Həftəsonu bank kartlarından 32 min manat oğurlanıb
Cəmiyyət 23 İyun 2025, 11:46

214
"Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır."
CityPost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, iyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 20 000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb.
"Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz", DİN-dən bildirilib.
Həmçinin oxuyun
DİN vətəndaşları bir daha xəbərdar edir ki:
• Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun,
• SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın,
• Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.
Qeyd edilib ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ardıcıl 4 gün iş olmayacaq
Bu həftə 4 günlük tətil olacaq.
23 İyun 2025, 16:29

Sabah 17 kənddə qaz olmayacaq
Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq.
23 İyun 2025, 16:26

Aşura günü nə vaxtdır?
Bu il Aşura günü iyulun 5-nə təsadüf edir.Bu barədə
23 İyun 2025, 13:55

Sabahın havası açıqlanıb
İyunun 24-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən
23 İyun 2025, 13:00

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
İyunun 23-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti davam edir.Bu barədə
23 İyun 2025, 12:12

Azərbaycanda xüsusi karantin rejimi yenə uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.
23 İyun 2025, 12:07