Bizə yazın

Baku

-°C

USD

-

Leysan yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 

Cəmiyyət 01 İyun 2025, 20:28

260

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Güclü külək nə vaxt kəsəcək?  

Azərbaycanda iyunun 3-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək çatır.Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatır.Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək....

03 İyun 2025, 12:41

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.İdarədən CityPost.az-a verilən məlumata görə, müraciətdə deyilir:"Sinoptiklərin məlumatına əsasən hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitələri...

03 İyun 2025, 12:13

Ötən gün bank kartlarından 6 min manata yaxın pul oğurlanıb

İyunun 2-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 3000, 1803, 390, 200, 100, 100, 98, 90, 70, 63, 51 manat və 34 dollar məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  "Zərərçəkmişlər naməlum şəxslərin saxta xarici nömrələrdən, profil və səhifələrdən göndərdikləri tələblərinə, təkliflərinə və vədlərinə inanaraq dəqiqləşdirmə aparmadan bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını qarşı tərəfə veriblər.Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin,...

03 İyun 2025, 11:18

Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda...   

Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt müəyyənləşdirilib. Həmin müddət martın sonunda başa çatıb. Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq? Citypost.az  xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov unikal.az-a açıqlamasında bildirib ki, bu il yeni sosial paketin icra olunacağı ilə bağlı ötən ilin sonunda məlumat verilmişdi.O xatırladıb ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü ildə Sərəncam imzalayaraq Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt vermişdi:Ətraflı "Hesab...

03 İyun 2025, 11:04

Ədliyyə Nazirliyindən Rasim Həmidova məktub  

Əslən Laçın rayonundan olan  keçmiş məcburi köçkün Rasim Həmidov bu günlərdə Ədiyyə Nazirliyin İcra Xidmətinin rəis müavini Faiq Şabanovdan məktub alıb.Məktubda deyilir:“Rasim Həmidov bu günlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini Faiq Salmanovdan məktub alıb. Məktubda deyilir: Məhkəmə qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinizə baxılmışdır.Sumqayıt Şəhər Məhkəməsiin 03.10.2022-ci il tarixli icra sənədinə əsasən Sevinc Həmidovadan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 450 manat məbləğində aliment tutularaq sizə ödənilməlidir.İcra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsində başlanmış icraat zamanı borclu alimenti müntəzəm ödəməmiş, onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar edilməmişdir.Həmçinin,...

03 İyun 2025, 11:01

 Saleh Səmədova tezliklə azadlığa qovuşmağı arzulayıram

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun həbsindən xəbərim yox idi. Amma bəzi məsələlər qulağıma çatmışdı. Sadəcə, məhkəmə qərarı ilə həbs edildiyini bilmirdim.CityPost.az  xəbər verir ki, bu sözləri Teleqraf-a İmişlini Milli Məclisdə təmsil edən deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.O, Saleh Səmədovu çox yaxşı tanıdığını bildirib:“Rayon sakinlərindən biri kimi onu tanımamağım mümkün deyil. Tanımışam, münasibətimiz də olub. Son bir ildə başım qarışıq olduğu üçün çox sıx görüşə bilməmişik. Əvvələr münasibətimiz çox yaxşı olub, gediş-gəlişimiz var idi. Onu rayonda hamı kimi mən də sahibkar olaraq tanımışam”.Razi Nurullayev Saleh Səmədovun bu şəkildə həbsindən məyus olduğunu ifadə edib:“İnşallah, araşdırma gedər...

02 İyun 2025, 14:54