Bizə yazın

Baku

-°C

USD

-

Tariximizə səlib yürüşü: Milli yaddaşı kimlər və nə üçün hədəf alır?

Maraqlı 25 Avqust 2026, 17:35

3957

Son dövrlər yenidən fəallaşan millətçi erməni nağılbazlarla yanaşı içimizdəki bəziləri də xalqın tarixinə, ənənələrinə qarşı səlib yürüşünə çıxıblar. Biri məzhəb bəhanəsi ilə Səfəviləri, digəri çayxana söhbətləri ilə qaçaqların mübarizəsini, üçüncülər isə müstəqillik uğrunda xalq hərəkatını hədəfə alıb.

Bütün bunlar da başqaları özlərinə "tarix" yazdığı bir dövrə təsadüf edir. Məqsəd nədir? Bunun cavabı çox sadədir: xalqı ayaqları üstündə saxlayan dayaqlarından məhrum etmək. Ən dəhşətlisi isə bunların nadir istisnalarla mütəxəssislərin susqunluğu fonunda baş verməsidir.

Söhbət ilk növbədə tarixçi alimlərdən gedir. 

Nəticədə bu gün yaşadıqlarımızı əldə etmişik və sonra da hamımız cəmiyyətdə baş alıb gedən mənəviyyatsızlıqdan gileylənirik, insanlarımızın bir-birinə güvənmədiyindən şikayətlənirik. Başqa necə olmalıdır ki? 

Bu gün Azərbaycanda şər atmaq, böhtan yağdırmaq adi bir hala çevrilib, çuğulluq həyat norması olub. Halbuki bu xalq belə davranışlara heç vaxt göz yummayıb. Onun əsrlər boyu göz bəbəyi kimi qoruyub saxladığı, nəsildən nəslə ötürdüyü polad kimi əyilməz qaydaları olub.

2002-ci ildə Qurban Bayramı günü təzə qohum olduğumuz bir insanın atamla maraqlı söhbətinin şahidi oldum. Atam əslən Qərbi Azərbaycandan olan təzə qohumdan kimlərdən olduğunu soruşanda o, Qaçaq Misirin bacısı oğlu olduğunu dedi. 

Amma ən maraqlısı bundan sonra baş verdi: atam Qaçaq Misir haqqında danışanda kişi mat qalıb, bunları haradan bildiyini dedi. Qısası, məlum oldu ki, Qaçaq Misiri xeyli vaxt babam evində gizlədib. Bundan sonra danışdıqları mənə çox da maraqlı deyildi.

Ən maraqlısı bu idi: təsəvvür edin, 1940-cı illərin sonu, tüğyan edən Stalin despotizmi, Beriya NKVD-si dövründə kimsə evində qaçaq gizlədir və istənilən kənd yerində olduğu kimi bu barədə məlumat sızmış olsa da, kənddən bir nəfər də bununla bağlı donos vermir. 

Bununla əsla o dövrdə hər şeyin ideal olduğunu iddia etmirəm. Hər şey olub: satqınlıq da, donosbazlıq da, üzə durmaq da, amma əminəm ki, bugünkü miqyasda olmayıb. Bugünkü miqyasda baş verənlər isə əsl fəlakətdir ki, hələlik onun gələcək ağır nəticələrini görə bilmirik.

Odur ki, yaxşı-yaxşı düşünməli, yaxın və uzaq tariximizi qaralayanlara sərt təpki verməliyik. Tarix təkcə oxumaq, müzakirə etmək üçün deyil, tarix gələcəyə aparan siyasətin ən mühüm təməllərindən biridir. Elə olmasaydı bir çox xalqlar özlərinə tarix uydurmazdılar. 

Bizim isə uydurma tarixə ehtiyacımız yoxdur, elə mövcud olan tariximizi qoruyub saxlamaq bəs edər. Gündəm yaratmaq, diqqəti mövcud reallıqlardan yayındırmaq məqsədilə tarixi şəxsiyyətləri və hadisələri bugünkü şəkildə aşağılamaq isə bir xalqı məhvə aparmaqdır.

Bunun adı cılız siyasi maraqlar naminə pozuculuq etməkdir. Bu heç siyasət də deyil, çünki əsl siyasət dürüst tarix üzərində qurulub, dürüst tarix yaratmaqdır. Odur ki, bunun üzərində düşünməli və pozuculuq edənlərə ciddi təpki verməliyik. Sonra gec olmasın deyə.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Təbiətin nəhəng primatları: Qorillər haqqında maraqlı faktlar

Güclü bədən quruluşu, inkişaf etmiş sosial davranışları və insanlarla genetik yaxınlığı ilə seçilən qorillər heyvanlar aləminin ən maraqlı canlılarından hesab olunur. Dünyanın ən iri primatları arasında yer alan bu heyvanlar zahirən qorxuducu görünsələr də, əsasən ailə qrupları şəklində yaşayır və sosial münasibətlərə böyük əhəmiyyət verirlər. Onların insanlarla genetik oxşarlığı, qeyri-adi fiziki gücü və balalarına göstərdikləri qayğı alimlərin diqqətini uzun illərdir cəlb edir.Citypost.az xəbər verir ki, qorillər insanlarla ən yaxın qohumluğu olan primatlar sırasındadır. Elmi məlumatlara əsasən, insanlarla qorillərin DNT-si təxminən 98 faizdən çox oxşarlıq göstərir. Bu göstərici müqayisənin hansı üsulla aparılmasından asılı olaraq dəyişə bilər. Genetik yaxınlıq onların təkamül tarixində...

26 Oktyabr 2026, 11:00

Quşları belə ovlaya bilən Qoliaf tarantulası nə qədər təhlükəlidir?

