Azərbaycan ziyalılarının qənimi: Ağasəlim Atakişiyevin 1937-ci il repressiyasındakı rolu
Maraqlı 25 Avqust 2026, 13:06
3747
Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi ziyalılara işgəncələr verən
1937-ci il. Stalin repressiyasının başlandığı il.Mikayıl Müşfiq, Əhməd Cavad, Əhməd Rəcəbli və İsmixan Rəhimov kimi onlarla dahi Azərbaycan ziyalısının istintaqa dəvət edilir. Sorğu sual qısa çəkir və onlara işgəncələr edərək etmədikləri işlərə imza atmağa məcbur edirlər.
Azərbaycan Kommunist partiyasının VI mart Plenumu tərəfindən qoyulmuş və siyasi repressiyaların qurbanı olan "Üçlük"-ə daxil olan Yuvelyan Davidoviç Sumbatov-Topuridze (Sədr), Teymur Quliyev və Cahangir Axundzadə Moskvadan birbaşa əmr əsasında ziyalıları məhv etməyə başlayırlar.
İttiham olunan şəxslərin vəkilləri olmurdu, çox vaxt özləri də iclasda iştirak etmirdilər, çünki işgəncə nəticəsində artıq onların "günahları" bəlli idi..
Məhz Azərbaycan ziyalılarına işgəncə verənlərin başında duran şəxslərdən biri də Ağasəlim Atakişiyev idi.
Ağasəlim İbrahim oğlu Atakişiyev sovet dövlət təhlükəsizlik orqanlarının yüksək rütbəli xadimlərindən biri idi. O, Mir Cəfər Bağırovun ən etibarlı kadrlarından biri idi.
Azərbaycanda minlərlə ziyalının, elm və mədəniyyət xadiminin, dövlət məmurunun "əks-inqilabi fəaliyyət", "pantürkizm" və "trotskiçilik" ittihamları ilə həbs olunmasında, saxta istintaq işlərinin dindirilməsində və qətl qərarlarının çıxarılmasında birbaşa iştirak edib.
İstintaq zamanı tətbiq edilən qəddar dindirmə üsullarının və amansız işgəncələrin şəxsi təşkilatçısı və ideya müəlliflərindən biri hesab olunur bu qəddar adam.
Həmçinin oxuyun
Təkcə bir faktı deyəcəm. Onun işgəncəsı altında Mikayıl Müşfiq "etiraf" edib ki, kamerada olanda ucadan mahnı oxuyaraq sovet rejimini və Bağırovu şəxsən söyüb.
Günün 24 saatı ərzində onun əmri ilə kamerada dindirilən məhkunların yatmasına, oturmasına və dincəlməsinə qətiyyən icazə verilmirdi.Yuxusuzluqdan hallüsinasiyalar görən və iradəsi tamamilə qırılan ziyalılar sonda qarşılarına qoyulan istənilən saxta ittihama imza atmağa məcbur olurdular.
İstintaq otaqlarında rezin dubinkalar, ağır qamçılar və xüsusi alətlərlə məhkumlar huşunu itirənə qədər döyülürdü.Məhkumlar dizə qədər buzlu su ilə dolu olan dar hücrələrdə saatlarla, bəzən günlərlə ayaq üstə saxlanılırdı.
Məhz onun icad etdiyi işgəncə növü olan məhkumların dırnaqlarının altına iynə yeritmək, barmaqlarını qapı arasında sıxmaq və bədənlərində siqaret söndürmək adi hal almışdı.
İfadə vermək istəməyən şəxsləri həyat yoldaşlarını və uşaqlarını həbs etməklə, onları xalq düşmanının ailəsi kimi güllələməklə və ya Sibirə sürgün etməklə təhdid edirdi.
Repressiya illərində onun işgəncələrinə məruz qalmış şəxslərin xatirələrinə görə Ağasəlim Atakişiyev dindirmə zamanı kabinetdə oturub siqaret çəkir, dindirilən şəxsi ağır söyüşlərlə təhqir edir və müstəntiqlərə hansı üsulla döyməyi şəxsən diktə edirdi.
