Qəhvəni günün hansı saatında içmək lazımdır? – Fərqli təsir mexanizmi
Maraqlı 26 Avqust 2026, 15:03
4295
Qəhvə günümüzün ən populyar enerjiverici içkilərindən biri olsa da, onu oyanan kimi dərhal qəbul etmək gözlənilən effekti verməyə bilər. Bir çox insan səhər gözünü açan kimi ilk iş olaraq kofein qəbul etməyə tələsir. Lakin insan orqanizminin bioloji ritmi, hormanal dəyişiklikləri qəhvənin bədənə təsir mexanizmini birbaşa müəyyən edir, bu səbəbdən içkinin doğru saatlarda içilməsi böyük əhəmiyyət kəsb edir.
Citypost.az xəbər verir ki, orqanizm səhər saatlarında, xüsusilə 08:00–09:00 aralığında təbii oyanıqlığı, stresi tənzimləyən kortizol hormonunu maksimal səviyyədə sintez edir. Kortizol pik həddə olduqda kofein qəbul etmək bədənin təbii enerji istehsalı mexanizmini zəiflədir, kofeinə qarşı öyrəşmə ( dözümlülük) yaradır. Nəticədə insan eyni effekti almaq üçün daha çox qəhvə içmək məcburiyyətində qalır. Mütəxəssislər kofeindən maksimum fayda görmək üçün ilk fincanı kortizol səviyyəsinin düşməyə başladığı 09:30–11:30 radələrində qəbul etməyi tövsiyə edirlər.
Günün ikinci yarısında da oxşar hormon dalğalanması müşahid olunur. Günortadan sonra, saat 13:00–14:00 aralığında kortizol yenidən yüksəlir. Bu səbəbdən günortadan sonrakı ideal qəhvə saatı 14:00–17:00 arası hesab olunur. Lakin axşam saatlarına yaxın kofein qəbulundan çəkinmək lazımdır. Kofeinin yarıma parçalanma ömrü orqanizmdə 6-8 saat davam etdiyindən, gec saatlarda içilən qəhvə yuxu hormonu olan melatoninin sintezini blokayır, dərin yuxu fazasını pozur.
Qəhvənin təsir mexanizmini optimallaşdırmaq üçün onu acqarına içməmək də vacib şərtlərdəndir. Acqarına qəbul edilən kofein mədə turşuluğunu artırır, həzm sistemində narahatlıqlara yol açır. Bioloji saatınıza uyğun olaraq, səhər yeməyindən bir saat sonra içilən bir fincan qəhvə konsentrasiyanı artırır, maddələr mübadiləsini sürətləndirir, gün boyu yüksək iş qabiliyyəti təmin edir.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Təbiətin nəhəng primatları: Qorillər haqqında maraqlı faktlar
Güclü bədən quruluşu, inkişaf etmiş sosial davranışları və insanlarla genetik yaxınlığı ilə seçilən qorillər heyvanlar aləminin ən maraqlı canlılarından hesab olunur. Dünyanın ən iri primatları arasında yer alan bu heyvanlar zahirən qorxuducu görünsələr də, əsasən ailə qrupları şəklində yaşayır və sosial münasibətlərə böyük əhəmiyyət verirlər. Onların insanlarla genetik oxşarlığı, qeyri-adi fiziki gücü və balalarına göstərdikləri qayğı alimlərin diqqətini uzun illərdir cəlb edir.Citypost.az xəbər verir ki, qorillər insanlarla ən yaxın qohumluğu olan primatlar sırasındadır. Elmi məlumatlara əsasən, insanlarla qorillərin DNT-si təxminən 98 faizdən çox oxşarlıq göstərir. Bu göstərici müqayisənin hansı üsulla aparılmasından asılı olaraq dəyişə bilər. Genetik yaxınlıq onların təkamül tarixində...
26 Oktyabr 2026, 11:00
Quşları belə ovlaya bilən Qoliaf tarantulası nə qədər təhlükəlidir?
Təbiətdə ölçüsü və görünüşü ilə insanlarda həm maraq, həm də qorxu yaradan canlılar az deyil. Onların arasında Qoliaf tarantulası xüsusi yer tutur. Nəhəng bədən quruluşu, güclü ayaqları və qeyri-adi müdafiə davranışı ilə seçilən bu hörümçək dünyanın ən böyük hörümçək növlərindən biri hesab olunur. Onun bəzi fərdlərinin ayaqları arasındakı məsafə 30 santimetrə çata bilir. Əsasən həşəratlarla qidalansa da, ov imkanları bununla məhdudlaşmır.Citypost.az xəbər verir ki, Qoliaf tarantulası (Theraphosa cinsinə aid növlər) Cənubi Amerikanın tropik meşələrində yaşayan iri hörümçəklərdəndir. Xüsusilə Qoliaf quşyeyən tarantulası kimi tanınan növ nəhəng ölçüləri ilə diqqət çəkir. Bu hörümçəklər əsasən rütubətli tropik meşələrdə, torpaqda qazdıqları yuvalarda və ya...
