnız həkim nəzarətində saxlanıla və mütəmadi müayinələrdən keçirilə bilərlər. Yəni Haşimoto diaqnozunun olması avtomatik olaraq hər bir pasiyentin dərman qəbul etməsi demək deyil.Lakin başqa bir qrup xəstədə vəziyyət tamamilə fərqli olur. Əgər Haşimoto xəstəliyi nəticəsində qalxanabənzər vəz ciddi şəkildə zədələnibsə və nəticədə orqanizmdə tiroid hormonlarının çatışmazlığı yaranıbsa, həmin hormonların əvəzedici şəkildə xaricdən verilməsi lazım gəlir. Bu zaman xəstəyə əvəzedici hormon terapiyası təyin edilir. Belə hallarda orqanizmin istehsal edə bilmədiyi hormon dərman vasitəsilə əvəz olunur.

Bu kateqoriyadan olan xəstələrdə dərman müalicəsinin uzun müddət, bəzi hallarda isə ömür boyu davam etməsi tələb oluna bilər. Çünki qalxanabənzər vəz öz funksiyasını kifayət qədər yerinə yetirə bilmədikdə, orqanizmin ehtiyac duyduğu hormonun xaricdən təmin edilməsi zəruri olur.Ömürlük hormon terapiyasına ehtiyac yaranan digər vəziyyətlərdən biri də qalxanabənzər vəzin tamamilə çıxarıldığı hallardır. Məsələn, bəzi düyünlər, ciddi xəstəliklər və ya qalxanabənzər vəzin xərçəngi səbəbindən cərrahi əməliyyat aparılaraq vəzi tam çıxarıla bilər. Belə xəstələrdə artıq hormon istehsal edən qalxanabənzər vəz olmadığı üçün orqanizmin ehtiyac duyduğu hormon dərman vasitəsilə təmin edilməlidir.Bu halda dərmanın özbaşına dayandırılmasından söhbət gedə bilməz. Çünki vəzi tamamilə çıxarıldıqda orqanizm həmin hormonları əvvəlki şəkildə istehsal edə bilmir və xəstə əvəzedici hormon terapiyasına ehtiyac duyur.

Bununla yanaşı, qalxanabənzər vəzin elə xəstəlikləri də var ki, həmin hallarda dərman müalicəsi müvəqqəti xarakter daşıyır. Məsələn, bəzi tireoiditlərdə və ya qalxanabənzər vəzin müəyyən funksional pozuntularında dərmanlar müəyyən müddət təyin edilir. Xəstəliyin aktiv mərhələsi başa çatdıqdan və vəziyyət sabitləşdikdən sonra həkim nəzarəti altında dərmanların dayandırılması mümkün ola bilər.Bəzi xəstəliklərdə isə müalicə təxminən bir il və ya bir il yarım davam etdirilə bilər. Müalicə nəticəsində xəstəlik remissiya mərhələsinə keçərsə, yəni xəstəliyin aktivliyi azalarsa və hormon göstəriciləri normallaşarsa, həkim dərmanların tədricən və ya tamamilə dayandırılması barədə qərar verə bilər. Bundan sonra isə pasiyent müəyyən müddət mütəmadi nəzarətdə saxlanılır.

Mütəxəssislər vurğulayırlar ki, qalxanabənzər vəz xəstəliklərində ən vacib məsələlərdən biri dərmanların özbaşına dayandırılmamasıdır. Pasiyent özünü yaxşı hiss etsə belə, bu, hər zaman xəstəliyin tamamilə aradan qalxması demək deyil. Bəzi hallarda dərman vasitəsilə hormonlar normada saxlanılır və dərman dayandırıldıqda problem yenidən ortaya çıxa bilər.Bu səbəbdən “zob xəstəsi ömür boyu dərman qəbul etməlidirmi?” sualına ümumi şəkildə “bəli” və ya “xeyr” cavabı vermək düzgün deyil. Hər şey xəstənin hansı qalxanabənzər vəz xəstəliyindən əziyyət çəkməsindən, hormonların səviyyəsindən, vəzin strukturundan və funksional vəziyyətindən asılıdır.

Bəzi pasiyentlər yalnız müəyyən müddət müalicə alaraq sonradan dərmanları dayandıra bilirlər. Bəzi xəstələr isə hormon çatışmazlığı və ya qalxanabənzər vəzin tamamilə çıxarılması səbəbindən ömür boyu əvəzedici terapiyaya ehtiyac duyurlar.Yəni qalxanabənzər vəz xəstəliklərində vahid müalicə modeli yoxdur. Hər bir xəstəlik və hər bir pasiyent ayrıca qiymətləndirilməli, müalicənin müddəti isə yalnız müvafiq müayinələrin və hormon analizlərinin nəticələrinə əsasən həkim tərəfindən müəyyən edilməlidir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30