Nəriman Nərimanov Atatürkə nə cavab vermişdi? – İki ölkə arasındakı tarixi yardım faktları
Maraqlı 25 Avqust 2026, 13:06
3726
1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”. Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. Və bununla Azərbaycandan Türkiyəyə qardaş əli 1921-ci ildə, Nərimanovun şəxsi əmriylə uzanıb.
Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik” yazıb və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərdiyini bildiririb. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəçiliyi götürmüşdü. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17 - də Nərimanova çatdırılmış, o isə dərhal 500 kiloqramı qızıl göndərmişdi. Bunun 200 kiloqramı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi. Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya göndərmişdi. Bu yardımlar sayəsində döyüş içində olan ölkənin vəziyyəti xeyli düzəlmişdi. 1921-ci il mart ayının 23-də Azərbaycan hökuməti könüllü şəkildə Türkiyəyə Azərbaycan xalqının hədiyyəsi olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərdi. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilib. Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdın tutacaq və tutmağa davam edəcəyik”
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Təbiətin nəhəng primatları: Qorillər haqqında maraqlı faktlar
Güclü bədən quruluşu, inkişaf etmiş sosial davranışları və insanlarla genetik yaxınlığı ilə seçilən qorillər heyvanlar aləminin ən maraqlı canlılarından hesab olunur. Dünyanın ən iri primatları arasında yer alan bu heyvanlar zahirən qorxuducu görünsələr də, əsasən ailə qrupları şəklində yaşayır və sosial münasibətlərə böyük əhəmiyyət verirlər. Onların insanlarla genetik oxşarlığı, qeyri-adi fiziki gücü və balalarına göstərdikləri qayğı alimlərin diqqətini uzun illərdir cəlb edir.Citypost.az xəbər verir ki, qorillər insanlarla ən yaxın qohumluğu olan primatlar sırasındadır. Elmi məlumatlara əsasən, insanlarla qorillərin DNT-si təxminən 98 faizdən çox oxşarlıq göstərir. Bu göstərici müqayisənin hansı üsulla aparılmasından asılı olaraq dəyişə bilər. Genetik yaxınlıq onların təkamül tarixində...
26 Oktyabr 2026, 11:00
Quşları belə ovlaya bilən Qoliaf tarantulası nə qədər təhlükəlidir?
Təbiətdə ölçüsü və görünüşü ilə insanlarda həm maraq, həm də qorxu yaradan canlılar az deyil. Onların arasında Qoliaf tarantulası xüsusi yer tutur. Nəhəng bədən quruluşu, güclü ayaqları və qeyri-adi müdafiə davranışı ilə seçilən bu hörümçək dünyanın ən böyük hörümçək növlərindən biri hesab olunur. Onun bəzi fərdlərinin ayaqları arasındakı məsafə 30 santimetrə çata bilir. Əsasən həşəratlarla qidalansa da, ov imkanları bununla məhdudlaşmır.Citypost.az xəbər verir ki, Qoliaf tarantulası (Theraphosa cinsinə aid növlər) Cənubi Amerikanın tropik meşələrində yaşayan iri hörümçəklərdəndir. Xüsusilə Qoliaf quşyeyən tarantulası kimi tanınan növ nəhəng ölçüləri ilə diqqət çəkir. Bu hörümçəklər əsasən rütubətli tropik meşələrdə, torpaqda qazdıqları yuvalarda və ya...
26 Oktyabr 2026, 10:00
Dünyanın uça bilməyən ən ağır tutuquşusu: Kakaponun qeyri-adi xüsusiyyətləri
Təbiətdəki ən maraqlı quş növlərindən biri olan kakapo öz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Digər tutuquşulardan fərqli olaraq uça bilməyən bu quş dünyanın ən ağır tutuquşusu hesab olunur. Gecə həyat tərzi sürməsi, təhlükə zamanı bəzən hərəkətsiz qalması və özünəməxsus qoxusu ilə seçilən kakapo bu gün nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir quş növləri sırasındadır.Citypost.az xəbər verir ki, Yeni Zelandiyaya məxsus kakapo (*Strigops habroptilus*) dünyada uça bilməyən yeganə tutuquşu növü kimi tanınır. Bu quşun ən diqqətçəkən xüsusiyyətlərindən biri bədən çəkisinin digər tutuquşularla müqayisədə xeyli ağır olmasıdır. Yetkin kakapoların çəkisi təxminən 2-4 kiloqrama çata bilər. Bu göstərici onların uçuş qabiliyyətinin olmaması ilə...
