Ölkələrin qızıl ehtiyatları harada saxlanılır? – Başqa dövlətin xəzinəsində olan milli sərvət
Maraqlı 05 Avqust 2026, 12:07
4069
Qızıl əsrlərdir ki, dövlətlərin maliyyə sabitliyinin, iqtisadi müstəqilliyinin və krizis anlarında ən etibarlı sığınacağının rəmzi hesab olunur. Mərkəzi banklar milli valyutanı dəstəkləmək və qlobal iqtisadi tərəddüdlərdən qorunmaq üçün tonlarla qızıl ehtiyatı toplayırlar. Lakin bir çox insanı təəccübləndirən əsas məqam odur ki, ölkələrin sahib olduğu bu milli sərvətin böyük bir hissəsi öz sərhədləri daxilində deyil, minlərlə kilometr uzaqda — başqa dövlətlərin yeraltı xəzinələrində saxlanılır.
Citypost.az xəbər verir ki, dünyanın ən böyük qızıl saxlanma mərkəzi ABŞ-ın Nyu-York şəhərində yerləşən Federal Ehtiyat Bankı (FED) və məşhur Fort Noksdur(Fort Knox). Bir çox Avropa və Asiya ölkələri, eləcə də beynəlxalq maliyyə təşkilatları öz qızıl külçələrinin böyük hissəsini Nyu-York FED-in Manhettendəki yerin 24 metr dərinliyində yerləşən xüsusi bunkerlərində saxlayırlar. Bununla yanaşı, Böyük Britaniya Mərkəzi Bankı (Bank of England) və İsveçrə Milli Bankı da qlobal dərəcədə ən çox etibar edilən qızıl saxlanc mərkəzləri sırasındadır.
Ölkələrin öz qızıllarını başqa dövlətlərə etibar etməsinin arxasında həm tarixi, həm də strateji-iqtisadi səbəblər dayanır. İkinci Dünya Müharibəsi dövründə Avropa dövlətləri öz qızıl ehtiyatlarını işğal riskindən qorumaq üçün ABŞ və Böyük Britaniyaya daşımışdılar. İqtisadi baxımdan isə qızılın London və Nyu-York kimi qlobal finans mərkəzlərində saxlanılması beynəlxalq ticarət əməliyyatlarını, valyuta mübadiləsini və girov əməliyyatlarını saniyələr ərzində həyata keçirməyə imkan verir. Qızılı fiziki olaraq ölkədən-ölkəyə daşımaq nəhəng nəqliyyat və təhlükəsizlik xərcləri tələb etdiyi halda, bu mərkəzlərdə saxlanılan qızılın mülkiyyət hüququ sadəcə sənəd üzərində dəyişdirilir.
Lakin son illərdə dəyişən geosiyasi reallıqlar, sanksiya riskləri və qlobal etibarsızlıq fonunda bir çox dövlət öz milli sərvətlərini vətənə qaytarmaq (repatriasiya) prosesinə başlayıb. Almaniya, Hollandiya, Avstriya və Türkiyə kimi ölkələr ABŞ və Böyük Britaniyadakı qızıl ehtiyatlarının böyük bir hissəsini mərhələli şəkildə öz Mərkəzi Banklarının anbarlarına gətiriblər.
Qızıl ehtiyatlarının harda saxlanılması məsələsi sadəcə maliyyə loqistikası deyil, həm də birbaşa milli təhlükəsizlik və suverenlik məsələsidir. Qlobal böhranlar dərinləşdikcə, dövlətlər başqa ölkələrin xəzinələrinə etibar etməkdənsə, öz fiziki nəzarətləri altında olan daxili ehtiyatlarını gücləndirməyə üstünlük verirlər.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Təbiətin nəhəng primatları: Qorillər haqqında maraqlı faktlar
Güclü bədən quruluşu, inkişaf etmiş sosial davranışları və insanlarla genetik yaxınlığı ilə seçilən qorillər heyvanlar aləminin ən maraqlı canlılarından hesab olunur. Dünyanın ən iri primatları arasında yer alan bu heyvanlar zahirən qorxuducu görünsələr də, əsasən ailə qrupları şəklində yaşayır və sosial münasibətlərə böyük əhəmiyyət verirlər. Onların insanlarla genetik oxşarlığı, qeyri-adi fiziki gücü və balalarına göstərdikləri qayğı alimlərin diqqətini uzun illərdir cəlb edir.Citypost.az xəbər verir ki, qorillər insanlarla ən yaxın qohumluğu olan primatlar sırasındadır. Elmi məlumatlara əsasən, insanlarla qorillərin DNT-si təxminən 98 faizdən çox oxşarlıq göstərir. Bu göstərici müqayisənin hansı üsulla aparılmasından asılı olaraq dəyişə bilər. Genetik yaxınlıq onların təkamül tarixində...
26 Oktyabr 2026, 11:00
Quşları belə ovlaya bilən Qoliaf tarantulası nə qədər təhlükəlidir?
