Bizə yazın

Baku

-°C

USD

-

Qrossi: "Nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir"

Dünya 21 İyun 2025, 17:45

221

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi İsrailin İrandakı nüvə obyektlərinə hücumlarının ölkədə nüvə təhlükəsizliyinin qəfil pisləşməsinə səbəb olduğunu bəyan edib və nüvə obyektlərinə heç vaxt hücum edilməməli olduğunu vurğulayıb.

CityPost.az xəbər verir ki, Qrossi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) onlayn olaraq iştirak etdiyi "Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər" adlı iclasda İsrailin İranda hücum etdiyi nüvə obyektləri ilə bağlı açıqlamalar verib.
Qrossi, İsrailin İrandakı nüvə obyektlərinə hücumlarının ölkənin nüvə təhlükəsizliyinin "dərhal" pisləşməsinə səbəb olduğunu və bu günə qədər ictimaiyyəti təsir edən heç bir radiasiya sızmasının olmadığını bildirib.
Qrossi qeyd edib ki, MAQATE nüvə obyektlərinin vəziyyətini diqqətlə izləyir və onlar istənilən nüvə vəziyyətinə müdaxilə edə bilərlər.
Buşəhr Atom Elektrik Stansiyası”nın mümkün hücumun nəticələrinin ən ağır ola biləcəyi nüvə sahəsi olduğunu vurğulayan Qrossi, stansiyanın işlək vəziyyətdə olduğunu və minlərlə kiloqram nüvə materialına ev sahibliyi etdiyini bildirib.
Qrossi, son bir neçə saat ərzində bölgə ölkələrinin narahatlıqlarını ifadə etmək üçün birbaşa onunla əlaqə saxladıqlarını ifadə edərək, "Buşehr Atom Elektrik Stansiyasına edilən hücum ətraf mühitə çox yüksək miqdarda radiasiya yayılmasına səbəb olacaq",-deyə vurğulayıb.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66