Oxuyub-yazmağı bacarmayan şagirdlərin sayı...
Cəmiyyət 03 İyun 2025, 12:59

365
Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.
CityPost.az Report-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu "Abituriyent 12" jurnalında qeyd olunub.
Həmçinin oxuyun
Bildirilib ki, belələri 9-cu sinif şagirdləri arasında 5 nəfər olub:
"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayına gəlincə, Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarının hərəsində 1 nəfər olub".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakıda bu yolun hərəkət istiqaməti dəyişdirilir
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə bağlı olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Məlumata görə, müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur....
05 İyun 2025, 12:08

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Fövqəladə Hallar Nazirliyi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə CityPost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib....
05 İyun 2025, 12:01

Çaylarda sululuq artıb, Zəyəmçaydan sel keçir
Çaylarda sululuq artıb.Bu barədə CityPost.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yağan leysan xarakterli intensiv yağışlar nəticəsində hazırda Tovuz rayonu ərazisindən axan Zəyəmçay çayından sel keçir."Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 10 sm, Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 26 sm, Oxçuçay və Həkəriçayda 3 sm, Tərtərçay və Tutqunçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 50 sm, Kür-Surrada 23 sm, Kür-Şirvanda 14 sm, Kür-Bankədə 6 sm, Kür-Salyanda 4 sm, Kür-Yevlaxda 2 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 3 sm artım qeydə alınıb.Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 10 sm...
05 İyun 2025, 09:55

Silahlı Qüvvələri günüylə əlaqədar 4 gün iş olmayacaq
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib.CityPost.az-ın xəbərinə görə, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü iş günü hesab edilmir, 21 iyun isə şənbə gününə təsadüf edir.Bu il 28 iyun şənbə günü, 29 iyun bazar günüdür. Beləliklə, 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günü, 21 iyun isə iş günü olacaq....
04 İyun 2025, 15:42

Sabah yağış yağacaq, dolu düşəcək
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bakıda və Abşeronda qısamüddətli yağış ehtimalıLakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Abşeron yarımadasında temperatur və atmosfer göstəriciləriHavanın temperaturu gecə 17-19° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.Bölgələrdə gözlənilən hava şəraitiAzərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Səhər saatlarında yağıntılarda fasiləSəhər əksər...
04 İyun 2025, 12:52

Roşkanın həbs müddəti uzadıldı
Polis tərəfindən saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.CityPost.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Günay Abdinovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.Qərara əsasən, tiktokerin həbs müddəti 2 ay müddətinə uzadılıb.Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb....
04 İyun 2025, 12:22