Faciə yaşandı: Baba və nəvə həyatlarını itirdilər
Cəmiyyət 15 İyun 2025, 16:26

337
Biləsuvar rayonunda ağır yol qəzasında iki nəfər ölüb.
“Report”un məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.
“Hyundai Santa Fe” markalı avtomobilə “VAZ 2107” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər - Elxan Feyziyev və Qalib İsmayılov ölüb, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.
Ölən şəxslər “VAZ 2107” markalı nəqliyyat vasitəsində olub.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölənlər baba və nəvəsidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb.Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.Qəza zamanı 1996-cı il təvəllüdlü K.Əliyev, 1990- cı il təvəllüdlü E. Abdullayev və bir daha qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
16 İyun 2025, 09:45

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır - FAKTİKİ HAVA
Hazırda Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatır.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, iyunun 16-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir.Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır. Dənizdə dalğanın...
16 İyun 2025, 09:18

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
2025-ci il iyunun 14-də saat 15:30 radələrində Bakı–Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
15 İyun 2025, 13:00

Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
İyunun 16-da gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən
15 İyun 2025, 12:50

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.Bu barədə
15 İyun 2025, 11:45

Çaylarda sululuq artıb
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən
15 İyun 2025, 11:00