Müdafiə nazirinin müavinləri Qətərə səfər edib
Hərbi 21 Aprel 2025, 14:08

1268
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Qətərdə rəsmi səfərdə olublar.
Bu barədə CityPost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə, nümayəndə heyəti Al Udeid Aviabazasında Qətər Silahlı Qüvvələrinin Hərbi Aviasiya akademiyasını ziyarət edərək burada yaradılmış şərait və tədris prosesi ilə tanış olublar.
Daha sonra Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Əl-Tani Qətərdə səfərdə olan Baş direktor cənab A.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, hər iki dövlət arasında mövcud olan əməkdaşlığın vəziyyəti və inkişaf etdirilməsi imkanları müzakirə edilib.
Görüşdə HHQ-nin komandanı general-leytenant N.İslamzadə, eləcə də hər iki tərəfdən bir sıra yüksək rütbəli zabitlər və rəsmi şəxslər iştirak ediblər.
Daha sonra Qətərin "Barzan Holdings" şirkətində olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin holdinqin rəhbərliyi arasında keçirilən görüşdə hərbi texniki sahədə əməkdaşlığın perspektivlərindən danışılıb.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən bildirilib."Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır", MN-in məlumatında deyilir....
30 May 2025, 12:30

Zakir Həsənov Pakistan Quru Qoşunları komandanı ilə görüşüb
Mayın 28-də Laçın şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki,pakistanlı qonağı ölkəmizdə görməkdən məmnun olduğunu bildirən nazir onu "feldmarşal" ali hərbi rütbəsi alması münasibətilə təbrik edib.General-polkovnik Z.Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən feldmarşal A.Munir hərbi əlaqələrimizin inkişafı məqsədilə qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.Tərəflər Azərbaycanla Pakistan arasında hərbi...
28 May 2025, 11:48

Ordumuzda “Ən yaxşı snayper” adı uğrunda yarış - VİDEO
Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib.Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “İxtisas atışı”, “Məqbul atışı”, “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.Yarışın yekununda qalib komandalara mükafatlar təqdim olunub....
26 May 2025, 18:18

Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO
Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.
22 May 2025, 13:00

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
19 May 2025, 15:05

Azərbaycan-İran birgə hərbi təliminin açılışı olub - VİDEO
Ölkəmizdə keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub.
19 May 2025, 13:14