Ceyhun bəy Hacıbəyli Stalinin tələsinə niyə düşmədi?
Maraqlı 17 Sentyabr 2026, 10:16
3355
Cümhuriyyət hökuməti tərəfindən 1919-cu ilin yanvarında Paris sülh konfransında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində xaricə yola düşənədək Ceyhun bəy "Azərbaycan" qəzetinin redaktoru olmuşdur Azərbaycan nümayəndə heyətinin konfrans ərəfəsində Fransanın paytaxtında çap etdirdiyi kitablar, bülletenlər və s. materiallar o dövrdə böyük əhəmiyyətə malik idi. Fransız və ingilis dillərində çap olunmuş "Qafqaz Azərbaycan Respublikası", "Qafqaz Azərbaycan Respublikasının sülh konfransına memorrandumu" da çox maraqlıdır.
Burada həmçinin Azərbaycan nümayəndəliyinin aylıq bülleteni də çap olunurdu.Bunlardan başqa, mühacirət illərində Ceyhun bəy digər qəzet və jurnallarla, radio ilə də əməkdaşlıq etmiş, Azərbaycanla bağlı çoxsaylı məqalələr yazmış, tədqiqatlar aparmışdır.
Qarabağ folkloru və dialektikasına aid kitab yazaraq, onu Fransa cəmiyyətində təbliğ edib.
1920-ci illərdə Üzeyir bəy qardaşına məktublar yazaraq geri dönməsini xahiş edirdi. Lakin SSRİ-də repressiya dalğasının yaxınlaşdığını, xüsusən 1930-cu illərin ortalarında vəziyyətin kritik həddə çatdığını görən Üzeyir bəy qardaşını qorumaq üçün dərhal bu dəvətləri dayandırır və gizli ismarışlarla ona "gəlmə, buralar təhlükəlidir" mesajını ötürür.
Ceyhun bəyin yazdığı "Nejdanovun işi" (https://kulis.az/.../edebi.../xeber________________-10491) və sovet rejimi əleyhinə digər kəskin yazıları onun Bakıya addım atan kimi güllələnəcəyinə zəmanət verirdi.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında "Koroğlu" operası ilk dəfə tamaşaya qoyuldu. Bu opera Azərbaycanda ilk klassik opera hesab olunur. 1938-ci ilin mayında Moskvada keçirilən Azərbaycan incəsənəti günlərində Üzeyir bəyin Stalinlə ünsiyyət qurmaq imkanı yaranır.
Qardaşının Vətənə qayıtması üçün izni istəyən zaman "Ona yazın qayıtsın vətənə, biz onu evlə, işlə təmin edərik" təklifin edən Stalin öz rəhmini göstərmir, əslində isə o, bəstəkarı yoxlamaq üçün etdiyi bir siyasi manevr idi. Üzeyir bəy qardaşına bu barədə yazsa da, Ceyhun bəy Stalinin bu "humanizminə" zərrə qədər inanmamış və Parisdə qalmışdır.
Ceyhun Hacıbəyli Avropada aşkar surətdə Stalin rejiminə qarşı amansız mücadilə aparırdı. Stalin isə elə adam idi ki, onun rəhm anlayışı altında daima qisas elementləri olub. Stalinin etdiyi NKVD-nin tez-tez istifadə etdiyi strateji bir gediş idi ki, ona qarşı olanları ələ keçirə bilsin. Yüz opera olsa belə Stalin kinli adam kimi qisas almaq üçün cilddən cildə girə bilirdi. Yazıçı Aleksandr Kuprin, şairə Marina Svetayeva və digərlərini o beləcə tələyə sala bilmişdi.
Stalin insanlarla, xüsusən də yaradıcı ziyalılarla psixoloji oyunlar oynamağı çox sevirdi. O, bir gün insanı ən yüksək zirvəyə qaldıra, ertəsi gün isə dərhal güllələdə bilərdi. Məsələn, dahi rus yazıçısı Mixail Bulqakovu şəxsən telefonla zəng edib teatra işə düzəldir, lakin eyni zamanda əsərlərini qadağan edərək onu mənəvi cəhətdən məhv edirdi
Stalinin planı sadə idi, əvvəlcə şirin vədlərlə Ceyhunu Parisdən Bakıya gətirmək, arxayınlaşdırmaq və sonra səssizcə yox etmək.
