Yəmən İran-İsrail münaqişəsinə qoşulacaq
Dünya 22 İyun 2025, 13:51

341
Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu bəyan edib.
Bu barədə husi ordusunun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Yəmən rəsmən müharibəyə qoşulacaq. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun", - hərəkat qeyd edib.
Həmçinin oxuyun
Bir sıra teleqram kanalları Yəmənin Bab əl-Məndəb boğazını bağladığını bildirib.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ-nin bombardmançıları İranın üç əsas nüvə obyektinə zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə yeni hücumlarla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib. O, bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını qorumaq üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İran Prezidenti: ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır
ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır.Citypost.az xəbər verir ki. bunu İran Prezidenti Məsud Pezeşkianın Fransa lideri Emmanuel Makronla söhbəti zamanı bəyan edib.“ABŞ bizə hücum edib. Bənzər vəziyyətdə olsaydınız nə edərdiniz? Təbii ki, onlar cavab almalıdırlar”, - Pezeşkian fransalı həmkarının təmkinlilik çağırışını şərh edərkən deyib.İyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo idi. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülüb ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edib....
22 İyun 2025, 20:43

İsrailin zərbəsi nəticəsində SEPAH-ın üç hərbçisi həlak olub
İsrailin İranın Zəncan əyalətində yerləşən obyektlərə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbçisi həlak olub.CityPost.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.ƏtraflıMəlumata görə, SEPAH üzvləri İran ərazisinin müdafiəsi üzrə tapşırıqları yerinə yetirərkən həyatlarını itiriblər.Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
22 İyun 2025, 20:28

İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.Bu barədə parlamentdən bildirilib.Qeyd olunub ki, qərarı İranın Milli Təhlükəsizlik Şurası təsdiqləməlidir.Xatırladaq ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi boğazın bağlana biləcəyini bildirib.Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir. Boğazın şimalında İran, cənubunda isə Oman və BƏƏ yerləşir.
22 İyun 2025, 19:24

İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pisləyib
İran ABŞ-nin ona hücumunu kəskin şəkildə pisləyir, bunu beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulması hesab edir.Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər toplantısında iştirak etdiyi İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi deyib.“İran ABŞ-nin təcavüzkar hərbi əməliyyatını qətiyyətlə pisləyir”, - Əraqçi deyib.
22 İyun 2025, 14:35

İranda 4,4 maqnitudada zəlzələ qeydə alınıb
İranın cənubunda 4,4 maqnitudada zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 88 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.Tələfat və dağıntılar barədə məlumat yoxdur.
22 İyun 2025, 14:10

Merkel: "Rusiya Ukraynanı vura bilməz"
Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, Kiyev Rusiyanın varlığını təhdid etməyib, bunu Tehran və İsrail haqqında demək mümkün deyil deyib.
21 İyun 2025, 20:00