Bizə yazın

Baku

-°C

USD

-

​Hitlerin şnapsı, Stalinin 100 qramı: Əsgərləri döyüşə ruhlandıran spirtli içki qərarları

Maraqlı 24 Avqust 2026, 16:34

3699

Ən yeni tarix. Maraqlı faktlar.

Araq içənlərin şnaps içənlərə qalib gəlməsi – Stalin də, +itler də döyüşçülərə spirtli içki paylatdırıb.

85 il öncə, 22 avqust 1941-ci ildə İosif Stalin Dövlət Müdafiə Komitəsinin növbəti qərarına imza atıb. 562 saylı qərarda bu sətirlər əks olunub:

“1 sentyabr 1941-ci il tarixdən başlayaraq ön xəttdə olan ordu hissələrinin döyüşçüləri və komandir heyəti hər gün 100 qram miqdarında 40 faizlik araqla təmin edilsin”.

Qərarın qüvvəyə minməsi sentyabrın 1-i olsa da, artıq həmin ilin iyul ayının sonlarından ön xəttdəki döyüşçülərə hər gün qeyri-rəsmi 100 qram araq verilib.

Bu qərarın verilməsində uzun-uzadı müzakirələr aparılmayıb. Yalnız bir dəfə Stalin marşal və generalları yanına dəvər edərək 45 dəqiqəlik müşavirə keçirib və yekdil qərara gəlinib.

Digər tərəfdən, döyüşən ordunun araqla təmin olunması praktikası hələ sovet-fin müharibəsi dövründə tətbiq olunduğundan onun nəticələri SSRİ rəhbərlərinə yaxşı məlum olub. 

Belə ki, sovet-fin müharibəsi dövründə hava şəraitinin soyuq olması ilə bağlı 1940-cı ilin yanvarında SSRİ-nin müdafiə komissarı (naziri) Kliment Voroşilov döyüşən ordunun əsgərlərinə hər gün 100 qram araq verilməsinin razılığını Stalindən almağa nail ola bilib və silahlı qüvvələrin şəxsi heyəti arasında bu norma “narkomun 100 qramı” adı ilə populyarlaşıb.

Yəqin ki, həmin dövrdə 100 qramın döyüşən ordunun psixoloji durumuna müsbət təsirini nəzərə alan Dövlət Müdafiə Komitəsi 1941-ci ildə başlanan müharibədə də bu “ənənə”ni davam etdirməyi qərarlaşdırıb.

Sözügedən qərara uyğun olaraq Müdafiə Komissarlığı (nazirliyi) əmr hazırlayıb. Əmrə əsasən ön xəttədəki əsgər və zabitlərlə yanaşı döyüş tapşırığını yerinə yetirən təyyarəçilərə, aerodromların texniki-mühəndis heyətinə də 100 qram araq normasının verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, anoloji olaraq bu məzmunlu qərar 3-cü Reyx tərəfindən də verilib. 

+itlerin imzaladığı əmrə əsasən alman qoşunları da soyuq hava şəraitində şnaps adlı spirtli içki ilə təmin ediliblər. 

Şnaps meyvə dadı verən, tərkibi 40 faiz spirtdən ibarət olan içkidir. Müharibə veteranlarının söylədiklərinə görə, şnapsla rus arağının yalnız bir fərqi olub. Şnaps içənlər oxumağa, rəqs etməyə meyl göstəriblər, rus arağını içənlər isə vuruşmağa. Zarafatla deyilən bu ifadədə bəlkə də bir həqiqət də var...

Stalin döyüşən ordunun araqla təminat məsələsini Anastas Mikoyana həvalə edib. 

Mikoyan ticarət naziri olmaqla yanaşı, həm də 1941-ci ildən ordunun ərzaq və əşya təchizatı komitəsinə başçılıq edib. 

İstehsal müəssisələrinin müəyyənləşdirilməsi, istehsal gücünün artırılması, hazır məhsulun yerlərə çatıdırlmasına məhz Mikoyan cavabdehlik daşıyıb. 

Arağın hərbi hissələrdə paylanılması, israfçılığa yol verilməməsi, dəqiq hesabatların aprılmasını və bununla bağlı digər məsələlər rəsmi olaraq hərbi hissə komandirlərinin vəzifə borcuna əlavə edilib.

Müharibənin sonuna qədər Dövlət Müdafiə Komitəsinin əsgər və zabitlərə araq verilməsi ilə bağlı qərarı bir neçə dəfə dəyişib.

