Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Azərbaycan–İtaliya münasibətləri strateji səviyyədə inkişaf edir

Siyasət 06 May 2026, 11:21

4377

Müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir.  Ölkəmizin  xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlığın xüsusi yeri var. Azərbaycanın istər Avropa İttifaqı, istərsə də quruma  üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Mayın 4-də İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri bir daha iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Qeyd edək ki, İtaliya  Azərbaycannın müstəqilliyini  1992-ci ilin yanvarında tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin may ayında qurulub.  Son illərdə dövlət və hökumət  başçılarının qarşılıqlı səfərləri və imzalanmış çoxsaylı sənədlər münasibətlərin dinamikasında əhəmiyyətli rol oynayır.   2020-ci ilin fevral ayında  Roma şəhərində Azərbaycan  Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir.

Azərbaycan-İtaliya çoxölçülü münasibətləri strateji tərəfdaşlıq xarakterinə malikdir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək və geniş tərkibdə  görüşündə iki ölkənin münasibətlərinin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəfləri müəyyənləşdirildi. Bu səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirildi.   Geniş tərkibdə görüşdə Prezident İlham Əliyev bildirdi ki, Ermənistandan gələrək Azərbaycanı  ziyarət etməyiniz çox rəmzi məna daşıyır. Bu, bir daha Azərbaycana dost münasibətin olduğunu göstərir. Azərbaycanın da  İtaliyaya eyni münasibəti var. Səfər strateji münasibətlərimizin inkişafında çox həlledici rol otnayacaq. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni  isə vurğuladı ki, Azərbaycanda olmaq onun üçün şərəfdir və  məmnunluq hissi doğurur. Azərbaycan İtaliya üçün çox vacib tərəfdaşdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, keçirilən görüşlərdə diqqət İtaliya Prezidenti Sercio Mattarellanın  ötən ilin sentyabrında ölkəmizə rəsmi səfərinə yönəldildi. Bu səfər ölkələrimizin mədəni əlaqələrinin və universitetlə bağlı aparılmış işin nümayiş etdirilməsi nöqteyi-nəzərindən əlamətdar  hadisə  kimi  dəyərləndirildi. Azərbaycanın beynəxlaq əlaqələrdə körpü rolu xüsusi qeyd edildi. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni bildirdi ki, bu körpü buradan Aralıq dənizi regionuna qədər çox uzun bir körpü ola bilər.

Göründüyü kimi, qarşılıqlı səfərlərin dinamikliyi tərəflərin əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olmasını bir daha təsdiqləyir. İstər təkbətək və geniş tərkibdə görüşlərdə, istərsə də  mətbuata bəyanatlarında Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni əlaqələrin inkişafından məmnunluqlarını ifadə etdilər. Bildirildi ki, ticarət əlaqələrimiz yüksək səviyyədədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft  və qaz təchizatında ikinci yerdədir. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib. Onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu həcmi artırmaq üçün müzakirələr aparıldı.  Bunun üçün  Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

 Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın enerji sektorunda qazandığı uğurlar əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır. Regional çərçivədə başlanan əməkdaşlığın coğrafiyasının illər keçdikcə genişlənməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu təsdiqləyir. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 4 il sonra - 2018-ci ilin mayında  rəsmi açılışının keçirilməsi çoxtərəfli əməkdaşlığın  başlanğıcı kimi dəyərləndirildi. 2018-ci ilin iyun ayında TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi ilə Azərbaycan Avropada qaz təchizatında etibarlı tərəfdaşa, İtaliya üçün isə üçüncü ən böyük təbii qaz tədarükçüsünə çevrilib. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqının, həmçinin quruma üzv dövlətlərin rəsmiləri daim yüksək dəyərləndirirlər. Avropa İttifaqı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər qurmaq  istəyir. Avropa İttifaqı, həmçinin quruma daxil  olan dövlətlərin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.

Sözügedən səfər çərçivəsində mətbuata bəyanatında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni bildirdi ki, əməkdaşlığımızı hər zaman səciyyələndirən sahələrdən biri enerji sahəsidir. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Bu plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən 2026-cı ilin ikinci yarısında  Bakıda biznes-forumun keçirilməsi  planlaşdırılıb.

Milli Məclisin deputatı bildirib ki, dünya enerji bazarında investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında  bildirdi ki, İtaliya bazarı bizim üçün çox maraqlıdır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur. “Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var” söyləyən Prezident İlham Əliyev onu da vurğuladı ki, hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların sayının  daha da çox olmasını istəyirik. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanla İtaliya arasında  biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı,  təhsil də xüsusi əhəmiyyət kəsb edir. Münasibətlərin ən mühüm yeniliklərindən biri İtaliya-Azərbaycan Universitetinin yaradılmasıdır. Ötən il oktyabrın 1-də  Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə  Bakıda Universitetin ilk tədris korpuslarının açılışı oldu. İtaliya-Azərbaycan Universitetində təhsil alan gənclər yalnız bilik deyil, həm də iki ölkə arasında mədəniyyətlərarası körpünün daşıyıcısına çevriləcəklər. Eyni zamanda, İtaliyada keçirilən Azərbaycan mədəniyyəti günləri və digər humanitar layihələr xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yaradır. Prezident İlham Əliyev mətbuata bəyanatında  bu məsələni də xüsusi qeyd etdi. Bildirdi ki, keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

