Təbii qazın qiyməti 12,5 qəpikdən hesablanacaq
Cəmiyyət 02 Yanvar 2025, 16:55

926
Təbii qazın ölkədaxili tarifləri tənzimlənib.
CityPost.az xəbər verir ki, Tarif Şurası bu barədə qərar verib.
Əhali üzrə illik istehlak həcmi:
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Həmçinin oxuyun
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir:
48% abonent üzrə - 32 qəpik,
39% abonent üzrə - 1 manat 43 qəpik,
13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sakinlərin nəzərinə - Qaz olmayacaq!
Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə 08.05.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq....
07 May 2025, 19:21

Yaz yorğunluğuna yaxşı gələn qidalar!
Mövsümi keçidlər zamanı tez-tez hiss olunan yaz yorğunluğu baş ağrısı, yuxululuq və diqqətdə çətinlik kimi simptomlarla özünü göstərə bilər. Doğru qidalarla bu dövrü daha enerjili keçmək mümkündür. Citypost.az xarici mediaya istinadən yaz yorğunluğuna yaxşı olan qidaları təqdim edir.Dietoloqların fikrincə, immun sisteminizi düzgün qidalarla gücləndirməklə yaz yorğunluğu ilə mübarizə apara bilərsiniz.1. Yaşıl yarpaqlı tərəvəzlərİspanaq, pazı, arugula və semizotu kimi tərəvəzlər dəmir və maqneziumla zəngindir. Enerji istehsalına kömək edir və yorğunluq hissini azaldır.2. Vitamin C mənbələriPortağal, kivi, çiyələk və limon kimi meyvələr immunitet sistemini gücləndirir, orqanizmi canlandırır.3. Fındıq və toxumBadam, qoz, fındıq, balqabaq toxumu kimi qoz-fındıq; Tərkibindəki E vitamini, omeqa-3 və sinklə zehni...
07 May 2025, 18:30

Jurnalist Ülviyyə Əli həbs olundu
Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib.Citypost.az xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi qərar çıxarıb.Onun barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı bildirilir. Ona Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Xatıırladaq ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.Onların barəsində həbs-qətimkan tədbiri seçilib.Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs...
07 May 2025, 16:38

Hökumə Əliyevanın ev-muzeyi tikilir
Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində ev-muzeyi tikilir.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, muzeyin tikintisi Milli Qəhəramanın yaxınları tərəfindən həyata keçiririlir.Burada onun foto və ona aid bütün əşyaları saxlanılacaq.H. Əliyeva əslən Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. Onun ata-anası və qardaşı isə bu gün də Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr...
07 May 2025, 15:00

11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçıya hökm oxundu
Abşeron Rayon Məhkəməsində 11 yaşlı qıza qarşı seksual hərəkətlər edən ilahiyyatçı Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə Hacı Salman 3 il 9 ay azadlıqdan məhrum edilib.İttihama görə, hadisə ötən il iyunun 22-də saat 19 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində baş verib. Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb....
07 May 2025, 14:14

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki...
Mayın 9-da Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həmin gün qeyri-iş günüdür.
07 May 2025, 13:38