Təbiətdə ölçüsü və görünüşü ilə insanlarda həm maraq, həm də qorxu yaradan canlılar az deyil. Onların arasında Qoliaf tarantulası xüsusi yer tutur. Nəhəng bədən quruluşu, güclü ayaqları və qeyri-adi müdafiə davranışı ilə seçilən bu hörümçək dünyanın ən böyük hörümçək növlərindən biri hesab olunur. Onun bəzi fərdlərinin ayaqları arasındakı məsafə 30 santimetrə çata bilir. Əsasən həşəratlarla qidalansa da, ov imkanları bununla məhdudlaşmır.Citypost.az xəbər verir ki, Qoliaf tarantulası (Theraphosa cinsinə aid növlər) Cənubi Amerikanın tropik meşələrində yaşayan iri hörümçəklərdəndir. Xüsusilə Qoliaf quşyeyən tarantulası kimi tanınan növ nəhəng ölçüləri ilə diqqət çəkir. Bu hörümçəklər əsasən rütubətli tropik meşələrdə, torpaqda qazdıqları yuvalarda və ya...

26 Oktyabr 2026, 10:00

Dünyanın uça bilməyən ən ağır tutuquşusu: Kakaponun qeyri-adi xüsusiyyətləri  

Təbiətdəki ən maraqlı quş növlərindən biri olan kakapo öz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Digər tutuquşulardan fərqli olaraq uça bilməyən bu quş dünyanın ən ağır tutuquşusu hesab olunur. Gecə həyat tərzi sürməsi, təhlükə zamanı bəzən hərəkətsiz qalması və özünəməxsus qoxusu ilə seçilən kakapo bu gün nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir quş növləri sırasındadır.Citypost.az xəbər verir ki, Yeni Zelandiyaya məxsus kakapo (*Strigops habroptilus*) dünyada uça bilməyən yeganə tutuquşu növü kimi tanınır. Bu quşun ən diqqətçəkən xüsusiyyətlərindən biri bədən çəkisinin digər tutuquşularla müqayisədə xeyli ağır olmasıdır. Yetkin kakapoların çəkisi təxminən 2-4 kiloqrama çata bilər. Bu göstərici onların uçuş qabiliyyətinin olmaması ilə...

26 Oktyabr 2026, 09:00

Bəzi qoxular bizi illər əvvələ necə qaytarır?

Bəzən təzə bişmiş peçenyenin qoxusu insanı qəfil uşaqlıq illərinə aparır. Bir anlıq özümüzü nənəmizin mətbəxində hiss edir, illər əvvəl yaşadığımız hadisələri, həmin dövrün insanlarını və duyğularını sanki yenidən yaşayırıq. Maraqlıdır ki, adi bir görüntü və ya səs bizə keçmişi xatırlatsa da, bəzi qoxular daha güclü emosional təsir yarada bilir. Elmdə qoxuların keçmiş xatirələri və onlarla əlaqəli hissləri oyatması Prust effekti adlandırılır.Citypost.az xəbər verir ki, bu hadisənin adı fransız yazıçısı Marsel Prustun əsəri ilə əlaqələndirilir. Yazıçının “İtirilmiş zamanın axtarışında” romanında çaya batırılmış madlen peçenyesinin dadı və qoxusu qəhrəmanda uşaqlıq xatirələrini canlandırır. Bu epizod sonradan müəyyən qoxuların insanı gözlənilmədən keçmişə qaytarmasını ifadə...

23 Oktyabr 2026, 11:40

Yuxularımızı niyə oyanan kimi unuduruq? – Beynimizdə baş verən maraqlı proses

Dünən gecə hansı yuxunu gördüyünüzü xatırlayırsınızmı? Bəlkə yuxuda uçurdunuz, bəlkə də rəhbəriniz pişiyə çevrilmişdi. Yuxu zamanı baş verən hadisələr bəzən son dərəcə real və canlı görünür. Ancaq səhər gözümüzü açan kimi həmin görüntülərin böyük hissəsi yaddaşımızdan silinir. Bəs hər gecə saatlarla yuxu gördüyümüz halda, onları niyə xatırlamaq bu qədər çətindir?Citypost.az-ın məlumatına görə, əslində, yuxular yuxu prosesinin mühüm hissələrindən biridir. İnsan yatarkən beyin fəaliyyətini tam dayandırmır. Əksinə, yuxunun müxtəlif mərhələlərində beyin aktiv şəkildə işləyir, xatirələri emal edir, emosiyaları tənzimləyir və bəzən reallıqla əlaqəsi olmayan, qəribə hadisələrdən ibarət süjetlər yaradır. Bu hadisələr yuxu zamanı inandırıcı görünə bilər, lakin oyandıqdan sonra onların ardıcıllığını...

23 Oktyabr 2026, 10:40

Yupiter Yer kürəsini asteroidlərdən necə qoruyur?

Kosmik fəza ilk baxışdan sakit və sabit görünsə də, əslində orada saysız-hesabsız qaya parçası, asteroid və kometa hərəkət edir. Bəs belə olduqda Yer kürəsinə niyə tez-tez iri göy cisimləri düşmür? Məlumata görə, bunun əsas səbəblərindən biri Günəş sisteminin ən böyük planeti olan Yupiterlə bağlıdır. Alimlərin izahına görə, bu nəhəng planet Yer üçün bir növ təbii qalxan rolunu oynayır.Citypost.az xəbər verir ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, Yer kürəsinə göy cisimlərinin düşməsi nadir hadisə deyil. Məlumata görə, hər il planetimizə minlərlə kiçik göktaşı düşür. Bunların əksəriyyəti ölçüsünə görə kiçik olduğundan atmosferdə yanır, yaxud yerə çatsa da ciddi ziyan vurmur. Lakin...

22 Oktyabr 2026, 10:30