26 Oktyabr 2026, 09:00
Bəzi qoxular bizi illər əvvələ necə qaytarır?
Bəzən təzə bişmiş peçenyenin qoxusu insanı qəfil uşaqlıq illərinə aparır. Bir anlıq özümüzü nənəmizin mətbəxində hiss edir, illər əvvəl yaşadığımız hadisələri, həmin dövrün insanlarını və duyğularını sanki yenidən yaşayırıq. Maraqlıdır ki, adi bir görüntü və ya səs bizə keçmişi xatırlatsa da, bəzi qoxular daha güclü emosional təsir yarada bilir. Elmdə qoxuların keçmiş xatirələri və onlarla əlaqəli hissləri oyatması Prust effekti adlandırılır.Citypost.az xəbər verir ki, bu hadisənin adı fransız yazıçısı Marsel Prustun əsəri ilə əlaqələndirilir. Yazıçının “İtirilmiş zamanın axtarışında” romanında çaya batırılmış madlen peçenyesinin dadı və qoxusu qəhrəmanda uşaqlıq xatirələrini canlandırır. Bu epizod sonradan müəyyən qoxuların insanı gözlənilmədən keçmişə qaytarmasını ifadə...
23 Oktyabr 2026, 11:40
Yuxularımızı niyə oyanan kimi unuduruq? – Beynimizdə baş verən maraqlı proses
Dünən gecə hansı yuxunu gördüyünüzü xatırlayırsınızmı? Bəlkə yuxuda uçurdunuz, bəlkə də rəhbəriniz pişiyə çevrilmişdi. Yuxu zamanı baş verən hadisələr bəzən son dərəcə real və canlı görünür. Ancaq səhər gözümüzü açan kimi həmin görüntülərin böyük hissəsi yaddaşımızdan silinir. Bəs hər gecə saatlarla yuxu gördüyümüz halda, onları niyə xatırlamaq bu qədər çətindir?Citypost.az-ın məlumatına görə, əslində, yuxular yuxu prosesinin mühüm hissələrindən biridir. İnsan yatarkən beyin fəaliyyətini tam dayandırmır. Əksinə, yuxunun müxtəlif mərhələlərində beyin aktiv şəkildə işləyir, xatirələri emal edir, emosiyaları tənzimləyir və bəzən reallıqla əlaqəsi olmayan, qəribə hadisələrdən ibarət süjetlər yaradır. Bu hadisələr yuxu zamanı inandırıcı görünə bilər, lakin oyandıqdan sonra onların ardıcıllığını...
23 Oktyabr 2026, 10:40
Yupiter Yer kürəsini asteroidlərdən necə qoruyur?
Kosmik fəza ilk baxışdan sakit və sabit görünsə də, əslində orada saysız-hesabsız qaya parçası, asteroid və kometa hərəkət edir. Bəs belə olduqda Yer kürəsinə niyə tez-tez iri göy cisimləri düşmür? Məlumata görə, bunun əsas səbəblərindən biri Günəş sisteminin ən böyük planeti olan Yupiterlə bağlıdır. Alimlərin izahına görə, bu nəhəng planet Yer üçün bir növ təbii qalxan rolunu oynayır.Citypost.az xəbər verir ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, Yer kürəsinə göy cisimlərinin düşməsi nadir hadisə deyil. Məlumata görə, hər il planetimizə minlərlə kiçik göktaşı düşür. Bunların əksəriyyəti ölçüsünə görə kiçik olduğundan atmosferdə yanır, yaxud yerə çatsa da ciddi ziyan vurmur. Lakin...
22 Oktyabr 2026, 10:30