Bizə yazın

Baku

-°C

USD

-

 Saleh Səmədova tezliklə azadlığa qovuşmağı arzulayıram

Cəmiyyət 02 İyun 2025, 14:54

545

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun həbsindən xəbərim yox idi. Amma bəzi məsələlər qulağıma çatmışdı. Sadəcə, məhkəmə qərarı ilə həbs edildiyini bilmirdim.

CityPost.az  xəbər verir ki, bu sözləri Teleqraf-a İmişlini Milli Məclisdə təmsil edən deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

O, Saleh Səmədovu çox yaxşı tanıdığını bildirib:

“Rayon sakinlərindən biri kimi onu tanımamağım mümkün deyil. Tanımışam, münasibətimiz də olub. Son bir ildə başım qarışıq olduğu üçün çox sıx görüşə bilməmişik. Əvvələr münasibətimiz çox yaxşı olub, gediş-gəlişimiz var idi. Onu rayonda hamı kimi mən də sahibkar olaraq tanımışam”.

Razi Nurullayev Saleh Səmədovun bu şəkildə həbsindən məyus olduğunu ifadə edib:

“İnşallah, araşdırma gedər və haqqında müsbət qərar çıxarılar, o da azadlığına qovuşar. İndi hamı onun faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsini gündəmə gətirir. Sözsüz ki, bu, dövlət orqanlarının araşdıracağı bir işdir. Mən İmişlinin deputatıyam və o da mənim seçicilərimdən biridir. Sözsüz ki, öz seçicim haqqında nəsə başqa söz deməyim doğru olmaz və deyə də bilmərəm”.

Deputat əlavə edib ki, 9 may günü onun bu addımı yaxşı bir hal deyildi. Bu, məlumatsızlıqdan, siyasəti düzgün qiymətləndirməməkdən, geosiyasəti bilməməkdən, Azərbaycanın siyasətini doğru dəyərləndirməmək kimi məsələlərdən irəli gəlir.

"Bunu da mən belə başa düşmüşdüm. Ona görə də hər zaman deyirik ki, siyasətlə, onu bilənlər məşğul olsun. Siyasəti düzgün analiz edib onun üzərində baş sındırmayanlar, cəfa çəkməyənlər, məlumatlı olmağa çalışmayanlar, hər gün onu izləməyənlər mütləq şəkildə hər hansı bir səhfə yol verir. Bu səhvlər də sonra baha başa gəlir. Ona görə də Saleh Səmədova tezliklə azadlığa qovuşmağı arzulayıram, yaxınlarına səbr diləyir. Onun uşaqlarını da tanıyıram. Allah köməkləri olsun”, - deyə R.Nurullayev söyləyib.

Qeyd edək ki,İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib. İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir.

Xatırladaq ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah iki rayonda qaz olmayacaq  

İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.CityPost.az xəbər verir ki, fasilə “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində - Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) “İmişli” QPS-dən qidalanan...

03 İyun 2025, 18:53

Metroda elektron cüzdanla ödəniş mümkün olacaq

“Metro ödənişlərinin “Google Pay”, “Apple Pay” və digər elektron cüzdanlarla inteqrasiyası planlaşdırılır”.CityPost.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib.O qeyd edib ki, “Bakı Metropoliteni”nin mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur:“Artıq metropolitendə geniş Data Analitik Departamenti fəaliyyət göstərir və qərarlar data əsaslı analizlərə söykənərək qəbul olunur. Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metro sıxlığının azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi prosesi davam edir. Bu stansiyalardan biri yaxın zamanda istifadəyə veriləcək, digərləri isə 2030-cu ilə qədər mərhələli şəkildə açılacaq”.E.Abbasov əlavə edib ki, hazırda “Bakı Metropoliteni” illik 220–230 milyon sərnişin daşıyır:“Onlardan...

03 İyun 2025, 16:49

Attestatla bağlı heç bir ödəniş tələb edilə bilməz - Rəsmi

2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.CityPost.az Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb.Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır. Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.Agentlikdən bildirilib ki, təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz....

03 İyun 2025, 16:47

Prezident Sərəncam imzaladı

Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 1,5 milyon manat ayrılıb.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

03 İyun 2025, 13:59

AZAL Təbrizə birbaşa reys açır  

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq. Biletlər bu gün ərzində artıq satışa çıxarılacaq.AZAL-dan CityPost.az-a verilən məlumata görə, bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını genişləndirir, mədəni və iqtisadi əlaqələrin inkişafına şərait yaradır.Qeyd edək ki, AZAL eyni zamanda İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.Aviabiletləri...

03 İyun 2025, 13:30

Güclü külək nə vaxt kəsəcək?  

Azərbaycanda iyunun 3-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək çatır.Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatır.Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək....

03 İyun 2025, 13:15