1942-ci ilin yazında, müharibənin ən çətin dövründə növbəti qərara əsasən alman qoşunlarına qarşı mübarizədə uğurlar qazanan hissə döyüşçülərinə 200 qram, hücum mövqeyində olan hissələrin şəxsi heyətinə 100 qram, ön xəttdə olan digər əsgər və zabitlərə isə yalnız əlamətdar günlərdə 100 qram araq paylanıb. 

Əlamətdar günlər Oktyabr inqilabının ildönümü - 7 noyabr, Konstitusiya günü - 5 dekabr, Yeni il - 1 yanvar, Ordu günü -23 fevral, Beynəlxalq zəhmətkeşlər bayramı - 1 may, Ümumittifaq Aviasiya günü - 16 avqust tarixləri nəzərdə tutulub. Bu qərar 6 iyun 1942-ci ildə Stalin tərəfindən imzalanıb.

Cəmi bir neçə aydan sonra 1942-ci ilin noyabrın 12-də sözügedən qərara yenə dəyişiklik edilib. 100 qram araq normasının verilməsi yenidən bütün ön xəttdə olan döyüşçülərə şamil edilib. Arxa cəbhənin hərbçilərinə, o cümlədən yaralananlara həkim icazəsi ilə 50 qram arağın verilməsi qərarda öz əksini tapıb. 

Qafqaz cəbhəsinin şəxsi heyətinə isə 200 qram portveyn və ya 300 qram çaxır verilməsi nəzərdə tutulub.

Qərar 1943-cü ilin aprelin 30-da Dövlət Müdafiə Komitəsində növbəti dəfə müzakirəyə çıxarılıb və qərara alınıb ki, 3 may 1943-cü il tarixdən ordu hissələrinin şəxsi heyətinə kütləvi şəkildə gündəlik 100 qram arağın verilməsi dayandırılsın, yalnız hücum əməliyyatı keçirən hissələrin şəxsi heyəti sutka ərzində 100 qram araqla təmin edilsin. 

Ön cəbhənin digər ordu və qoşun hissələrinin şəxsi heyətinə isə yalnız bayram günlərində 100 qram araq paylanılsın.

Bu qərar 1945-ci ilin iyun ayına qədər qüvvədə olub. İyunun 24-də silahlı qüvvələrin şəxsi heyətinin 100 qram araqla təmin olunması ilə bağlı qərar ləğv edilib.

İlham Cəmiloğlu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Təbiətin nəhəng primatları: Qorillər haqqında maraqlı faktlar

Güclü bədən quruluşu, inkişaf etmiş sosial davranışları və insanlarla genetik yaxınlığı ilə seçilən qorillər heyvanlar aləminin ən maraqlı canlılarından hesab olunur. Dünyanın ən iri primatları arasında yer alan bu heyvanlar zahirən qorxuducu görünsələr də, əsasən ailə qrupları şəklində yaşayır və sosial münasibətlərə böyük əhəmiyyət verirlər. Onların insanlarla genetik oxşarlığı, qeyri-adi fiziki gücü və balalarına göstərdikləri qayğı alimlərin diqqətini uzun illərdir cəlb edir.Citypost.az xəbər verir ki, qorillər insanlarla ən yaxın qohumluğu olan primatlar sırasındadır. Elmi məlumatlara əsasən, insanlarla qorillərin DNT-si təxminən 98 faizdən çox oxşarlıq göstərir. Bu göstərici müqayisənin hansı üsulla aparılmasından asılı olaraq dəyişə bilər. Genetik yaxınlıq onların təkamül tarixində...

26 Oktyabr 2026, 11:00

Quşları belə ovlaya bilən Qoliaf tarantulası nə qədər təhlükəlidir?

Təbiətdə ölçüsü və görünüşü ilə insanlarda həm maraq, həm də qorxu yaradan canlılar az deyil. Onların arasında Qoliaf tarantulası xüsusi yer tutur. Nəhəng bədən quruluşu, güclü ayaqları və qeyri-adi müdafiə davranışı ilə seçilən bu hörümçək dünyanın ən böyük hörümçək növlərindən biri hesab olunur. Onun bəzi fərdlərinin ayaqları arasındakı məsafə 30 santimetrə çata bilir. Əsasən həşəratlarla qidalansa da, ov imkanları bununla məhdudlaşmır.Citypost.az xəbər verir ki, Qoliaf tarantulası (Theraphosa cinsinə aid növlər) Cənubi Amerikanın tropik meşələrində yaşayan iri hörümçəklərdəndir. Xüsusilə Qoliaf quşyeyən tarantulası kimi tanınan növ nəhəng ölçüləri ilə diqqət çəkir. Bu hörümçəklər əsasən rütubətli tropik meşələrdə, torpaqda qazdıqları yuvalarda və ya...

