“Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” deyən diorektordan XƏBƏR VAR
Cəmiyyət 19 Sentyabr 2025, 11:34

281
"Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq".
Bu barədə Oxu24.com-un sorğusuna avab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Həmçinin oxuyun
"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi sözlərdən istifadə edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür
Sentyabrın 19-u görkəmli şərqşünas, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, vətənpərvər alim Aida İmanquliyevanın anım günüdür.Qısa, lakin mənalı ömür sürmüş Aida İmanquliyeva həm elmin zirvəsini fəth edən görkəmli alim, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazanan parlaq şəxsiyyət idi.CityPost.az xəbər verir ki, Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın anım günündə onun həyat və elmi fəaliyyətinin bəzi məqamlarına nəzər salır.Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası bölməsində təhsil almış Aida...
19 Sentyabr 2025, 10:43

Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi
Sabiq müdafiə nazirinin müavini və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verilib.CityPost.az Manşet.az-a istinadən xəbər verir ki, məşhur generalın həyat yoldaşı İlhamə Mustafayeva bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Qeyd edək ki, İ.Mustafayeva bu təyinatdan əvvəl Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində dekan vəzifəsində çalışıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı olub....
18 Sentyabr 2025, 15:03

Maaşımızdan 14% vergi tutulacaq
Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.CityPost.az xəbər verir ki, güzəşt 2019-cu ildən tətbiq edilir.Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi:“Güzəşt yalnız özəl sektor – qeyri-dövlət və qeyri-neft sektoru...
17 Sentyabr 2025, 23:11

"Bakı Kart"a yeni direktor təyin edilib
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-yeni yeni direktor təyin edilib. CityPost.az xəbər verir ki, bu, Rüfət Babakişiyevdir. O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib. "K Group" 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 12,525 milyon manatdır.
17 Sentyabr 2025, 14:51

Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək.CityPost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 19-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 18 sentyabr tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.Əlaqə:tel: +994 (12) 512-01-14e-mail: [email protected]...
17 Sentyabr 2025, 10:28

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə qədər 1,4 min manatı ötəcək
Azərbaycanda orta aylıq əməkhaqqı 2029-cu ildə 1 411,8 manata çatacaq.Bu barədə CityPost.az Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.Proqnozlara əsasən, 2026-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 170,8 manat, 2027-ci ildə 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat təşkil edəcək.Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,6 % artacaq.Qeyd edək ki, 2025-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1,098 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,5 % çoxdur....
16 Sentyabr 2025, 14:53