Cəlilabadda gənclər arasında münaqişə olub, 2 nəfər bıçaqlanıb
Hadisə 31 Dekabr 2024, 16:07

1558
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
Cəlilabad rayonunun Hamarqışlaq kəndində gənclər arasında mübahisə yaranıb.
Həmçinin oxuyun
Münaqişə zamanı tərəflər kəsici-deşici alətə əl atıblar. Hadisə nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Rəhim Rövşən oğlu Qiyasov (döş boşluğunun sağ yarısının, döş boşluğunun sağ qəfəsinin ön səthinin kəsilmiş yarası) və 2004-cü il təvəllüdlü Elmir Namiq oğlu Teymurov (qarın divarının ön hissəsində kəsilmiş yarası) xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İsrailin zərbəsi nəticəsində SEPAH-ın yeddi hərbçisi həlak olub
İsrailin İranın şərqində yerləşən Yəzd vilayətinə endirdiyi hava zərbəsi nəticəsində İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) daha yeddi hərbçisi həlak olub.Bu barədə “Fars” agentliyi məlumat yayıb.Məlumata görə, SEPAH üzvləri ilə yanaşı, iki çağırışçının da həyatını itirdiyi bildirilir.Hadisənin təfərrüatları açıqlanmır.“ISNA” agentliyinin məlumatına əsasən, insident nəticəsində bir neçə nəfər də yaralanıb.
22 İyun 2025, 22:50

İranın İsrailə raket zərbələri nəticəsində 86 nəfər yaralanıb
ABŞ-nin hücumlarından sonra İranın İsrailə endirdiyi iki raket zərbəsi nəticəsində azı 86 nəfər yaralanıb.Bu barədə “The Times of Israel” məlumat yayıb.Xatırladaq ki, İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib.
22 İyun 2025, 13:54

Bakıda ağır qəza: ölən var
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.CityPost.az xəbər verir ki, Turan Sadiq oğlu Abdullayev idarə etdiyi “Şanqan” (Changan) markalı avtomobillə piyada, 1981-ci il təvəllüdlü Namiq Əli oğlu Süleymanovu vurub.Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxana yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.Fakt bağlı cinayət işi başlanılıb
21 İyun 2025, 11:00

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana BU CƏZA VERİLDİ
Külli miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlinin məhkəməsi başa çatıb.Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə K.Balahəsənli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.İnformasiya texnologiyaları sahəsində mütəxəssis olan və instaqramda 260 min izləyicisi olan Kənanın "EKOİN" adlı kriptovalyuta elektron ticarəti ilə məşğul olduğu və qazanc əldə etmək vədi ilə sevgi münasibətində olduğu qadından 93 500 manat, digər 4 nəfərdən isə 14 min manata yaxın pul alaraq ələ keçirdiyi müəyyən edilib.Zərərçəkmiş şəxslər ifadələrində K.Balahəsənlinin özünü dövlət qurumlarının İT mütəxəssisi kimi təqdim etdiyini və buna inanaraq pul verdiklərini qeyd ediblər.Məhkəmənin hökmü ilə Kənan Balahəsənliyə 6 il 6 ay həbs cəzası verilib.Onun keçmiş sevgilisi...
20 İyun 2025, 09:06

Sumqayıtda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıt şəhərinin Qurd dərəsi yaşayış massivində bədbəxt hadisə baş verib.APA-nın məlumatına görə, fərdi yaşayış evində tək yaşayan 1955-ci il təvəllüdlü İbad Barat oğlu Əliyev meyvə ağacına çıxarkən yıxılıb.İlkin məlumata görə, 70 yaşlı kişi nəvələri üçün tut dərmək məqsədilə ağaca çıxıb. Lakin ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılan İbad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
19 İyun 2025, 21:52

Xaçmazda mənzildən meyit tapılıb
Xaçmazda mənzildən meyit tapılıb.Bu barədə CityPost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
16 İyun 2025, 14:00