Bizə yazın

Baku

-°C

USD

-

Tez-tez xəstələnirsinizsə, səbəb immunitet zəifliyi olmaya bilər – Həkimdən vacib açıqlama

Tibb 05 Oktyabr 2026, 09:30

2480

İlin müxtəlif dövrlərində tez-tez soyuqdəymə, virus infeksiyaları və digər xəstəliklərlə üzləşən insanların bir qismi bunu immunitet sisteminin zəif olması ilə əlaqələndirir. Xüsusilə bir xəstəlikdən sağaldıqdan qısa müddət sonra yenidən xəstələnmək insanlarda “immunitetim zəifdir” düşüncəsi yaradır. Lakin mütəxəssislər bildirirlər ki, tez-tez xəstələnmək hər zaman immun sisteminin zəif olması anlamına gəlmir. Bunun arxasında həyat tərzi, qidalanma, stress, bəzi vitamin və mineral çatışmazlıqları, eləcə də müxtəlif xəstəliklər dayana bilər.

Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən kardioloq-terapevt İslam Əziz bildirib ki, pasiyentlər ona tez-tez “Doktor, niyə mən tez-tez xəstələnirəm, immunitetim zəifdir?” sualı ilə müraciət edirlər. Həkimin sözlərinə görə, belə hallarda ilk növbədə problemin əsl səbəbini müəyyənləşdirmək lazımdır.

“Pasiyentlərimin mənə tez-tez verdiyi suallardan biri budur: “Doktor, mən niyə tez-tez xəstələnirəm, mənim immunitetim zəifdir?” Mənim isə buna cavabım belə olur ki, sizin tez-tez xəstələnməyiniz mütləq immunitetinizin zəif olması demək deyil. Bunun müxtəlif səbəbləri ola bilər və həmin səbəbləri araşdırmaq lazımdır”, – deyə İslam Əziz bildirib.

Həkim qeyd edib ki, xroniki stress insan orqanizminin ümumi vəziyyətinə ciddi təsir göstərən amillərdən biridir. Davamlı stress, kifayət qədər istirahət etməmək və yuxu rejiminin pozulması insanın özünü daim yorğun və halsız hiss etməsinə, orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətinin azalmasına səbəb ola bilər.

“Bunun səbəbi xroniki stress, xüsusilə də düzgün olmayan qidalanma ola bilər. İnsan uzun müddət keyfiyyətsiz və balanssız qidalanırsa, orqanizmin ehtiyac duyduğu bir sıra vitamin və minerallar kifayət qədər qəbul olunmaya bilər. Nəticədə insan özünü zəif hiss edir, tez yorulur və müxtəlif infeksiyalara qarşı daha həssas ola bilər”, – deyə mütəxəssis vurğulayıb.

İslam Əzizin sözlərinə görə, bəzi hallarda tez-tez xəstələnmənin və uzun müddət özünə gəlməməyin səbəbi orqanizmdə müəyyən maddələrin çatışmazlığı ilə bağlı ola bilər. Bu baxımdan qan analizlərinin aparılması və ehtiyac olduğu halda müvafiq göstəricilərin yoxlanılması əhəmiyyətlidir.

“Qanınızda hemoglobin, dəmir, B12 vitamini, D vitamini, selen kimi bəzi maddələrin çatışmazlığı ola bilər. Bunların hər biri insanın ümumi vəziyyətinə təsir göstərə bilər. Məsələn, dəmir və B12 çatışmazlığı halsızlıq, yorğunluq və zəifliklə müşayiət oluna bilər. D vitamininin aşağı olması da müxtəlif şikayətlərlə əlaqəli ola bilər. Ona görə də insan özünü daim zəif hiss edirsə, bunun səbəbini sadəcə “immunitetim zəifdir” deyə qiymətləndirmək düzgün deyil”, – deyə həkim bildirib.

