Güclü külək Bakıda 16 ağacı aşırdı
Hadisə 03 İyun 2025, 11:27

395
Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
CityPost.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.
O bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.
Həmçinin oxuyun
Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.
Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DİN bank kartlarından oğurluq halları ilə bağlı xəbərdarlıq edib
Mayın 31-də və iyunun 1-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.Citypost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib."Daxili İşlər Nazirliyi vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır. Zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını veriblər.Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin, danışıq və yazışma aparmayın – dərhal blok...
02 İyun 2025, 10:29

Ağsuda avtomobil aşıb, ölən var
Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bir neçə gün əvvəl 1992-ci il təvəllüdlü Abdullayev Radim Əlbaba oğlu idarə etdiyi “Mercedes Benz E220 minik” markalı avtomobili ilə hərəkət edərkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.Sürücü R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Ağsu Rayon Mərkəzi Xəstəxanasında ötən gün ölüb.Fakta görə cinayət işi başlanılıb.
30 May 2025, 10:45

Külli miqdarda narkotik məhv edilib - VİDEO
Külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorları məhv edilib.CityPost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, mayın 29-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilmişdir.Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 32 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 395 kiloqram 423,77 qram müxtəlif xassəli narkotik vasitə, 10825 ədəd və 810 ml narkotik tərkibli Metadon M-40, 4061 ədəd güclü təsiredici maddə məhv edilmə prosesi...
29 May 2025, 15:15

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Məlumata görə, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb: "Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub"....
29 May 2025, 13:16

Araz Musayev Türkiyədə bıçaqlandı - Video
Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.Citypost.az Unikal-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. A. Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib, həkimlər onun vəziyyətini ağır qiymətləndirir.Xatırladaq ki, A. Musayev barəsində mətbuatda bir neçə qalmaqallı məqalə yayımlanmışdı. Jurnalistləri hədələdiyi üçün Araz Musayev ötən il fövqəladə hallar orqanlarından xaric edilib....
28 May 2025, 18:19

Qadın evdə doğuş etdi, körpəsi öldü
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş edib, körpəsi ölüb.CityPost.az Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Sevil Səlimova yaşadığı evdə həkim nəzarəti olmadan doğuş edib.İlkin məlumata görə, 30 həftəlik hamilə qadın ev şəraitində baş verən doğuş zamanı ölü körpə dünyaya gətirib.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, ötən gün saat 05:23-də Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:"Çağırış əsasında saat 05:35-də ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə yerində 23 yaşlı qadının vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda dölün həyat əlamətləri müşahidə edilməyib və...
28 May 2025, 13:30