İsrail ordusu: 50 qırıcı təyyarə Tehrandakı nüvə obyektlərinə hücum edib
Dünya 15 İyun 2025, 17:21

278
Bazar günü gecə 50 İsrail qırıcısı Tehranda İranın nüvə obyektlərinə hücum edib.
Citypost.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“50 qırıcı təyyarə bütün gecə Tehran səmasında uçaraq İranın nüvə layihəsinin infrastruktur və obyektlərinə hücum edib”, - deyə məlumatda bildirilib.
Həmçinin oxuyun
Qeyd olunub ki, hücum İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin qərargahı və digər obyektlər də daxil olmaqla 80-dən çox hədəfə təsir edib.
Mətbuat xidməti qeyd edib ki, İsrail Müdafiə Qüvvələri üç gündən az müddətdə İranda 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə hücum edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

“Sepah” kəşfiyyat rəisinin öldüyünü təsdiqləyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi İsrailin hücumu nəticəsində ölüb.CityPost.az xəbər verir ki, bu barədə silahlı birləşmənin mətbu orqanı olan “Sepah News” məlumat yayıb.“Düşmən yaşayış məntəqələrində dinc əhalini hədəfə almış, nəticədə kəşfiyyat komandirlərindən üç nəfər – şəhid Məhəmməd Kazımi, Həsən Mühəqqiq və Möhsün Baqirini öldürərək şəhadətə qovuşdurub”, – nekroloqda qeyd olunub.
16 İyun 2025, 09:03

Kanadada G7 sammiti başlayır
"Böyük Yeddiliy"in (G7 — Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderləri illik, sayca 51-ci sammit üçün bir araya gəlirlər.
15 İyun 2025, 10:30

İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub
İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb.Bu barədə Citypost.az "Mehr"ə istinadən xəbər verir.Qeyd olunur ki, Baş Qərargah rəisinin kəşfiyyat üzrə müavini Qolamreza Mehrabi və əməliyyatlar üzrə müavini Mehdi Rabbani həlak olublar.
14 İyun 2025, 13:37

Orban Zelenskini nankorluqda İTTİHAM ETDİ
Macarıstanın baş naziri Viktor Orban Vladimir Zelenskini nankorluqda və təkəbbürdə ittiham edib.CityPost.az xəbər verir ki, bu yaxınlarda Zelenski Macarıstanın "ValaszOnline" portalına müsahibəsində (bu, onun 2022-ci ildən bəri Macarıstan mediasına ilk müsahibəsi idi) Viktor Orbanı tənqid edərək, onu Ukraynanın daxili işlərinə qarışmaqda və daxili siyasi məqsədlərinə çatmaq üçün anti-Ukrayna və anti-Avropa siyasətindən istifadə etməkdə ittiham edib.Viktor Orban isə bəyan etdi ki, Ukrayna Macarıstandan yardım alır, bu ölkə ukraynalıları qəbul edir, onlara iş, təhsil verir və əvəzində heç nə tələb etmir."Ancaq bundan sonra hörmətsizlikdən danışmaq həddindən artıq uzağa getməkdir. Zelenski bunu başa düşməlidir", - o deyib.Onun sözlərinə görə, Macarıstan Qərbi Avropa kimi Ukrayna...
13 İyun 2025, 19:19

Paşinyan Rusiya ordusu ilə bağlı açıqlama verib
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Rusiya qoşunlarının respublikada mövcudluğuna son qoymaq istəməz.CityPost.az xəbər verir ki, o qeyd edib ki, ötən il Rusiya qoşunlarının Ermənistanda mövcudluğu səviyyəsi azaldılıb.“Bizim indi Rusiya qoşunlarının mövcudluğuna son qoymaq vəzifəmiz yoxdur”, - deyə Paşinyan bildirib.Paşinyan onu da vurğulayıb ki, respublika rəhbərliyinin əsas vəzifəsi region ölkələri ilə sabit sülhün bərqərar olmasıdır.Yeganə
13 İyun 2025, 19:00

Kiyev Ukraynanın NATO-dakı missiyasının rəhbərini dəyişib
Ukraynada NATO-dakı diplomatik missiyanın rəhbəri Nataliya Qalibarenko vəzifəsindən azad edilib. CityPost.az xəbər verir ki, bu qərarı Volodimir Zelenski verib. Alyona Getmançuk Şimali Atlantika Alyansındakı Ukrayna missiyasının yeni rəhbəri olub.“Natalya Nikolaevna Qalibarenko Ukraynanın NATO-dakı missiyasının rəhbəri vəzifəsindən azad edilsin”, – sənədin mətnində deyilir.Zelenski yeni fərmanında Hetmançuku təyin edib.Belə ki, Qalibarenko bu vəzifəyə təyin olunduqdan təxminən dörd il sonra vəzifəsini tərk edib. O, Ukraynanın NATO-dakı diplomatik missiyasının ilk qadın rəhbəri olub.Yeganə...
13 İyun 2025, 18:45