Bizə yazın

Baku

-°C

USD

-

Zelenski NATO sammitinə səfər qərarını TƏXİRƏ SALDI

Dünya 21 İyun 2025, 17:14

164

Ukrayna prezidenti Volodimir Zelenski iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə getməklə bağlı hələ yekun qərar vermədiyini bildirib.

CityPost.az xəbər verir ki, onun sözlərini “Obshchestvennoye” nəşri yazır.

"Mənim səfərim Trampla görüşün olub-olmamasından asılı deyil. Birincisi, gedəcəyimə əmin deyiləm, amma yenə də ehtimal yüksəkdir. Əslində, bir gün əvvəl qərar verəcəm", - siyasətçi deyib.
O, əlavə edib ki, Avropa ölkələrinin nümayəndələri, xüsusən də Hollandiyanın baş naziri Dik Şof və ABŞ prezidenti Donald Trampla bir sıra görüşlər keçirmək istəyir.
Bundan əvvəl Litvanın xarici işlər naziri Kestutis Budris bildirmişdi ki, Ukrayna NATO-nun Haaqada keçiriləcək sammitinə dəvət almayacaq. Onun sözlərinə görə, heç kim Haaqaya mümkün dəvətlə bağlı hər hansı gözlənti formalaşdırmayıb və alyans ölkələri ukraynalıların özlərindən belə bəyanatlar eşitməyiblər.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66