Bizə yazın

Baku

-°C

USD

-

Şuşada Bülbüloğlunun konserti oldu  

Sənət aləmi 25 May 2025, 19:00

1009

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.

CityPost.az xəbər verir ki, orkestrə Murtuza Bülbül dirijorluq edib.

İlk olaraq səhnədə Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi nümayiş olunub. Sonra Polad Bülbüloğlunun ifasında müxtəlif əsərlər səslənib.

Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında deyib ki, bu gün festivalda dahi Bülbülün, sevilən sənətkarlarımızın, bəstəkarlarımızın ifaları səsləndirilib.

“Bu 30 il ərzində hər zaman deyirdim ki, böyük sənətkarlarımız – xüsusən də Şuşadan çıxan sənətkarlarımız narahat idilər. Bildiyiniz kimi, işğal dövründə iki dəfə Şuşada olmuşam və bu mənim üçün çox çətin idi. Şəxsən atamın yurdunu, evini bu vəziyyətdə görmək çox ağır olub. Şükürlər olsun ki, artıq bütün bu çətinliklər geridə qaldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir Qələbə qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı və uzun ömür versin”, - deyə P.Bülbüloğlu qeyd edib.

Daha sonra Xalq artisti Mənsum İbrahomovun ifasında muğam və xalq mahnılarımız təqdim olunub.

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.

Bu il festivalın birinci günündə müxtəlif ölkələrdən gələn ifaçıların iştirakı ilə açılış konserti olub, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanan Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin boynuna” adlı teatr tamaşası nümayiş olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Yaprak dökümü"nün tanınmış siması vəfat edib

Türkiyənin məşhur aktrisası Bedia Ener Öztep 70 yaşında vəfat edib. Citypost.az xəbər verir ki, bu barədə aktrisanın yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Xatırladaq ki, B. E. Öztep "Yaprak dökümü" serialı ilə daha da məşhurlaşıb. Qeyd edək ki, o, 1954-cü ildə İstanbulda dünyaya gəlib. İndiyədək bir çox film və teleseriallarda rol alıb.

14 Yanvar 2025, 10:00

Sibel Can Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi Sibel Can Bakıda konsert verəcək. Citypost.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 8 dekabr tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 395 manatdır.

30 Noyabr 2024, 20:29

Nərmin Kərimbəyovanın efirdə biabırçı rəqsi - VİDEO

Müğənni Nərmin Kərimbəyovanın efirdə rəqsi tənqidlə qarşılanıb. CityPost.az xəbər verir  ki, ARB kanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan müğənni  mahnı ifa etdiyi zaman rəqs edib. Bu zaman müğənninin geyimi qalxıb və onun bədən hissələri görünüb.Qeyd olunan görüntülər kanalın rəsmi youtube kanalında yayımlanıb. Müğənninin efirdə bu cürə rəqsi sosial şəbəkələrdə tənqidlə qarşılanıb. “Bu çəkidə olan bir xanıma belə rəqs yaraşmır.Sakit halda oxusa daha da yaxşı görsənərdi,gözəl də xanımdır”, “Bu görəsən sonra özünə baxır?”, Zaur Kamal oğlu ayıb olsun sizə. Baxın  və  utanın. Hərçənd ki,bu qadın da utanan  sifət yoxdur. Belə mikrobları  niyə  insanlara sırıyırsınız?” kimi  şərhlər  paylaşılan videonun altında qeyd edilib. Sözügedən videonu təqdim...

21 Noyabr 2024, 13:57

Film istehsalının ƏDV-dən tam azad olması təklif edilib

Film istehsalını təşviq etmək üçün istehsalın ƏDV-dən tam azad olmasına getməliyik. Citypost.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib. "Dövlət sifarişi ilə çəkilən filmlərin həcmi barədə keçən il HP məlumat yaymışdı. Ola bilsin ki, film istehsalını təşfiq etmək üçün istehsalın ƏDV-dən tamamilə azad olmasına getməliyik. Bütövlükdə film istehsalının artması Azərbaycanda iqtisadiyyata müsbət təsir göstərə bilər", deyə deputat vurğulayıb. Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kino sənətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri təklif edilir. Layihəyə əsasən, fiziki...

20 Noyabr 2024, 13:51

Lukaşenko 2 namizədin seçkilərdə iştirakdan imtina etməsinə münasibət bildirib

Belarus prezidenti Aleksandr Lukaşenko onun iki iştirakçısı: Olqa Çemodanova və Sergey Bobrikov-un prezident seçkiləri kampaniyasından çıxmasını şərh edib. Citypost.az xəbər verir ki, onun sözlərini BelTa yayıb. O, bildirib ki, ona Çemodanova və Bobrikovun yarışdan çıxması barədə məlumat verilib. Onun sözlərinə görə, bu, işlədikləri təşkilatların daxilində prezidentliyə namizədliklərinin irəli sürülməsi ilə bağlı qərarın anlaşılmaması səbəbindən baş verib. “İştirak etmək istəyən hər kəsin iştirak edəcəyi qorxusu yoxdur. Artıq ölkəyə nə əyilmək, nə də diz çökdürmək imkanı verməyəcəyik, Allah eləməsin, yıxsın, yıxsın. Kim nə qədər istəsə də, bu mümkün deyil”, - Lukaşenko yekunlaşdırıb. Lukaşenko bir müddət əvvəl hərbi problem olmadığı təqdirdə qadının prezident olacağını bildirmişdi....

14 Noyabr 2024, 17:12

Flora Kərimovaya nə olub?

Xalq artisti Flora Kərimovanın səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb. CityPost.az  xəbər verir ki, bu barədə aparıcı Zümrüd Bədəlova “Gün ortası” proqramında deyib. O bildirib ki, sənətçini verilişinə dəvət edib, lakin vəziyyəti ağırlaşdığı üçün canlı yayımda iştirak edə bilməyib. Məsələ ilə bağlı Xalq artistinin köməkçisi ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, yayılan məlumat tamamilə yalandır: “Yanlış məlumatdır. Hər şey yaxşıdır. Sadəcə analizlər verib. Bunu adi bir insan da verir. Nə olacaq ki? Qonaqları gəldiyi üçün verilişə qatıla bilməyib. Onlara bildirilmişdi ki, evdən çıxa bilməyəcək. Vəziyyətinin ağır olduğu deyilməyib”....

05 Noyabr 2024, 19:55