Bizə yazın

Baku

-°C

USD

-

20 qat dünya çempionu faciəvi şəkildə vəfat edib 

Dünya 16 İyun 2025, 10:47

299

Motosiklet yarışları üzrə 20 qat dünya çempionu olmuş rusiyalı Nikolay Krasnikov faciəvi şəkildə vəfat edib.

Citypost.az  xəbər verir ki, idmançı avtomobil qəzası nəticəsində həyatını itirib.

Onun idarə etdiyi avtomobil əks istiqamətdə hərəkətdə olan iki yük maşını ilə toqquşub. Hadisə yerinə təcili yardım avtomobili gəlsə də N.Krasnikovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, motosikletçi fərdi şəkildə 8, komanda yarışlarında isə 12 dəfə dünya çempionu adını qazanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan və Pezeşkian İsrail-İran münaqişəsinə dair müzakirə aparıb  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

16 İyun 2025, 15:21

İsrail SEPAH-ın kəşfiyyat rəisinin öldürüldüyünü təsdiqləyib 

İsrail ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının (SEPAH) rəisi də daxil olmaqla, dörd İran kəşfiyyatçısının dünən İsrail Hərbi Hava Qüvvələrinin Tehrana endirdiyi zərbə nəticəsində öldürüldüyünü təsdiqləyib.Citypost.az  xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.İsrail ordusu bildirib ki, qırıcı təyyarələrin endirdiyi zərbə İranın paytaxtında bir neçə İran kəşfiyyat rəsmisinin toplandığı binaya düşüb.Zərbə nəticəsində IRGC-nin kəşfiyyat rəisi Brig, General Məhəmməd Kazemi, onun müavini Həsən Mühəqiq, İİKK Qüds Qüvvələrinin kəşfiyyat rəisi və onun müavini öldürülüb.“Bu yüksək vəzifəli məmurlar İrandakı vəziyyətin qiymətləndirilməsinin formalaşdırılmasında və İsrail, Qərb və region ölkələrinə qarşı terror fəaliyyətlərinin planlaşdırılmasında mərkəzi rol oynayıblar”, - İsrail ordusundan bildirilib....

16 İyun 2025, 13:42

İran edama başladı

İranda İsrail kəşfiyyatı "Mossad" üçün casusluqda təqsirli bilinən şəxs edam edilib.Citypost.az  xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.Qeyd olunub ki, edam edilən şəxsin adı Esmail Fekridir.Bildirilib ki, bu, son həftələrdə İsrailə casusluqla bağlı üçüncü edam olub.

16 İyun 2025, 10:51

“Sepah” kəşfiyyat rəisinin öldüyünü təsdiqləyib 

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi İsrailin hücumu nəticəsində ölüb.CityPost.az xəbər verir ki, bu barədə silahlı birləşmənin mətbu orqanı olan “Sepah News” məlumat yayıb.“Düşmən yaşayış məntəqələrində dinc əhalini hədəfə almış, nəticədə kəşfiyyat komandirlərindən üç nəfər – şəhid Məhəmməd Kazımi, Həsən Mühəqqiq və Möhsün Baqirini öldürərək şəhadətə qovuşdurub”, – nekroloqda qeyd olunub.

16 İyun 2025, 09:03

İsrail ordusu: 50 qırıcı təyyarə Tehrandakı nüvə obyektlərinə hücum edib 

Bazar günü gecə 50 İsrail qırıcısı Tehranda İranın nüvə obyektlərinə hücum edib.Citypost.az  xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.“50 qırıcı təyyarə bütün gecə Tehran səmasında uçaraq İranın nüvə layihəsinin infrastruktur və obyektlərinə hücum edib”, - deyə məlumatda bildirilib.Qeyd olunub ki, hücum İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin qərargahı və digər obyektlər də daxil olmaqla 80-dən çox hədəfə təsir edib.Mətbuat xidməti qeyd edib ki, İsrail Müdafiə Qüvvələri üç gündən az müddətdə İranda 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə hücum edib....

15 İyun 2025, 17:21

Kanadada G7 sammiti başlayır  

"Böyük Yeddiliy"in (G7 — Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderləri illik, sayca 51-ci sammit üçün bir araya gəlirlər.

15 İyun 2025, 10:30