Tarix Ceyhun bəyin tamamilə haqlı olduğunu sübut etdi.
Bu da Üzeyir bəyə əlavə dərd olur. Son nəfəsinə qədər Ceyhunu görmək arzusu ilə yaşayır. O, ölümünə saatlar qala Səməd Vurğundan xahiş edir ki, əgər bir gün qardaşı vətənə dönüb burada vəfat edərsə, onun öz məzarının yanında dəfn etsinlər.
Deyilənlərə görə Üzeyir bəy son nəfəsində “Ceyhun” deyərək, dünyasını dəyişib.
Dəyərli Ramiz Abutalıbov, Cemil Hasanli , Bedirxan Ahmedov , Abid Tahirli, Nəsiman Yaqublu, Ədalət Tahirzadə, Dilgam Ahmed , Vaqif Sultanlı ,Lətifə Əliyeva və digər alim və tədqiqatçıların sayəsində biz Ceyhun bəy barəsində ətraflı məlumatlar əldə edə bilirik
Prof.Dr. Zaur Aliyev
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Təbiətin nəhəng primatları: Qorillər haqqında maraqlı faktlar
Güclü bədən quruluşu, inkişaf etmiş sosial davranışları və insanlarla genetik yaxınlığı ilə seçilən qorillər heyvanlar aləminin ən maraqlı canlılarından hesab olunur. Dünyanın ən iri primatları arasında yer alan bu heyvanlar zahirən qorxuducu görünsələr də, əsasən ailə qrupları şəklində yaşayır və sosial münasibətlərə böyük əhəmiyyət verirlər. Onların insanlarla genetik oxşarlığı, qeyri-adi fiziki gücü və balalarına göstərdikləri qayğı alimlərin diqqətini uzun illərdir cəlb edir.Citypost.az xəbər verir ki, qorillər insanlarla ən yaxın qohumluğu olan primatlar sırasındadır. Elmi məlumatlara əsasən, insanlarla qorillərin DNT-si təxminən 98 faizdən çox oxşarlıq göstərir. Bu göstərici müqayisənin hansı üsulla aparılmasından asılı olaraq dəyişə bilər. Genetik yaxınlıq onların təkamül tarixində...
26 Oktyabr 2026, 11:00
Quşları belə ovlaya bilən Qoliaf tarantulası nə qədər təhlükəlidir?
Təbiətdə ölçüsü və görünüşü ilə insanlarda həm maraq, həm də qorxu yaradan canlılar az deyil. Onların arasında Qoliaf tarantulası xüsusi yer tutur. Nəhəng bədən quruluşu, güclü ayaqları və qeyri-adi müdafiə davranışı ilə seçilən bu hörümçək dünyanın ən böyük hörümçək növlərindən biri hesab olunur. Onun bəzi fərdlərinin ayaqları arasındakı məsafə 30 santimetrə çata bilir. Əsasən həşəratlarla qidalansa da, ov imkanları bununla məhdudlaşmır.Citypost.az xəbər verir ki, Qoliaf tarantulası (Theraphosa cinsinə aid növlər) Cənubi Amerikanın tropik meşələrində yaşayan iri hörümçəklərdəndir. Xüsusilə Qoliaf quşyeyən tarantulası kimi tanınan növ nəhəng ölçüləri ilə diqqət çəkir. Bu hörümçəklər əsasən rütubətli tropik meşələrdə, torpaqda qazdıqları yuvalarda və ya...
26 Oktyabr 2026, 10:00
Dünyanın uça bilməyən ən ağır tutuquşusu: Kakaponun qeyri-adi xüsusiyyətləri
Təbiətdəki ən maraqlı quş növlərindən biri olan kakapo öz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Digər tutuquşulardan fərqli olaraq uça bilməyən bu quş dünyanın ən ağır tutuquşusu hesab olunur. Gecə həyat tərzi sürməsi, təhlükə zamanı bəzən hərəkətsiz qalması və özünəməxsus qoxusu ilə seçilən kakapo bu gün nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir quş növləri sırasındadır.Citypost.az xəbər verir ki, Yeni Zelandiyaya məxsus kakapo (*Strigops habroptilus*) dünyada uça bilməyən yeganə tutuquşu növü kimi tanınır. Bu quşun ən diqqətçəkən xüsusiyyətlərindən biri bədən çəkisinin digər tutuquşularla müqayisədə xeyli ağır olmasıdır. Yetkin kakapoların çəkisi təxminən 2-4 kiloqrama çata bilər. Bu göstərici onların uçuş qabiliyyətinin olmaması ilə...
