Bizə yazın

Baku

-°C

USD

-

"Tramp açıq insandır" - Lukaşenko

Dünya 21 İyun 2025, 19:49

144

Belarus prezidenti Aleksandr Lukaşenko Amerika lideri Donald Trampı “açıq insan” adlandırıb.

CityPost.az xəbər verir ki, o, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündə deyib. Söhbətin videosunu “Birincilər hovuzu” Teleqram kanalı yayıb.

Lukaşenko görüşün əvvəlində dialoqda səmimiyyətin vacibliyini vurğulayıb.
"Siz dediniz ki, biz açıq və dürüst olmalıyıq. Sizi əmin edə bilərəm: bu, bəzən tənqid olunduğum keyfiyyətlərdən biridir", - Kelloq deyib. Lukaşenko Tramp haqqında danışarkən belə cavab verib: "Mən bunu bilirəm. Amma sizin indi açıq olan prezidentiniz var".
Söhbətin əvvəlində Kelloq qeyd edib ki, Müstəqillik Sarayı Trampın Floridadakı Mar-a-Laqo iqamətgahından daha yaxşı görünür.
Kelloq son illərdə Belarusda ABŞ-ın ən yüksək səviyyəli qonaq nümayəndəsi oldu.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66