Bizə yazın

Baku

-°C

USD

-

"Al market" vətəndaşları belə aldadır - FOTO

Cəmiyyət 16 Oktyabr 2025, 15:42

341

"Al Market"dən aldığı məhsul sözün əsl mənasında vətəndaşı şoka salıb.

Bu barədə  CityPost.az-a marketdən şikayətçi olan vətəndaş  Rövşən Mahmudov məlumat verib.

Onun sözlərinə görə,15 oktaybr 2025-ci il tarixdə marketlər şəbəkəsinin Yasamal rayonu,Mətbuat Prospektində yerləşən filialından aldığı pomidorun keyfiyyətindən narazı qalıb.

Vətəndaşa satılan  pomidorun üzəri qırmızı olsa da,içərisinin  ağ rəngdə olması onda narahatlıq yaradıb. 

Təbii ki, bu formada  məhsulun  satışı  istehlakçı  hüquqlarının  ciddi  şəkildə  pozulmasıdır.

Keyfiyyətsiz məhsulun satışı ilə bağlı  "Al Market"in  zəng xidməti ilə əlaqə saxlamaq istəsək də,dəstəyi qaldıran olmadı.

İddia ilə bağlı qarşı tərəfin mövqeyini təqdim etməyə hazırıq.

Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hərbi prokurora böyük köməkçi təyin edilib 

Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.CityPost.az-a Hərbi Prokurorluqdan daxil olan məlumata əsasən, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunmuş, İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

16 Oktyabr 2025, 13:23

Maliyyə Nazirliyi: Əhalinin orta ömrünün artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır 

Azərbaycanda əhalinin gözlənilən orta ömür uzunluğunun artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır.CityPost.az  xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.Sənədə əsasən, hazırda ölkəmizdə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər.Hazırda ölkə əhalisinin 69,7 %-i əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 %-i isə 65 və daha yuxarı yaş qrupuna aiddir, qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya...

16 Oktyabr 2025, 10:11

Boz kardinalın erməni əsilli oğulluğu peyda oldu…-Levan Qurskaya kimdir?  

Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin adı yenidən gündəm olub. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən 87 yaşlı akademikə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində cinayət işi açılıb.R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib.O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının...

15 Oktyabr 2025, 15:37

Ramiz Mehdiyev mənə deyirdi ki, pambıqla baş kəs... - Keçmiş icra başçısı 

“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun. Məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsi!CityPost.az  xəbər verir ki, bu sözləri məşhur YAP-çı, Naftalanın keçmiş icra başçısı Musa Musayev Ramiz Mehdiyevin həbs xəbərindən sonra yazıb.“Haqq nazilər, lakin üzülməz! Məni qəbul edəndə deyirdi ki, məndən sənə əmanət, çalış pambıqla baş kəs (özü kimi). Sən çox prinsipial adamsan, qılıncı almısan əlinə kim gəldi başını kəsirsən.Mən heç vaxt yıxılanı baltalamamışam. 2000-2005-ci illər deputat olanda parlamentdə, 2006-cı ildə martın 24-də Naftalana İcra başçısı göndəriləndə isə kabinetində Ramiz Mehdiyevə öz sözümü demişəm. Nəticəsi də hər kəsə bəllidir”, - o qeyd edib....

15 Oktyabr 2025, 13:53

Ramiz Mehdiyev YAP-dan çıxarılacaq 

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.CityPost.az  APA-ya istinadən xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.O bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.Qeyd edək ki, dünən Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ...

15 Oktyabr 2025, 12:48

Mehdiyevin “qara planlar” qurduğu bağ evi   

PA-nın sabiq rəhbərinə irəli sürülən ittihamlar ağır və düşündürücüdür, çünki söhbət 87 yaşlı şəxsdən gedir – O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər, Mehdiyev isə…Ramiz Mehdiyevin ən ağır maddələrlə ittiham irəli sürülərək barəsində 4 aylıq ev dustaqlığı qərarı əslində sensasiya olmadı. Çünki uzun illər, ən azı 1995-ci ildən ta 2019-cu ilədək toxunulmaz statusda olan Mehdiyev “hər şeyə qadir tilsimli çubuğunu” da Prezident Administrasiyasından uzaqlaşdırılanda faktiki itirmişdi. “İtirmişdi” deyirik, amma məhz həmin ilin oktyabrında Mehdiyev bir vaxtlar katibi olduğu Təhlükəsizlik Şurasında bu dəfə üzv statusu almışdı. Adı bu gün səhərədək də yenə rəsmi olaraq o siyahıda qalır, amma qara rənglənərək,...

15 Oktyabr 2025, 10:40