Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib -VİDEO
Hərbi 28 Sentyabr 2024, 14:30

242
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib kİ, plana əsasən icra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib. Xüsusi təyinatlılar məhdudgörmə şəraitində şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın və müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Vaxt normativinə uyğun təyin olunan yüksəklik xüsusi təyinatlılar tərəfindən ələ keçirilib, dairəvi mühafizə və müdafiənin təşkili ilə növbəti hakim yüksəkliyin tutulması üçün mobil qruplar fəaliyyətini davam etdirib.
Həmçinin oxuyun
Təlim zamanı təminat-təxliyə qrupları tərəfindən yaralıların təxliyəsi və sursat təminatının çatdırılması da praktiki məşq etdirilib. Azərbaycan Ordusunun son dövrlərdə apardığı uğurlu döyüş əməliyyatlarında qazanılan təcrübənin tətbiq edildiyi taktiki-xüsusi təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirilərək qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə başladı
Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın "Xəzər küləyi - 2025" birgə hərbi təlimləri başlayıb.
17 İyun 2025, 13:50

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO
Cari ilin hazırlıq planına uyğun olaraq, hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər.Müdafiə Nazirliyindən CityPost.az-a verilən məlumata görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib.Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib....
11 İyun 2025, 15:00

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistan xüsusi təyinatlılarının təlimi keçiriləcək
Cari ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub. Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Konfransda, həmçinin hərbi əməkdaşlıq və təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.“Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi...
11 İyun 2025, 10:00

Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq
Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.CityPost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda əksini tapıb.Beləliklə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə ediləcək yeni - 30.4-1-ci maddəyə əsasən, kursant hərbi rütbəsi əsgər (matros)...
10 İyun 2025, 16:00

MN: Pirəkəşküldə yararsız döyüș sursatları məhv ediləcək
10-13 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüș sursatlarının təhlükəsizlik qaydalarıa riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxılğındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsası olmadığını diqqətə çatdırırıq", məlumatda deyilir.
10 İyun 2025, 12:50

Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovun dəvəti ilə Özbəkistan Respublikasına səfər edib.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Vildirilib ki, əvvəlcə, Daşkənddə yerləşən Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.General-leytenant Namiq İslamzadə Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Şuhrat Xalmuxamedov və özbək həmkarı general-mayor A.Burxanov ilə görüşüb.Keçirilən görüşlərdə hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub,...
09 İyun 2025, 11:30