Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 15 İyun 2025, 12:50

287
İyunun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-10° isti, gündüz 10-15° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Faciə yaşandı: Baba və nəvə həyatlarını itirdilər
Biləsuvar rayonunda ağır yol qəzasında iki nəfər ölüb.“Report”un məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.“Hyundai Santa Fe” markalı avtomobilə “VAZ 2107” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər - Elxan Feyziyev və Qalib İsmayılov ölüb, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.Ölən şəxslər “VAZ 2107” markalı nəqliyyat vasitəsində olub.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, ölənlər baba və nəvəsidir.
15 İyun 2025, 16:26

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
2025-ci il iyunun 14-də saat 15:30 radələrində Bakı–Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
15 İyun 2025, 13:00

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.Bu barədə
15 İyun 2025, 11:45

Çaylarda sululuq artıb
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən
15 İyun 2025, 11:00

Elçin Məmmədov yüksək vəzifəyə təyin olundu
Maliyyə Nazirliyinin “Məlumat Hesablama Mərkəzi” MMC-nin rəhbəri dəyişib.CityPost.az Report.az-a istinadən xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.Məlumata görə, o, bu vəzifədə Elnur İbrahimovu əvəzləyib.Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6 min mnatdır.
14 İyun 2025, 13:46

Küləkli hava şəraiti ilə bağlı əhaliyə sarı xəbərdarlıq edilib
İyunun 14-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik və Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
13 İyun 2025, 16:49