Bizə yazın

Baku

-°C

USD

-

Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş 

Cəmiyyət 27 Oktyabr 2026, 09:35

591

Xətai rayonunda törədilən qətl və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Mirağayev Cəlal Miryaqub oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İlkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə (“Ceyhun Sabunçu” ləqəbli) Rəhimov Emin Qoşqar oğlu (“Sabunçu Emin” ləqəbli) arasında borcla bağlı yaranmış mübahisənin həll edilməsi məqsədilə kriminial aləmlə əlaqəli olan digər şəxslərin iştirakı ilə 23.10.2026-cı il tarixdə, saat 00 radələrində qeyd olunan restoranda təşkil edilən görüş zamanı tərəflər arasındakı münaqişə fiziki qarşıdurmaya çevrilib və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan dava baş verib.

Dava zamanı Cəlal Mirağayev Emin Rəhimova yumruqla zərbə vurduqdan sonra sonuncunun dostu Cəfərov Elmar Sücayət oğlu və özü bıçaqla Cəlal Mirağayevə zərbələr endiriblər və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin qeyd olunan davada iştirak edən digər şəxslərin barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və sair nümayəndələrinin birliyində iştirak etmə), 234.4.1, 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Qeyd edilən cinayətlərin törədilməsində bu və ya digər formada iştirak etmiş bütün şəxslər - Cəfərov Elmar Sücayət oğlu, Rəhimov Emin Qoşqar oğlu, Əli-Zadə Əhməd Arzuxan oğlu, Zülfüqarov Həsən Mehman oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu, Kazımov İsmayıl Fərəməz oğlu, Səfixanov Xəyyam Ağamməd oğlu, eləcə də Əfəndiyev Kamran Səttar oğlu, Səfərov Elvin Füzuli oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Nuriyev Elmar Ağayusif oğlu, Əyyublu Fərid Rəfail oğlu, cəmi 13 nəfər Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən prokurorluqla koordinasiyalı şəkildə peşəkarcasına keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaq orqanına təhvil veriliblər.

Aparılan istintaq tədbirləri nəticəsində Cəlal Mirağayevin başqa cinayət əməlinə görə axtarışda olan Elmar Cəfərov və Emin Rəhimov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə, digər şəxslər isə yuxarıda qeyd olunan müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında saxlanılan bütün şəxslərin barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cəlal Mirağayevin qətlə yetirilməsi ilə əlaqəli olduğundan qeyd edilən cinayət işləri, habelə adları qeyd olunan şəxslər barəsində əvvəllər başlanmış cinayət işləri bir icraatda birləşdirilib, prokurorluq və daxili işlər orqanlarının peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmaqla cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə nəzarətə götürülmüşdür.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət işi üzrə bütün halların müəyyən olunması, obyektiv qərarların qəbulu və nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Eyni zamanda Baş Prokurorluq istintaqın obyektivliyinə və gedişinə mənfi təsir göstərə biləcək, prokurorluqla dəqiqləşdirilməmiş məlumatların yayılmasının qanunla yolverilməz olduğunu media nümayəndələri və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu rayonların bir sıra ərazilərində bu gün işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Masallı, Ağstafa və Samux Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Masallıda 35 kV-luq "Əminli" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək Ərəb, Hacıtəpə, Həsənli, Xırmandalı kəndləri və şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Ağstafada 110/35/10 kV-luq "Poylu" yarımstansiyasında yerinə yetiriləcək təmir işləri zamanı rayonun Ceyrançöl, Poylu qəsəbələri, eləcə də Kolxəlfəli, Qıraq Kəsəmən və Pirli kəndlərinin bəzi ərazilərində saat 12:00-dan 16:00-dək enerjinin verilişində müvəqqəti fasilə yaranacaq.Samuxda 10 kV-luq "Gülçülük"...

27 Oktyabr 2026, 09:38

Qaradağda sürücülərin diqqətinə: bəzi küçələrdə təmir işləri aparılacaq

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. Vaqif Ələkbərov küçəsində isə təmir işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Citypost.az-a bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.Sürücülərdən hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və təmir aparılan ərazilərdə diqqətli olmaları xahiş olunur....

27 Oktyabr 2026, 08:16

Tofiq Zülfüqarov Paşinyanın referendum qərarındakı dəyişikliyin səbəbini açıqlayıb

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın referendumun keçirilmə vaxtı ilə bağlı açıqlamalarında dəyişiklik etməsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Tofiq Zülfüqarov bu barədə sosial şəbəkə hesabında yazıb.Politoloq qeyd edib ki, Paşinyanın referendumun keçirilmə vaxtı ilə bağlı açıqlamaları qısa müddətdə dəyişib. Onun sözlərinə görə, əvvəlcə referendumun 2031-ci ildə keçiriləcəyi bildirilsə də, cəmi iki gün sonra 2027 və 2028-ci illər yeni tarixlər kimi səsləndirilib.Tofiq Zülfüqarov bu dəyişikliyi qəribə hal kimi qiymətləndirib və Vaşinqtondan gələn təzyiqin Paşinyanın mövqeyinə təsir etdiyini iddia edib.Politoloqun fikrincə, ABŞ-dan gələn təzyiq Paşinyanın mövqeyini yenidən nəzərdən keçirməsinə səbəb olub....

27 Oktyabr 2026, 08:07

Ləman Ələşrəfqızı qızların siqaret çəkməsini tənqid edib

Əməkdar jurnalist, LAF TV-nin rəhbəri Ləman Ələşrəfqızı sosial şəbəkədə qızların siqaret çəkməsi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə “Facebook” hesabında yazıb.“Maşallah, qızlarımız siqareti daha aşkarda çəkirlər. Doğrudur, bu, xəlvətdə çəkməkdən çox yaxşıdır. Amma heç yaxşı iş deyil”, – deyə Ləman Ələşrəfqızı qeyd edib.Tutan 

27 Oktyabr 2026, 08:06

Qarayusifli faciəsindən 6 il ötür

Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür.Citypost.az  xəbər verir ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törədib.2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonun Qarayusifli kəndinə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi atılıb.Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb....

27 Oktyabr 2026, 08:00

Hüseyn Cavidin ailəsinə yazdığı sonuncu məktublar

Hüseyn Cavidin son günlərini keçirdiyi islah-əmək düşərgəsinin rəhbərləri Şemmel və Çıvayan soyadlı NKVD kapitanları idi. Xatirələrdə qeyd olunur ki, bu ermənilər hər gün onu təhqir edir, alçaldır, ən dözülməz tapşırıqları verirdilər. Hüseyn Cavidi qışın günü qarın içində saxlayan erməni zabitlər bəzən gecə belə onu çağırıb, qarın içində ayaqyalın gəzməsini istəyir, onu onlarla belə işgəncə ilə məhv etməyə çalışırdılar. Məhz bu cür təzyiqlərə görə Hüseyn Cavid sepsisdən – iki ayağının pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabrın 5-də Sibirdə dünyasını dəyişdi.Ailəsinə yazdığı sonuncu məktublarının birində deyirdi: “Əzizim Mişkinaz! Köhnə yerimdə yaşayıram. Sağlamam. Hər ay siz göndərən pulları alıram. Yazdığım kimi,...

26 Oktyabr 2026, 22:03