Afət Fərmanqızı toyda dalaşdı - VİDEO
Sənət aləmi 03 Oktyabr 2025, 15:13

1573
Müğənni Afət Fərmanqızı ilə toyda iştirak edən şəxs arasında gərgin anlar yaşanıb.
CityPost.az Oxu24.com -a istinadən xəbər verir ki,hadisə Rusiyanın Kirov vilayətində yerləşən,Kirov şəhərində baş verib.Məlumata görə,toyda iştirak edən qonaqlardan biri müğənni Afət Fərmanqızına irad bildirib.Həmin şəxs mikrofonu götürərək müğənninin ifasını dayandırmaq istəyib.
Qonağın bu hərəkətlərinə müğənni qarşılıq verib. İfaçı ona irad bildirən şəxsə "bir lafa baxaram,bir də lafı deyənə" cavabını verərək həmin şəxsin toydan uzaqlaşdırılmasını istəyib.Bu zaman qonaqlardan bir neçəsi həmin şəxsə yaxınlaşaraq mikrofonu onun əlindən alıb.Daha sonra həmin şəxs toy məclisindən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı Oxu24.com-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, həmin şəxs sərxoş vəziyyətdə olub.
Həmçinin oxuyun
"O,adam toya çağrılmamışdı. Mənə irad bildirirdi ki,ifa zamanı niyə "Ay Maşallah", "Super", "Bravo" sözlərindən istifadə edirəm.Bütün müğənnilər toyu şən,daha da qızışdırmaq üçün bu sözlərdən istifadə edir. Həmin adam bu sözlərə görə mənə yaxınlaşdı.Gördüm ki,bu kişi ayaqqabılarını da tərs geyinib... Sağı sola,solu sağa geyinmişdi...Ayaq üstə də dayana bilmirdi. Umumi mənzərədən hiss etdim ki, nəsə vəziyyəti yaxşı deyil...Videodan gördüyünüz kimi cavabını verdim.Bundan sonra onu toydan atdılar bayıra...Yazıblar ki,guya mənim ifamı bəyənmədikləri üçün bu hadisə baş verib. Bu məsələ yalandır...Mən həmin toyda canlı ifa etmişəm. Çox da şən və gözəl məclis keçib.Elə həmin toyda mənə yeni bir məclis də təklif olundu.Vaxtım olmadığı üçün imtina etdim...",-deyə müğənni saytımıza açıqlamasında bildirib.
Qeyd edək ki,müğənni Afət Fərmanqızı Rusiyada toy təklifi alan müğənnilər arasında ön sıralarda dayanan ifaçılardandır.O,həyat yoldaşı ilə Rusiyada yaşayır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azadənin nakam taleyi: Həmin mahnı ona həsr olunubmuş - VİDEO
Bir müddətdir ki,sosial şəbəkələrdə vəfat edən rəssam qızın nakam həyatı ilə bağlı paylaşımlar edilir.İddialara görə,rəssam Azadə Azad nakam sevgi yaşadığı üçün dərdə düşmüş və yataqda çürüyərək dünyasını dəyişib.Diggər iddiaya görə, müğənni Röya Ayxanın "Əlvida, Gedirəm" mahnısı məhz onun nakam həyatına həsr olunub. Onun dünyasını dəyişən zaman başının altından məktub tapıldığı iddia olunur.Bəs,bütün bunlar doğrudurmu? Oxu24.com xəbər verir ki,araşdırmaçı jurnalist Etibar Vəfa bununla bağlı araşdırma aparıb. Məlum olub ki,deyilənlərin hamısı yalan imiş.Araşdırma zamanı məlum olub ki,Azadənin istədiyi oğlan olub.Onların münasibətləri bəs necə olub?Həmin oğlan hazırda hardadır? Azadənin ölümünə səbəb olan xəstəlik nə olub?...
11 İyul 2025, 09:49

Şuşada Bülbüloğlunun konserti oldu
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.
25 May 2025, 19:00

"Yaprak dökümü"nün tanınmış siması vəfat edib
Türkiyənin məşhur aktrisası Bedia Ener Öztep 70 yaşında vəfat edib. Citypost.az xəbər verir ki, bu barədə aktrisanın yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Xatırladaq ki, B. E. Öztep "Yaprak dökümü" serialı ilə daha da məşhurlaşıb. Qeyd edək ki, o, 1954-cü ildə İstanbulda dünyaya gəlib. İndiyədək bir çox film və teleseriallarda rol alıb.
14 Yanvar 2025, 10:00

Sibel Can Bakıya gəlir
Türkiyənin məşhur müğənnisi Sibel Can Bakıda konsert verəcək. Citypost.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 8 dekabr tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 395 manatdır.
30 Noyabr 2024, 20:29

Nərmin Kərimbəyovanın efirdə biabırçı rəqsi - VİDEO
Müğənni Nərmin Kərimbəyovanın efirdə rəqsi tənqidlə qarşılanıb. CityPost.az xəbər verir ki, ARB kanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan müğənni mahnı ifa etdiyi zaman rəqs edib. Bu zaman müğənninin geyimi qalxıb və onun bədən hissələri görünüb.Qeyd olunan görüntülər kanalın rəsmi youtube kanalında yayımlanıb. Müğənninin efirdə bu cürə rəqsi sosial şəbəkələrdə tənqidlə qarşılanıb. “Bu çəkidə olan bir xanıma belə rəqs yaraşmır.Sakit halda oxusa daha da yaxşı görsənərdi,gözəl də xanımdır”, “Bu görəsən sonra özünə baxır?”, Zaur Kamal oğlu ayıb olsun sizə. Baxın və utanın. Hərçənd ki,bu qadın da utanan sifət yoxdur. Belə mikrobları niyə insanlara sırıyırsınız?” kimi şərhlər paylaşılan videonun altında qeyd edilib. Sözügedən videonu təqdim...
21 Noyabr 2024, 13:57

Film istehsalının ƏDV-dən tam azad olması təklif edilib
Film istehsalını təşviq etmək üçün istehsalın ƏDV-dən tam azad olmasına getməliyik. Citypost.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib. "Dövlət sifarişi ilə çəkilən filmlərin həcmi barədə keçən il HP məlumat yaymışdı. Ola bilsin ki, film istehsalını təşfiq etmək üçün istehsalın ƏDV-dən tamamilə azad olmasına getməliyik. Bütövlükdə film istehsalının artması Azərbaycanda iqtisadiyyata müsbət təsir göstərə bilər", deyə deputat vurğulayıb. Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kino sənətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri təklif edilir. Layihəyə əsasən, fiziki...
20 Noyabr 2024, 13:51