1937–1938-ci illərdəki kütləvi cəza tədbirlərində göstərdiyi "fəallıq" onun sovet rəhbərliyinin gözündə sürətlə böyüməsinə səbəb oldu. İkinci Dünya müharibəsi illərində NKVD daxilində müxtəlif rəhbər vəzifələrdə çalışdı və 1945-ci ildə ona general-mayor rütbəsi verildi.
Stalin ölümü, Bağırovun həbsindən sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu sosialist qanunvericiliyini kobud şəkildə pozmaqda, günahsız insanlara işgəncə verməkdə ittiham edərək 25 il müddətinə azadlıqdan məhrum etdi. Bütün orden və medalları, eləcə də general rütbəsi əlindən alındı.
O, 1970-ci ildə Bakıda rütbəsiz, təqaüdsüz və cəmiyyətdən təcrid olunmuş bir şəkildə öldü.
Mənbə :
Н. В. Петров, К. В. Скоркин. "Кто руководил НКВД, 1934–1941: Справочник". Москва, Звенья, 1999
"Политбюро и дело Берия. Сборник документов". Москва, Кучково поле, 2012
Л. А. Колышкин. "Закулиса сталинской юстиции: Из истории органов безопасности СССР". Москва, 2008
Prof.Dr. Zaur Aliyev
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Təbiətin nəhəng primatları: Qorillər haqqında maraqlı faktlar
Güclü bədən quruluşu, inkişaf etmiş sosial davranışları və insanlarla genetik yaxınlığı ilə seçilən qorillər heyvanlar aləminin ən maraqlı canlılarından hesab olunur. Dünyanın ən iri primatları arasında yer alan bu heyvanlar zahirən qorxuducu görünsələr də, əsasən ailə qrupları şəklində yaşayır və sosial münasibətlərə böyük əhəmiyyət verirlər. Onların insanlarla genetik oxşarlığı, qeyri-adi fiziki gücü və balalarına göstərdikləri qayğı alimlərin diqqətini uzun illərdir cəlb edir.Citypost.az xəbər verir ki, qorillər insanlarla ən yaxın qohumluğu olan primatlar sırasındadır. Elmi məlumatlara əsasən, insanlarla qorillərin DNT-si təxminən 98 faizdən çox oxşarlıq göstərir. Bu göstərici müqayisənin hansı üsulla aparılmasından asılı olaraq dəyişə bilər. Genetik yaxınlıq onların təkamül tarixində...
26 Oktyabr 2026, 11:00
Quşları belə ovlaya bilən Qoliaf tarantulası nə qədər təhlükəlidir?
Təbiətdə ölçüsü və görünüşü ilə insanlarda həm maraq, həm də qorxu yaradan canlılar az deyil. Onların arasında Qoliaf tarantulası xüsusi yer tutur. Nəhəng bədən quruluşu, güclü ayaqları və qeyri-adi müdafiə davranışı ilə seçilən bu hörümçək dünyanın ən böyük hörümçək növlərindən biri hesab olunur. Onun bəzi fərdlərinin ayaqları arasındakı məsafə 30 santimetrə çata bilir. Əsasən həşəratlarla qidalansa da, ov imkanları bununla məhdudlaşmır.Citypost.az xəbər verir ki, Qoliaf tarantulası (Theraphosa cinsinə aid növlər) Cənubi Amerikanın tropik meşələrində yaşayan iri hörümçəklərdəndir. Xüsusilə Qoliaf quşyeyən tarantulası kimi tanınan növ nəhəng ölçüləri ilə diqqət çəkir. Bu hörümçəklər əsasən rütubətli tropik meşələrdə, torpaqda qazdıqları yuvalarda və ya...
26 Oktyabr 2026, 10:00
Dünyanın uça bilməyən ən ağır tutuquşusu: Kakaponun qeyri-adi xüsusiyyətləri
Təbiətdəki ən maraqlı quş növlərindən biri olan kakapo öz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Digər tutuquşulardan fərqli olaraq uça bilməyən bu quş dünyanın ən ağır tutuquşusu hesab olunur. Gecə həyat tərzi sürməsi, təhlükə zamanı bəzən hərəkətsiz qalması və özünəməxsus qoxusu ilə seçilən kakapo bu gün nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir quş növləri sırasındadır.Citypost.az xəbər verir ki, Yeni Zelandiyaya məxsus kakapo (*Strigops habroptilus*) dünyada uça bilməyən yeganə tutuquşu növü kimi tanınır. Bu quşun ən diqqətçəkən xüsusiyyətlərindən biri bədən çəkisinin digər tutuquşularla müqayisədə xeyli ağır olmasıdır. Yetkin kakapoların çəkisi təxminən 2-4 kiloqrama çata bilər. Bu göstərici onların uçuş qabiliyyətinin olmaması ilə...
