Bu gün “Şərurlu İsfəndiyar” həbs oluna bilər
Hadisə 18 Sentyabr 2025, 11:56

273
Bu gün, sentyabrın 18-də Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.
Musavat.com xəbər verir ki, ötən prosesə “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") vəkili qatılmamışdı.
“Şərurlu İsfəndiyar” Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham olunmasını əsassız hesab etdiyini bildirib. Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir. Hakim iş üzrə təyin edilmiş linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirmişdi. Ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
Xüsusi ittihamçı İsfəndiyar Axundovun azadlıqdan məhrum edilməsini istəyir. "Şərurlu İsfəndiyar" Musavat.com əməkdaşına məhkəmənin gedişatı ilə bağlı fikirlərini açıqlamışdı.
İş adamı demişdi ki, ona qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzə özünü günahkar bilmir.
-Xüsusi ittihamçı Emil Səməndərovla sülh yolu ilə razılaşma ehtimalı nəzərdən keçirisiz?
Həmçinin oxuyun
-Hazırda məhkəmə gedir. Mən barışıq təklif etməmişəm, ümumiyyətlə, barışıq söhbəti də olmayıb.
-Emil Səməndərovu xüsusi ittihamla çıxış etməsinə əsas olan ifadəni nə əsasla işlətmisiniz? Bu ifadənin faktiki əsası varmı?
-Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı “dələduz” sözünü işlətmədiyimi qeyd etmişəm.
-Vəkillərinizin məhkəmə prosesinə gəlməməsinin səbəbi nədir? Bu, müdafiə strategiyanızın bir hissəsidir?
-Məhkəmə prosesində vəkilim xəstəliyi ilə əlaqəli iştirak etməyib. Bu prosesdə mənim 1 vəkilim var, o da xəstə olduğuna görə məhkəmədə iştirak edə bilməyib.
-Xüsusi ittihaam təsdiqini tapsa, sizin barənizidə hətta həbs cəzası çıxarılacağını bilirsiniz?
-Mən özümü günahkar hesab etmirəm. Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar. Məni isə dəfələrlə məhkəməyə çağırırlar. Nə istəyirlərsə etsinlər, əllərindən gələni etsinlər. Həbsə belə hazıram, artıq bezmişəm.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu keçmiş arvadının tələb etdiyi bütün əmlakı qaytarmalıdır.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi bu barədə yekun qərar çıxarıb.Bir neçə ay əvvəl H.Pənahova əri Məhəmməd Pənahov tərəfindən fiziki şiddətə məruz qalması barədə məlumatlar yaydı. Sonradan oğul Pənahov razı olmasa da, məhkəmə cütlüyün boşanmasına qərar verdi.Amma həmin vaxt birgə nikah dövründə alınmış əmlak məsələsi həll edilməmiş qalmışdı. Gəlin Pənahova qiyməti 300 min manat təşkil edən qızıl-zinət əşyaları, bahalı kürklər və digər geyimlərini geri ala bilmədiyi, keçmiş əri isə boşanmaq istəmədiyi üçün apellyasiya şikayətləri verdilər.Bakı Apellyasiya Məhkəməsi əvvəlcə Məhəmməd Pənahovun boşanma qərarına qarşı şikayəti araşdırıb,...
18 Sentyabr 2025, 10:33

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirib, 12 kq narkotik vasitə aşkarlanıb
Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 31 yaşlı Zamin Məmmədov saxlanılıb. Onun üzərindən ümumi çəkisi 12 kiloqram 150 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.Araşdırma zamanı onun narkotik vasitələri maddi qazanc müqabilində əldə etdiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb, Z.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. ...
17 Sentyabr 2025, 12:20

Qubada 7 otaqlı evdə yanğın olub
Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 300 m²(hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli, 7 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 40 m² sahədə yanıb.CityPost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17 Sentyabr 2025, 10:29

İş adamı Arayik Əmirxanyan Moskva vilayətində həbs edilib
2023-cü ilin dekabrında Ali Radanın keçmiş deputatı İlya Kivanın qətlinə köməklik etməkdə ittiham olunan iş adamı Arayik Əmirxanyan Moskva vilayətində həbs edilib. CityPost.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına hüquq-mühafizə orqanlarından məlumat verilib.Amirxanyan 2019-cu ilin iyununda 20 milyon qrivenə yaxın insanların qanunsuz köçürülməsi və əmlakın oğurlanmasının təşkilində şübhəli bilinərək SBU tərəfindən saxlanılıb. 2021-ci ildə Ukrayna prezidenti Vladimir Zelenskinin fərmanı ilə o, Ermənistan pasportu olduğuna görə vətəndaşlıqdan məhrum edilib.Rusiyayönümlü İlya Kiva 2022-ci ilin yanvarında Ukraynanın işğalından az əvvəl Rusiyaya gedib və orada televiziya ilə Ukrayna ərazilərinin işğalını dəstəkləyib. 6 dekabr 2023-cü ildə Moskva vilayətində öldürülüb.2025-ci ilin iyununda Amirhanyan Kivanın yeri...
16 Sentyabr 2025, 12:15

Azərbaycanda deputat xadiməni yenidən məhkəməyə verdi
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkədə haqqında yayılan iddialara görə yenidən məhkəməyə üz tutub.CityPost.az Modern.az-a istinadən xəbər verir ki, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.Ərizədə qeyd olunur ki, Pərvin adlı şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.Bundan əvvəl deputatın nümayəndəsi şikayət ərizəsini...
16 Sentyabr 2025, 10:54

Cinayət Məcəlləsindəki xeyli, külli miqdar anlayışlarının həcmi artırılır
Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı vurulan ziyana görə Cinayət Məcəlləsindəki xeyli, külli miqdar anlayışlarının həcmi dəyişdirilir, xüsusilə külli miqdar anlayışı əlavə edilir.CityPost.az xəbər verir ki, bununla bağlı adıçəkilən məcəlləyə dəyişiklik edilməsi təklif olunur. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan sənədə əsasən, rəqabəti məhdudlaşdırmaya görə vurulan ziyan "xeyli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşülür.Hazırkı qanunvericiliyə a görə, "xeyli miqdar" dedikdə 10 min manatdan...
16 Sentyabr 2025, 10:37