Mütəxəssis vurğulayıb ki, tez-tez xəstələnmənin arxasında yalnız vitamin və mineral çatışmazlığı deyil, bəzi xroniki xəstəliklər də dayana bilər. Xüsusilə şəkərli diabet və qalxanabənzər vəzinin fəaliyyətində yaranan pozuntular orqanizmin ümumi vəziyyətinə təsir edə bilər.

“Şəkərli diabet və qalxanabənzər vəzinin xəstəlikləri də bu cür şikayətlərə səbəb ola bilər. Buna görə insan tez-tez xəstələnirsə, uzun müddət sağalmırsa və özünü daim yorğun, halsız hiss edirsə, bunun səbəbini araşdırmaq lazımdır. Bəzən pasiyent aylarla özünü immuniteti zəif hesab edir, amma müayinələr zamanı tamam başqa problem aşkarlanır”, – deyə İslam Əziz qeyd edib.

Həkim həyat tərzinin də insanın ümumi sağlamlığında mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, həddindən artıq alkoqol və spirtli içkilərdən istifadə, fiziki aktivliyin az olması, düzgün qidalanmamaq və uzun müddət hərəkətsiz qalmaq orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərə bilər.

“Ən çox diqqət etməli olduğumuz məsələlərdən biri həyat tərzidir. Həddindən artıq alkoqol və spirtli içkilərdən istifadə etmək, fiziki hərəkətsizlik, düzgün qidalanmamaq və yuxu rejiminə əməl etməmək insanın sağlamlığına mənfi təsir göstərir. Bütün bunlar birlikdə insanın özünü daha tez yorğun və zəif hiss etməsinə gətirib çıxara bilər”, – deyə mütəxəssis əlavə edib.

İslam Əziz xüsusilə vurğulayıb ki, insanın tez-tez xəstələnməsi ilə yanaşı, xəstəliklərin uzun müddət davam etməsi də diqqətdən kənarda qalmamalıdır. Əgər şəxs bir infeksiyadan sonra uzun müddət özünə gələ bilmirsə, davamlı halsızlıq, yorğunluq və zəiflik yaşayırsa, bunun səbəbi həkim tərəfindən araşdırılmalıdır.

“Əgər siz tez-tez xəstələnirsinizsə, xəstəlikdən sonra uzun müddət sağalmırsınızsa, özünüzü daim yorğun və zəif hiss edirsinizsə, mütləq bunun səbəbini tapmaq lazımdır. Sadəcə olaraq “mənim immunitetim zəifdir” deyib bu vəziyyətlə barışmaq düzgün deyil. Əvvəlcə problemin mənbəyini müəyyənləşdirmək lazımdır”, – deyə kardioloq-terapevt bildirib.

Onun sözlərinə görə, səbəb müəyyənləşdirildikdən sonra həmin problemin aradan qaldırılması insanın ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına kömək edə bilər. Bu isə öz növbəsində tez-tez xəstələnmə hallarının azalmasına səbəb ola bilər.

“Əgər problemin səbəbini tapıb onu aradan qaldırsaq, bundan sonra sizin tez-tez xəstələnməyiniz də azala bilər. Bu zaman insanın ümumi vəziyyəti yaxşılaşır və orqanizmin xəstəliklərə qarşı müqaviməti də daha yaxşı ola bilər. Ona görə də immuniteti gücləndirmək üçün təsadüfi şəkildə vitamin və ya müxtəlif preparatlar qəbul etməkdənsə, ilk növbədə problemin kökünü araşdırmaq daha doğrudur”, – deyə İslam Əziz bildirib.

Mütəxəssis insanlara sağlam həyat tərzinə üstünlük verməyi, balanslı qidalanmağı, kifayət qədər yatmağı, fiziki aktivliyi artırmağı və uzunmüddətli stressdən mümkün qədər uzaq durmağı tövsiyə edib. Həmçinin tez-tez təkrarlanan xəstəliklər və uzunmüddətli halsızlıq zamanı özbaşına müalicə aparmaq əvəzinə həkimə müraciət etməyin vacibliyini vurğulayıb.

Yeganə 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30