26 Oktyabr 2026, 09:00
Bəzi qoxular bizi illər əvvələ necə qaytarır?
Bəzən təzə bişmiş peçenyenin qoxusu insanı qəfil uşaqlıq illərinə aparır. Bir anlıq özümüzü nənəmizin mətbəxində hiss edir, illər əvvəl yaşadığımız hadisələri, həmin dövrün insanlarını və duyğularını sanki yenidən yaşayırıq. Maraqlıdır ki, adi bir görüntü və ya səs bizə keçmişi xatırlatsa da, bəzi qoxular daha güclü emosional təsir yarada bilir. Elmdə qoxuların keçmiş xatirələri və onlarla əlaqəli hissləri oyatması Prust effekti adlandırılır.Citypost.az xəbər verir ki, bu hadisənin adı fransız yazıçısı Marsel Prustun əsəri ilə əlaqələndirilir. Yazıçının “İtirilmiş zamanın axtarışında” romanında çaya batırılmış madlen peçenyesinin dadı və qoxusu qəhrəmanda uşaqlıq xatirələrini canlandırır. Bu epizod sonradan müəyyən qoxuların insanı gözlənilmədən keçmişə qaytarmasını ifadə...
23 Oktyabr 2026, 11:40
Yuxularımızı niyə oyanan kimi unuduruq? – Beynimizdə baş verən maraqlı proses
Dünən gecə hansı yuxunu gördüyünüzü xatırlayırsınızmı? Bəlkə yuxuda uçurdunuz, bəlkə də rəhbəriniz pişiyə çevrilmişdi. Yuxu zamanı baş verən hadisələr bəzən son dərəcə real və canlı görünür. Ancaq səhər gözümüzü açan kimi həmin görüntülərin böyük hissəsi yaddaşımızdan silinir. Bəs hər gecə saatlarla yuxu gördüyümüz halda, onları niyə xatırlamaq bu qədər çətindir?Citypost.az-ın məlumatına görə, əslində, yuxular yuxu prosesinin mühüm hissələrindən biridir. İnsan yatarkən beyin fəaliyyətini tam dayandırmır. Əksinə, yuxunun müxtəlif mərhələlərində beyin aktiv şəkildə işləyir, xatirələri emal edir, emosiyaları tənzimləyir və bəzən reallıqla əlaqəsi olmayan, qəribə hadisələrdən ibarət süjetlər yaradır. Bu hadisələr yuxu zamanı inandırıcı görünə bilər, lakin oyandıqdan sonra onların ardıcıllığını...
23 Oktyabr 2026, 10:40
Yupiter Yer kürəsini asteroidlərdən necə qoruyur?
Kosmik fəza ilk baxışdan sakit və sabit görünsə də, əslində orada saysız-hesabsız qaya parçası, asteroid və kometa hərəkət edir. Bəs belə olduqda Yer kürəsinə niyə tez-tez iri göy cisimləri düşmür? Məlumata görə, bunun əsas səbəblərindən biri Günəş sisteminin ən böyük planeti olan Yupiterlə bağlıdır. Alimlərin izahına görə, bu nəhəng planet Yer üçün bir növ təbii qalxan rolunu oynayır.Citypost.az xəbər verir ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, Yer kürəsinə göy cisimlərinin düşməsi nadir hadisə deyil. Məlumata görə, hər il planetimizə minlərlə kiçik göktaşı düşür. Bunların əksəriyyəti ölçüsünə görə kiçik olduğundan atmosferdə yanır, yaxud yerə çatsa da ciddi ziyan vurmur. Lakin...
22 Oktyabr 2026, 10:30