Bizə yazın

Baku

-°C

USD

-

Zelenskidən müttəfiqlərinə ÇAĞIRIŞ 

Dünya 21 İyun 2025, 18:15

151

Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərini Ukraynanın müdafiə istehsalının artırılması üçün ÜDM-in 0,25 faizini ayırmağa çağırıb.

CityPost.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

“Prezident Volodimir Zelenski Ukraynanın Qərb tərəfdaşlarını Kiyevə silah istehsalını artırmağa kömək etmək üçün ÜDM-in 0,25 faizini ayırmağa çağırıb”, - deyə açıqlamasda deyilir.
Eyni zamanda bildirilir ki, Ukrayna bu yay silah istehsalı ixracı üçün texnologiya transferi ilə bağlı ilk sazişləri imzalamağı gözləyir. Danışıqların aparıldığı ölkələr arasında Almaniya, Böyük Britaniya, Kanada, Norveç, Danimarka və Litva var.
Bundan əvvəl Zelenski Qərb ölkələrindən respublikanı hər il maliyyələşdirməyi xahiş etmişdi. Onun almaq istədiyi dəstəyin məbləği ildə 40 milyard dollardır.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66