Bizə yazın

Baku

-°C

USD

-

Putin Ukraynada nüvə silahının peyda olmasını qəbuledilməz hesab edir 

Dünya 21 İyun 2025, 19:29

187

Rusiya lideri Vladimir Putin “Sky News Arabia” telekanalına müsahibəsində bildirib ki, Ukrayna münaqişəsinin nizamlanmasının əsas şərtlərindən biri Ukraynada nüvə silahı ehtimalını aradan qaldırmaqdır.

CityPost.az xəbər verir ki, prezidentin sözlərinə görə, Kiyev regionda sabitlik üçün bu tələbi yerinə yetirməlidir.
Putin əlavə edib ki, bu şərtə məhəl qoymamaq və Rusiyanın yeni ərazilər üzərində suverenliyini tanımaqdan imtina etmək silahlı münaqişənin genişlənməsinə gətirib çıxaracaq.
"Ukraynanın neytrallığını, heç bir xarici ittifaqlara qoşulmadığını bəyan etmək, həmçinin nüvə silahı əldə etmək imkanını istisna etmək lazımdır", - dövlət başçısı vurğulayıb.
Müsahibə zamanı Vladimir Putin də Ukrayna vətəndaşlarının Rusiya ilə dostluq münasibətləri qurmaqda maraqlı olduğuna əminliyini ifadə edib. Üstəlik, o, rus və ukrayna xalqlarını bir xalq hesab etdiyini qeyd edib.
Eyni zamanda Rusiya lideri vurğulayıb ki, iki ölkə arasında gələcək əməkdaşlıq üçün Ukrayna rəhbərliyində nasist elementləri aradan qaldırmaq lazımdır.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66