26 Oktyabr 2026, 10:00
Dünyanın uça bilməyən ən ağır tutuquşusu: Kakaponun qeyri-adi xüsusiyyətləri
Təbiətdəki ən maraqlı quş növlərindən biri olan kakapo öz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Digər tutuquşulardan fərqli olaraq uça bilməyən bu quş dünyanın ən ağır tutuquşusu hesab olunur. Gecə həyat tərzi sürməsi, təhlükə zamanı bəzən hərəkətsiz qalması və özünəməxsus qoxusu ilə seçilən kakapo bu gün nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir quş növləri sırasındadır.Citypost.az xəbər verir ki, Yeni Zelandiyaya məxsus kakapo (*Strigops habroptilus*) dünyada uça bilməyən yeganə tutuquşu növü kimi tanınır. Bu quşun ən diqqətçəkən xüsusiyyətlərindən biri bədən çəkisinin digər tutuquşularla müqayisədə xeyli ağır olmasıdır. Yetkin kakapoların çəkisi təxminən 2-4 kiloqrama çata bilər. Bu göstərici onların uçuş qabiliyyətinin olmaması ilə...
26 Oktyabr 2026, 09:00
Bəzi qoxular bizi illər əvvələ necə qaytarır?
Bəzən təzə bişmiş peçenyenin qoxusu insanı qəfil uşaqlıq illərinə aparır. Bir anlıq özümüzü nənəmizin mətbəxində hiss edir, illər əvvəl yaşadığımız hadisələri, həmin dövrün insanlarını və duyğularını sanki yenidən yaşayırıq. Maraqlıdır ki, adi bir görüntü və ya səs bizə keçmişi xatırlatsa da, bəzi qoxular daha güclü emosional təsir yarada bilir. Elmdə qoxuların keçmiş xatirələri və onlarla əlaqəli hissləri oyatması Prust effekti adlandırılır.Citypost.az xəbər verir ki, bu hadisənin adı fransız yazıçısı Marsel Prustun əsəri ilə əlaqələndirilir. Yazıçının “İtirilmiş zamanın axtarışında” romanında çaya batırılmış madlen peçenyesinin dadı və qoxusu qəhrəmanda uşaqlıq xatirələrini canlandırır. Bu epizod sonradan müəyyən qoxuların insanı gözlənilmədən keçmişə qaytarmasını ifadə...
23 Oktyabr 2026, 11:40
Yuxularımızı niyə oyanan kimi unuduruq? – Beynimizdə baş verən maraqlı proses
Dünən gecə hansı yuxunu gördüyünüzü xatırlayırsınızmı? Bəlkə yuxuda uçurdunuz, bəlkə də rəhbəriniz pişiyə çevrilmişdi. Yuxu zamanı baş verən hadisələr bəzən son dərəcə real və canlı görünür. Ancaq səhər gözümüzü açan kimi həmin görüntülərin böyük hissəsi yaddaşımızdan silinir. Bəs hər gecə saatlarla yuxu gördüyümüz halda, onları niyə xatırlamaq bu qədər çətindir?Citypost.az-ın məlumatına görə, əslində, yuxular yuxu prosesinin mühüm hissələrindən biridir. İnsan yatarkən beyin fəaliyyətini tam dayandırmır. Əksinə, yuxunun müxtəlif mərhələlərində beyin aktiv şəkildə işləyir, xatirələri emal edir, emosiyaları tənzimləyir və bəzən reallıqla əlaqəsi olmayan, qəribə hadisələrdən ibarət süjetlər yaradır. Bu hadisələr yuxu zamanı inandırıcı görünə bilər, lakin oyandıqdan sonra onların ardıcıllığını...
23 Oktyabr 2026, 10:40
Yupiter Yer kürəsini asteroidlərdən necə qoruyur?
Kosmik fəza ilk baxışdan sakit və sabit görünsə də, əslində orada saysız-hesabsız qaya parçası, asteroid və kometa hərəkət edir. Bəs belə olduqda Yer kürəsinə niyə tez-tez iri göy cisimləri düşmür? Məlumata görə, bunun əsas səbəblərindən biri Günəş sisteminin ən böyük planeti olan Yupiterlə bağlıdır. Alimlərin izahına görə, bu nəhəng planet Yer üçün bir növ təbii qalxan rolunu oynayır.Citypost.az xəbər verir ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, Yer kürəsinə göy cisimlərinin düşməsi nadir hadisə deyil. Məlumata görə, hər il planetimizə minlərlə kiçik göktaşı düşür. Bunların əksəriyyəti ölçüsünə görə kiçik olduğundan atmosferdə yanır, yaxud yerə çatsa da ciddi ziyan vurmur. Lakin...
22 Oktyabr 2026, 10:30