Bizə yazın

Baku

-°C

USD

-

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

Cəmiyyət 15 İyun 2025, 11:45

319

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Bu barədə CityPost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Həmçinin, Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Faciə yaşandı: Baba və nəvə həyatlarını itirdilər  

Biləsuvar rayonunda ağır yol qəzasında iki nəfər ölüb.“Report”un  məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.“Hyundai Santa Fe” markalı avtomobilə “VAZ 2107” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər - Elxan Feyziyev və Qalib İsmayılov ölüb, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.Ölən şəxslər “VAZ 2107” markalı nəqliyyat vasitəsində olub.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, ölənlər baba və nəvəsidir.

15 İyun 2025, 16:26

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

2025-ci il iyunun 14-də saat 15:30 radələrində Bakı–Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

15 İyun 2025, 13:00

Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  

İyunun 16-da gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən 

15 İyun 2025, 12:50

Çaylarda sululuq artıb  

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən 

15 İyun 2025, 11:00

Elçin Məmmədov yüksək vəzifəyə təyin olundu 

Maliyyə Nazirliyinin “Məlumat Hesablama Mərkəzi” MMC-nin rəhbəri dəyişib.CityPost.az  Report.az-a istinadən xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.Məlumata görə, o, bu vəzifədə Elnur İbrahimovu əvəzləyib.Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6 min mnatdır.

14 İyun 2025, 13:46

Küləkli hava şəraiti ilə bağlı əhaliyə sarı xəbərdarlıq edilib  

İyunun 14-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik və Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

13 İyun 2025, 16:49