Bizə yazın

Baku

-°C

USD

-

Peskov: "Hər şey İranın nəyə ehtiyacı olduğundan asılıdır"

Dünya 23 İyun 2025, 15:15

199

Rusiyanın İrana dəstəyi ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov deyib ki, hər şey İranın nəyə ehtiyacı olduğundan asılıdır.

CityPost.az bu barədə "TASS"a istinadən xəbər verir.

Peskov qeyd edib: "Biz vasitəçilik təklif etdik. Bu da bir dəstək formasıdır, lakin gələcəkdə hər şey İranın nəyə ehtiyacı olduğundan asılı olacaq".

Peskov ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumları ilə bağlı Moskvada jurnalistlərə açıqlamalar verib.

Rusiyanın bu hücumları pislədiyini və bundan dərin narahat olduğunu bildirən Peskov, “Məsələ ilə məşğul olan ölkələrin sayı artıb, bölgədə gərginlik səviyyəsi artıb” deyib. 

ABŞ prezidenti Donald Trampın “İran ancaq hakimiyyət dəyişərsə, yenidən böyük ola bilər” açıqlamasını dəyərləndirən Peskov, “Bir ölkədə hökumətin taleyini üçüncü ölkə deyil, xalq təyin etməlidir” deyib. 

İranın nüvə obyektlərində baş verənlərin və radiasiya riskinin olub-olmamasının qiymətləndirilməsi lazım olduğunu vurğulayan Peskov bu məsələlərin onları narahat etdiyini bildirib.

Dmitri Peskovdan "Rusiya bu vəziyyətdə İran üçün nə etməyə hazırdır?" sualına "Hər şey İranın nəyə ehtiyacı olduğundan asılıdır. Biz vasitəçilik təklif etdik. Mövqeyimizi bildirdik. Bu da bir növ dəstəkdir, lakin gələcəkdə hər şey İranın nəyə ehtiyacı olacağından asılı olacaq" deyə cavab verib. 

Rusiya prezidenti Vladimir Putinlə Trampın dəfələrlə İsrail-İran məsələsini müzakirə etdiklərini bildirən Peskov, Putin-Tramp görüşünün planlaşdırılmadığını, ancaq müəyyən kanallarla hər zaman keçirilə biləcəyini vurğulayıb. 

Mətbuat katibi Peskov İrana qarşı hücumların Moskva ilə Vaşinqton arasında dialoqa təsir etmədiyini və bunların müstəqil proseslər olduğunu bildirib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66