Bizə yazın

Baku

-°C

USD

-

Boz kardinalın erməni əsilli oğulluğu peyda oldu…-Levan Qurskaya kimdir?  

Cəmiyyət 15 Oktyabr 2025, 15:37

58010

Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin adı yenidən gündəm olub. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən 87 yaşlı akademikə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində cinayət işi açılıb.

R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib.

O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.

R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.

Bu aralarda Ramiz Mehdiyevlə yanaşı, onun arvadı  və   övladları da medianın maraq dairəsinə düşüb. Onlar kimdirlər, nə işlə məşğuldurlar?

Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevna  Mehdiyeva heç kəsə sirr deyil ki, erməni əsillidir. O,15 fevral 1944-cü ildə Gürcüstanın  Poti  şəhərində kasıb  erməni  ailəsində  anadan  olub.1960-1965-ci illərdə  Suxumi  Dövlət Universitetində təhsil alıb.Qalina Yuryevna Fizika-Riyaziyyat elmləri doktoru,professor olmaqla Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsindədir.

CityPost.az-ın  əldə  etdiyi  məlumata  görə, boz kardinal kimi tanınan Ramiz Mehdiyev Suxumidə  aspirantura təhsili alan zaman onunla tanış olub və ailə qurub.Qalinanın Ramiz Mehdiyevdən əvvəl tələbəlik illərində təhsil aldığı universitetdə katibə işlədiyi zaman erməni əsilli fakültə dekanı Yura Qursakyan  adlı şəxsdən qeyri-rəsmi oğlan uşağı dünyaya gətirib.SSRİ dönəmində  bu  kimi  hərəkətlər  əxlaqi - etik baxımdan   Sovet Kommunist Partiyası   təmsilçisinə  yaraşmayan hesab edildiyi  üçün Levanın erməni dekan  atası  partiya  sıralarından  xaric edilərək  həbs edilib  və  həbsxanada ölüb. Oğulluğu olsa da,həmin uşağı Ramiz Mehdiyev baldızının və ya qaynının oğlu  kimi cəmiyyətə təqdim edib. O,şəxs Levan Yuryeviç  Qurskayadır. O,uzun müddət  Azərbaycanda güc sturkturlarının birində yüksək vəzifələrdə çalışıb,polkovnik rütbəsi daşıyır.

CityPost.az-ın   məlumatına görə, Ramiz Mehdiyevin bir oğlu, bir qızı var. 

Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev 25.06.1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.

T.Mehdiyev hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.

Teymur Mehdiyev 5 may 2014-cü il tarixində fövqəladə hallar nazirinin müavin təyin olunub və ona general-mayor rütbəsi verilib.

Daha əvvəl o, Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsini tuturdu. Teymur Mehdiyev ondan öncə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.

Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva uzun illərdir elm sahəsində çalışır. O, 1970-ci ildə Moskva şəhərində dünyaya gəlib. 

K.Əliyeva 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində təhsil alıb. O, əmək fəaliyyətinə Zoologiya İnstitutunda başlayıb.

1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib.

Kamilə Əliyeva (həyat yoldaşı – keçmiş deputat İlham Əliyevin soyadını daşıyır) 1999-cu ildən BDU-nun psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışıb. 2010-cu ildən kafedranın professorudur.

O, 2004-cü ildən həm də BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Kamilə Əliyeva 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “İlin müəllimi” adına layiq görülüb.

Müşərrəfxanım

Problemlərinizi bizə bildirin

077 323 55 66

SON DƏQİQƏ! Məmmədov işdən çıxarıldı

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib.CityPost.az   "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra vəzifəsindən uzaqlaşdırılıb.Qeyd edək ki, Leysan Məmmədov bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu.Xatırladaq ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Lakin bir müddət sonra həmin vəzifədən azad olunub.O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini və direktor vəzifələrində çalışıb. 2021-ci ildən 2022-ci ilin fevralınadək isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində aparat rəhbəri olub....

29 Oktyabr 2026, 23:13

Hər kəs nazirin bu VİDEOSUNDAN DANIŞIR!

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan “Beştəpə Millət Ormanı” və “Türk Dövlətləri Mədəniyyət Parkı” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib.CityPost.az   xəbər verir ki, rəsmi açılış mərasimindəki fotoçəkiliş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diqqətçəkən addımı ilə yadda qalıb.Belə ki, fotoçəkiliş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğası yerə düşüb. Bunu görən Azərbaycanın XİN rəhbəri dərhal nəzakətli jest edərək birinci xanımın sırğasını götürüb özünə təqdim edib. Nazirin bu addımı mərasim iştirakçılarının marağına səbəb olub....

29 Oktyabr 2026, 22:11

Nazirlik başsağlığı verdi

Azərbaycanın Xalq artisti, tanınmış müğənni Zaur Rzayev vəfat edib.Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, sənətkar oktyabrın 29-da, ömrünün 75-ci ilində dünyasını dəyişib.Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar kəndində anadan olub.O, Bakı Kitabxanaçılıq Texnikumunda, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal şöbəsində təhsil alıb.Sənətkar müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblında, Dövlət Mahnı Teatrında və hərbi musiqi kollektivlərində fəaliyyət göstərib.1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.Zaur Rzayev 1998-ci ildə “Əməkdar artist”, 2003-cü ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb. O, həmçinin Dağıstan Respublikasının...

29 Oktyabr 2026, 22:00

Azərbaycanda vəzifəli şəxslərə yeni qadağalar qoyulur

Vəzifəli şəxslərin xidməti avtomobillərdən və digər dövlət əmlakından şəxsi məqsədlər üçün istifadəsinə məhdudiyyətlər qoyulması təklif edilir. Bu müddəa Milli Məclisin “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə istifadə edə bilməzlər.CityPost.az  xəbər verir ki, globalinfo.az-a danışan professor, hüquqşünas Fərhad Mehdiyevin fikrincə, bu, doğru yanaşmadır:“Xidməti avtomobillər yalnız xidməti məqsədlər üçün istifadə oluna bilər. Bunun istisnası kimi vəzifəli şəxsin evindən iş yerinə getməsi və iş yerindən evinə qayıtması nəzərdə tutula bilər. Bu avtomobillər digər məqsədlər üçün istifadə edilməməlidir. Yəni...

29 Oktyabr 2026, 21:01

Maaş artımı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər.CityPost.az  xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzrə qiymət artımının proqnozları da nəzərə alınacaq.Görəsən, minimum əmək haqqının hansı nisbətdə olması daha məqbuldur?Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, qəbul olunan son qanuna uyğun olaraq, hər ilin əvvəlində minimum əmək haqqına baxılmalı və əlavələr edilməlidir:“Yəni məsələ qanunun tələbinə uyğunlaşdırılmalıdır. Minimum əmək haqqının nə qədər artırılacağına gəldikdə, bu, dövlət büdcəsinin verdiyi imkanlar, minimum əmək haqqının sonuncu dəfə artırılmasından sonra, keçən...

29 Oktyabr 2026, 20:51

Azərbaycanın Xalq artisti vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat edib.Bu barədə onun oğlu Azər Rzayev məlumat verib.Qeyd edək ki, 74 yaşlı Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı.Xatırladaq ki, Z.Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmirdə anadan olub.Orta təhsilini başa vurduqdan sonra Bakı Kitabxanaçılıq Texnikumunda və Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb.Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində təhsilini davam etdirib.Müxtəlif illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblında solist və bədii rəhbər kimi fəaliyyət göstərib.1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2003-cü ildə Azərbaycanın Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb....

29 Oktyabr 2026, 20:46