26 Oktyabr 2026, 10:00

Dünyanın uça bilməyən ən ağır tutuquşusu: Kakaponun qeyri-adi xüsusiyyətləri  

Təbiətdəki ən maraqlı quş növlərindən biri olan kakapo öz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Digər tutuquşulardan fərqli olaraq uça bilməyən bu quş dünyanın ən ağır tutuquşusu hesab olunur. Gecə həyat tərzi sürməsi, təhlükə zamanı bəzən hərəkətsiz qalması və özünəməxsus qoxusu ilə seçilən kakapo bu gün nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir quş növləri sırasındadır.Citypost.az xəbər verir ki, Yeni Zelandiyaya məxsus kakapo (*Strigops habroptilus*) dünyada uça bilməyən yeganə tutuquşu növü kimi tanınır. Bu quşun ən diqqətçəkən xüsusiyyətlərindən biri bədən çəkisinin digər tutuquşularla müqayisədə xeyli ağır olmasıdır. Yetkin kakapoların çəkisi təxminən 2-4 kiloqrama çata bilər. Bu göstərici onların uçuş qabiliyyətinin olmaması ilə...

26 Oktyabr 2026, 09:00

Bəzi qoxular bizi illər əvvələ necə qaytarır?

Bəzən təzə bişmiş peçenyenin qoxusu insanı qəfil uşaqlıq illərinə aparır. Bir anlıq özümüzü nənəmizin mətbəxində hiss edir, illər əvvəl yaşadığımız hadisələri, həmin dövrün insanlarını və duyğularını sanki yenidən yaşayırıq. Maraqlıdır ki, adi bir görüntü və ya səs bizə keçmişi xatırlatsa da, bəzi qoxular daha güclü emosional təsir yarada bilir. Elmdə qoxuların keçmiş xatirələri və onlarla əlaqəli hissləri oyatması Prust effekti adlandırılır.Citypost.az xəbər verir ki, bu hadisənin adı fransız yazıçısı Marsel Prustun əsəri ilə əlaqələndirilir. Yazıçının “İtirilmiş zamanın axtarışında” romanında çaya batırılmış madlen peçenyesinin dadı və qoxusu qəhrəmanda uşaqlıq xatirələrini canlandırır. Bu epizod sonradan müəyyən qoxuların insanı gözlənilmədən keçmişə qaytarmasını ifadə...

23 Oktyabr 2026, 11:40

Yuxularımızı niyə oyanan kimi unuduruq? – Beynimizdə baş verən maraqlı proses

Dünən gecə hansı yuxunu gördüyünüzü xatırlayırsınızmı? Bəlkə yuxuda uçurdunuz, bəlkə də rəhbəriniz pişiyə çevrilmişdi. Yuxu zamanı baş verən hadisələr bəzən son dərəcə real və canlı görünür. Ancaq səhər gözümüzü açan kimi həmin görüntülərin böyük hissəsi yaddaşımızdan silinir. Bəs hər gecə saatlarla yuxu gördüyümüz halda, onları niyə xatırlamaq bu qədər çətindir?Citypost.az-ın məlumatına görə, əslində, yuxular yuxu prosesinin mühüm hissələrindən biridir. İnsan yatarkən beyin fəaliyyətini tam dayandırmır. Əksinə, yuxunun müxtəlif mərhələlərində beyin aktiv şəkildə işləyir, xatirələri emal edir, emosiyaları tənzimləyir və bəzən reallıqla əlaqəsi olmayan, qəribə hadisələrdən ibarət süjetlər yaradır. Bu hadisələr yuxu zamanı inandırıcı görünə bilər, lakin oyandıqdan sonra onların ardıcıllığını...

23 Oktyabr 2026, 10:40

Yupiter Yer kürəsini asteroidlərdən necə qoruyur?

Kosmik fəza ilk baxışdan sakit və sabit görünsə də, əslində orada saysız-hesabsız qaya parçası, asteroid və kometa hərəkət edir. Bəs belə olduqda Yer kürəsinə niyə tez-tez iri göy cisimləri düşmür? Məlumata görə, bunun əsas səbəblərindən biri Günəş sisteminin ən böyük planeti olan Yupiterlə bağlıdır. Alimlərin izahına görə, bu nəhəng planet Yer üçün bir növ təbii qalxan rolunu oynayır.Citypost.az xəbər verir ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, Yer kürəsinə göy cisimlərinin düşməsi nadir hadisə deyil. Məlumata görə, hər il planetimizə minlərlə kiçik göktaşı düşür. Bunların əksəriyyəti ölçüsünə görə kiçik olduğundan atmosferdə yanır, yaxud yerə çatsa da ciddi ziyan vurmur. Lakin...

22 Oktyabr 2026, 10:30