Bizə yazın

Baku

-°C

USD

-

"ABŞ Rusiyaya İrana zərbələrə hazırlıq barədə məlumat verməyib" - Narışkin

Dünya 23 İyun 2025, 17:17

234

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib ki, ABŞ kəşfiyyat orqanları İrana planlaşdırılan hücumla bağlı Rusiyaya xəbərdarlıq etməyib.

CityPost.az xəbər verir ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə İrana zərbə endirmək niyyəti barədə məlumat vermədiyini bildirib.

“Xeyr”, Narışkin “Life” jurnalının jurnalisti Aleksandr Yunaşevin Mərkəzi Kəşfiyyat İdarəsinin və ABŞ-ın Rusiyaya bu zərbələr barədə məlumat verib-verməməsi ilə bağlı sualını qısaca cavablandırıb.
Narışkin SVR-nin özünün Amerika zərbələrinin hazırlanmasından xəbəri olub-olmaması sualına cavab vermədi; xidmət rəisi bu barədə danışmayacağını təbəssümlə qeyd etdi.
İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və Tehran cavab zərbələri endirməyə başlayıb. Qarşılıqlı hücumlar davam edir. İyunun 22-nə keçən gecə ABŞ bombardmançıları İranın üç nüvə obyektinə zərbələr endirib.
Rusiya ABŞ-ın hərəkətlərini kəskin şəkildə pisləyib və təcavüzə son qoymağa çağırıb. Eyni zamanda, prezidentin köməkçisi Yuri Uşakov Rusiya ilə ABŞ arasında əlaqələrin, o cümlədən İran ətrafında vəziyyətin müzakirəsinin davam etdiyini bildirib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qətərdən İranın hücumu ilə bağlı - İlk açıqlama 

Qətər İranın bu ölkədəki ABŞ-nin hərbi bazalarına raket hücumu etməsinə reaksiya verib.Bu barədə Qətər XİN-in rəsmisi Məcid Əl Ənsari bildirib:“Qətər Dövləti İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən “Əl-Udeyd” Hava Bazasını hədəf alan hücumu qətiyyətlə pisləyir. Biz bunu Qətər Dövlətinin suverenliyinin, hava məkanının, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulması hesab edirik.Biz təsdiq edirik ki, Qətər beynəlxalq hüquqa uyğun olaraq, bu həyasız təcavüzün təbiəti və miqyasına uyğun birbaşa cavab vermək hüququnu özündə saxlayır.Biz əmin edirik ki, Qətərin hava hücumundan müdafiə qüvvələri hücumu uğurla dəf edib və İran raketlərini ələ keçirib. Hücumun şəraiti ilə bağlı ətraflı açıqlama daha sonra Müdafiə...

23 İyun 2025, 21:44

"Tarix Qərb siyasətçilərinə heç nə öyrətmir" - Putin

"Qərbdə bəzi siyasətçilər Rusiyanı strateji məğlubiyyətə uğratmaq planlarını qururlar".

23 İyun 2025, 19:00

Vuçiç ELAN ETDİ: Serbiya sursat ixracını dayandırıb

Serbiya sursat ixracını dayandırıb və indi onun xaricə göndərilməsi üçün xüsusi icazə tələb olunur.

23 İyun 2025, 18:55

 Putin: "İrana hücumların heç bir əsası yoxdur"

İranın xarici işlər naziri Abbas Araqçini qəbul edən Rusiya prezidenti Putin deyib ki, İrana qarşı hücumlar heç bir əsası olmayan, səbəbsiz təcavüzdür.

23 İyun 2025, 18:46

NATO: "ABŞ Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləyir"

Vaşinqton, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin dediyi kimi, münaqişə tərəfləri arasında birbaşa danışıqları dəstəkləyərək, Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə qarşılıqlı əlaqəni davam etdirir.

23 İyun 2025, 18:30

İran MAQATE ilə əməkdaşlığı dayandırmağı planlayır

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) ilə əməkdaşlığın siyasiləşmiş mövqeyinə görə müvəqqəti dayandırılması ilə bağlı qanun layihəsini qəbul etməyi planlaşdırır.

23 İyun 2025, 18:18