26 Oktyabr 2026, 09:00
Bəzi qoxular bizi illər əvvələ necə qaytarır?
Bəzən təzə bişmiş peçenyenin qoxusu insanı qəfil uşaqlıq illərinə aparır. Bir anlıq özümüzü nənəmizin mətbəxində hiss edir, illər əvvəl yaşadığımız hadisələri, həmin dövrün insanlarını və duyğularını sanki yenidən yaşayırıq. Maraqlıdır ki, adi bir görüntü və ya səs bizə keçmişi xatırlatsa da, bəzi qoxular daha güclü emosional təsir yarada bilir. Elmdə qoxuların keçmiş xatirələri və onlarla əlaqəli hissləri oyatması Prust effekti adlandırılır.Citypost.az xəbər verir ki, bu hadisənin adı fransız yazıçısı Marsel Prustun əsəri ilə əlaqələndirilir. Yazıçının “İtirilmiş zamanın axtarışında” romanında çaya batırılmış madlen peçenyesinin dadı və qoxusu qəhrəmanda uşaqlıq xatirələrini canlandırır. Bu epizod sonradan müəyyən qoxuların insanı gözlənilmədən keçmişə qaytarmasını ifadə...
23 Oktyabr 2026, 11:40
Yuxularımızı niyə oyanan kimi unuduruq? – Beynimizdə baş verən maraqlı proses
Dünən gecə hansı yuxunu gördüyünüzü xatırlayırsınızmı? Bəlkə yuxuda uçurdunuz, bəlkə də rəhbəriniz pişiyə çevrilmişdi. Yuxu zamanı baş verən hadisələr bəzən son dərəcə real və canlı görünür. Ancaq səhər gözümüzü açan kimi həmin görüntülərin böyük hissəsi yaddaşımızdan silinir. Bəs hər gecə saatlarla yuxu gördüyümüz halda, onları niyə xatırlamaq bu qədər çətindir?Citypost.az-ın məlumatına görə, əslində, yuxular yuxu prosesinin mühüm hissələrindən biridir. İnsan yatarkən beyin fəaliyyətini tam dayandırmır. Əksinə, yuxunun müxtəlif mərhələlərində beyin aktiv şəkildə işləyir, xatirələri emal edir, emosiyaları tənzimləyir və bəzən reallıqla əlaqəsi olmayan, qəribə hadisələrdən ibarət süjetlər yaradır. Bu hadisələr yuxu zamanı inandırıcı görünə bilər, lakin oyandıqdan sonra onların ardıcıllığını...
23 Oktyabr 2026, 10:40
Yupiter Yer kürəsini asteroidlərdən necə qoruyur?
Kosmik fəza ilk baxışdan sakit və sabit görünsə də, əslində orada saysız-hesabsız qaya parçası, asteroid və kometa hərəkət edir. Bəs belə olduqda Yer kürəsinə niyə tez-tez iri göy cisimləri düşmür? Məlumata görə, bunun əsas səbəblərindən biri Günəş sisteminin ən böyük planeti olan Yupiterlə bağlıdır. Alimlərin izahına görə, bu nəhəng planet Yer üçün bir növ təbii qalxan rolunu oynayır.Citypost.az xəbər verir ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, Yer kürəsinə göy cisimlərinin düşməsi nadir hadisə deyil. Məlumata görə, hər il planetimizə minlərlə kiçik göktaşı düşür. Bunların əksəriyyəti ölçüsünə görə kiçik olduğundan atmosferdə yanır, yaxud yerə çatsa da ciddi ziyan vurmur. Lakin...
22 Oktyabr 2026, 10:30