Millət vəkili qeyd edib ki, Azərbaycan-İtaliya münasibətlərinin  müxtəlif istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Enerji diplomatiyası ilə başlayan əlaqələr bu gün təhsil, humanitar sahə, sənaye və texnologiya, hərbi-texniki  sahələrdə də  inkişaf edərək  dayanıqlı xarakter alıb. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki,  səfər Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaq. Ölkələrimiz strateji tərəfdaşdırlar. 2014-cü və 2020-ci illərdə imzalanan  strateji tərəfdaşlığa dair iki bəyannamə  münasibətlərimizin əsasını təşkil edir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin  Azərbaycanda olması  bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulamhüseyn Əlibəyli: Paşinyan siyasi taleyini Azərbaycanla sülhə bağladı

Nikol Paşinyan siyasi karyerasına baxdıqda bir məsələni xüsusu qeyd etmək lazım gəlir. Paşinyan ən riskli anlarda həmişə eyni üsula əl atır: tərəzinin bir gözünə Ermənistan umun mühüm olan bir məsələni, digər gözünə isə özünün siyasi taleyini qoyur.. 2018-ci ildə küçədən hakimiyyətə gələndə də, 2021-ci ildə hərbi məğlubiyyətdən sonra istefa verib növbədənkənar seçkiyə gedəndə də bu taktikadan istifadə edib. Noyabrın 19-da Ermənistanın baş naziri Azərbaycanla sülhün taleyinə münasibətdə də .bu kartı yenidən masaya qoydu. Ermənistan hökumətinin iclasında 2026–2031-ci illər üçün fəaliyyət proqramı təsdiqləndi. Proqrama yeni Konstitusiyanın qəbulu və Azərbaycanla sülh prosesinin möhkəmləndirilməsi daxildir. Paşinyan həmin iclasda müxalifətə açıq şəkildə referenduma getməyi təklif...

23 Noyabr 2026, 07:50

Məhəmməd Əsədullazadə: “Putinin yalnız bir dostu var, o da Lukaşenkodur”

Politoloq Məhəmməd Əsədullazadə ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə münasibətləri və beynəlxalq siyasi proseslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq bu barədə sosial şəbəkədəki şəxsi hesabında paylaşım edib.Məhəmməd Əsədullazadə bildirib ki, Donald Tramp Vladimir Putinlə dost olduğunu açıq şəkildə bəyan etsə də, bu münasibətləri ABŞ dövlətinin mövqeyi ilə eyniləşdirmək düzgün deyil.Politoloqun sözlərinə görə, ABŞ dövləti nə Rusiyanın, nə də Vladimir Putinin dostudur. O, həmçinin Putinin Trampı dost kimi qəbul etmədiyini iddia edib.Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya liderinin yeganə dostu Belarus Prezidenti Aleksandr Lukaşenkodur.Politoloq Çində keçirilən üçtərəfli konfransa da münasibət bildirib. Onun fikrincə, həmin görüşdə Donald Tramp...

23 Noyabr 2026, 00:30

Prezident İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırlayıb, yeni vəzifəsi ilə bağlı qonağı təbrik edib.Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri və bu çərçivədə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının münasibətlərimizin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin ən...

22 Noyabr 2026, 20:37

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.Citypost.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin...

21 Noyabr 2026, 15:57

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib

21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib.Citypost.az xəbər verir ki, Bəyanatda tərəflər 1992-ci ildə diplomatik münasibətlərin təsis edilməsindən etibarən Azərbaycanın və Vyetnamın hər iki dövlətin rifahı naminə qarşılıqlı etimad, bərabərlik və qarşılıqlı hörmət əsasında güclü, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurduqlarını qeyd etdilər. Onlar qarşılıqlı etimadın, suverenliyin, ərazi bütövlüyünün, daxili işlərə qarışmamanın və beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ciddi riayət etmənin ikitərəfli əlaqələrin möhkəm təməli olduğunu vurğuladılar.Dövlət başçıları 2025-ci ilin...

21 Noyabr 2026, 15:53

Vüqar Rəhimzadə: İlham Əliyevin Vyetnam səfəri strateji əhəmiyyət daşıyır

Beynəlxalq münasibətlər sistemində mövqeyini günbəgün möhkəmləndirən Azərbaycanın xarici siyasətində əməkdaşlıq coğrafiyasının genişləndirilməsi, eləcə də ənənəvi tərəfdaşlarla əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas prioritetlərdəndir. Bunun üçün təkcə cari ilin ötən dövrü ərzində qarşılıqlı səfərlərin dinamikliyinə, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər fonunda yeni əməkdaşlıq formatlarının formalaşmasına və dövlət başçısı İlham Əliyevin beynəlxalq sammitlər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərə nəzər salmaq kifayətdir. Çoxtərəfliliyin fəal tərəfdarı kimi çıxış edən Azərbaycan bu mövqeyini atdığı əməli addımlarla təsdiqləyir. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verən ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu yanaşma özünü çoxillik tarixi bağlara malik dövlətlərlə...

21 Noyabr 2026, 15:30