Təbiətdə ölçüsü və görünüşü ilə insanlarda həm maraq, həm də qorxu yaradan canlılar az deyil. Onların arasında Qoliaf tarantulası xüsusi yer tutur. Nəhəng bədən quruluşu, güclü ayaqları və qeyri-adi müdafiə davranışı ilə seçilən bu hörümçək dünyanın ən böyük hörümçək növlərindən biri hesab olunur. Onun bəzi fərdlərinin ayaqları arasındakı məsafə 30 santimetrə çata bilir. Əsasən həşəratlarla qidalansa da, ov imkanları bununla məhdudlaşmır.Citypost.az xəbər verir ki, Qoliaf tarantulası (Theraphosa cinsinə aid növlər) Cənubi Amerikanın tropik meşələrində yaşayan iri hörümçəklərdəndir. Xüsusilə Qoliaf quşyeyən tarantulası kimi tanınan növ nəhəng ölçüləri ilə diqqət çəkir. Bu hörümçəklər əsasən rütubətli tropik meşələrdə, torpaqda qazdıqları yuvalarda və ya...
26 Oktyabr 2026, 10:00
Dünyanın uça bilməyən ən ağır tutuquşusu: Kakaponun qeyri-adi xüsusiyyətləri
Təbiətdəki ən maraqlı quş növlərindən biri olan kakapo öz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Digər tutuquşulardan fərqli olaraq uça bilməyən bu quş dünyanın ən ağır tutuquşusu hesab olunur. Gecə həyat tərzi sürməsi, təhlükə zamanı bəzən hərəkətsiz qalması və özünəməxsus qoxusu ilə seçilən kakapo bu gün nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir quş növləri sırasındadır.Citypost.az xəbər verir ki, Yeni Zelandiyaya məxsus kakapo (*Strigops habroptilus*) dünyada uça bilməyən yeganə tutuquşu növü kimi tanınır. Bu quşun ən diqqətçəkən xüsusiyyətlərindən biri bədən çəkisinin digər tutuquşularla müqayisədə xeyli ağır olmasıdır. Yetkin kakapoların çəkisi təxminən 2-4 kiloqrama çata bilər. Bu göstərici onların uçuş qabiliyyətinin olmaması ilə...
26 Oktyabr 2026, 09:00
Bəzi qoxular bizi illər əvvələ necə qaytarır?
Bəzən təzə bişmiş peçenyenin qoxusu insanı qəfil uşaqlıq illərinə aparır. Bir anlıq özümüzü nənəmizin mətbəxində hiss edir, illər əvvəl yaşadığımız hadisələri, həmin dövrün insanlarını və duyğularını sanki yenidən yaşayırıq. Maraqlıdır ki, adi bir görüntü və ya səs bizə keçmişi xatırlatsa da, bəzi qoxular daha güclü emosional təsir yarada bilir. Elmdə qoxuların keçmiş xatirələri və onlarla əlaqəli hissləri oyatması Prust effekti adlandırılır.Citypost.az xəbər verir ki, bu hadisənin adı fransız yazıçısı Marsel Prustun əsəri ilə əlaqələndirilir. Yazıçının “İtirilmiş zamanın axtarışında” romanında çaya batırılmış madlen peçenyesinin dadı və qoxusu qəhrəmanda uşaqlıq xatirələrini canlandırır. Bu epizod sonradan müəyyən qoxuların insanı gözlənilmədən keçmişə qaytarmasını ifadə...
23 Oktyabr 2026, 11:40
Yuxularımızı niyə oyanan kimi unuduruq? – Beynimizdə baş verən maraqlı proses
Dünən gecə hansı yuxunu gördüyünüzü xatırlayırsınızmı? Bəlkə yuxuda uçurdunuz, bəlkə də rəhbəriniz pişiyə çevrilmişdi. Yuxu zamanı baş verən hadisələr bəzən son dərəcə real və canlı görünür. Ancaq səhər gözümüzü açan kimi həmin görüntülərin böyük hissəsi yaddaşımızdan silinir. Bəs hər gecə saatlarla yuxu gördüyümüz halda, onları niyə xatırlamaq bu qədər çətindir?Citypost.az-ın məlumatına görə, əslində, yuxular yuxu prosesinin mühüm hissələrindən biridir. İnsan yatarkən beyin fəaliyyətini tam dayandırmır. Əksinə, yuxunun müxtəlif mərhələlərində beyin aktiv şəkildə işləyir, xatirələri emal edir, emosiyaları tənzimləyir və bəzən reallıqla əlaqəsi olmayan, qəribə hadisələrdən ibarət süjetlər yaradır. Bu hadisələr yuxu zamanı inandırıcı görünə bilər, lakin oyandıqdan sonra onların ardıcıllığını...
23 Oktyabr 2026, 10:40
Yupiter Yer kürəsini asteroidlərdən necə qoruyur?
Kosmik fəza ilk baxışdan sakit və sabit görünsə də, əslində orada saysız-hesabsız qaya parçası, asteroid və kometa hərəkət edir. Bəs belə olduqda Yer kürəsinə niyə tez-tez iri göy cisimləri düşmür? Məlumata görə, bunun əsas səbəblərindən biri Günəş sisteminin ən böyük planeti olan Yupiterlə bağlıdır. Alimlərin izahına görə, bu nəhəng planet Yer üçün bir növ təbii qalxan rolunu oynayır.Citypost.az xəbər verir ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, Yer kürəsinə göy cisimlərinin düşməsi nadir hadisə deyil. Məlumata görə, hər il planetimizə minlərlə kiçik göktaşı düşür. Bunların əksəriyyəti ölçüsünə görə kiçik olduğundan atmosferdə yanır, yaxud yerə çatsa da ciddi ziyan vurmur. Lakin...
22 Oktyabr 2026, 10:30