Baş Prokurorluqda yeni təyinatlar olub
Cəmiyyət 20 Fevral 2025, 16:01

2430
Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Baş Prokuror Kamran Əliyev müvafiq əmrinə əsasən Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.
Həmçinin oxuyun
Suad Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.
Digər müfaviq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.
Qeyd olunub ki, prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Güzəştli mənzilin əldə edilməsinə dair yeni şərt müəyyənləşib
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçildikdən sonra onun dəyərini öz vəsaiti hesabına əldə etmək niyyətini bildirmiş ərizəçinin seçdiyi ödəniş üsulunun ipoteka krediti hesabına ödəniş üsuluna dəyişdirilməsinə yol verilməyəcək.CityPost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
24 İyun 2025, 17:44

Küləkli hava şəraiti axşam saatlarında zəifləyəcək
İyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.Milli Hidrometeorologiya Xidmətindən
24 İyun 2025, 16:08

Bakıda bu yol məhdudlaşdırılacaq
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 26 iyun saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
24 İyun 2025, 13:00

Sabah hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
24 İyun 2025, 12:46

Dünən bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
İyunun 23-də vətəndaşların bank kartlarından 6000, 1200, 778, 693, 647, 650, 457, 370, 365, 241, 70 manat pul vəsaitləri kiber üsulla oğurlanıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına...
24 İyun 2025, 11:30

Ardıcıl 4 gün iş olmayacaq
Bu həftə 4 günlük tətil olacaq.
23 İyun 2025, 16:29