Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 21 Noyabr 2026, 15:53
410
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib.
Citypost.az xəbər verir ki, Bəyanatda tərəflər 1992-ci ildə diplomatik münasibətlərin təsis edilməsindən etibarən Azərbaycanın və Vyetnamın hər iki dövlətin rifahı naminə qarşılıqlı etimad, bərabərlik və qarşılıqlı hörmət əsasında güclü, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurduqlarını qeyd etdilər. Onlar qarşılıqlı etimadın, suverenliyin, ərazi bütövlüyünün, daxili işlərə qarışmamanın və beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ciddi riayət etmənin ikitərəfli əlaqələrin möhkəm təməli olduğunu vurğuladılar.
Dövlət başçıları 2025-ci ilin 7 may tarixində qəbul edilmiş Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatda əks olunan prinsiplərə sadiq olduqlarını bir daha təsdiqlədilər.
Sənəddə tərəflər Azərbaycan Respublikası Prezidentinin rəsmi səfərinin Azərbaycan və Vyetnam arasında ənənəvi dostluğun daha da möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, əməkdaşlığın aşağıdakı prioritet istiqamətləri barədə razılığa gəldilər:
Siyasi və diplomatik münasibətlər:
Ali səviyyəli səfərlər də daxil olmaqla, qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsi, bütün səviyyələrdə mübadilə və əlaqələrin gücləndirilməsi, həmçinin hər iki dövlətin müvafiq orqanları arasında yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarının araşdırılması,
Strateji tərəfdaşlığın müddəalarının həyata keçirilməsində hər iki qanunverici orqanın rolunun artırılması üçün parlament əməkdaşlığının genişləndirilməsi, eyni zamanda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişaf etdirilməsi.
İqtisadi, ticarət, enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlıq:
Həmçinin oxuyun
Prioritet sektorlarda, xüsusilə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın təşviqi, ikitərəfli iqtisadi mexanizmlərin səmərəliliyinin artırılması,
Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsulları üçün bazara çıxışın asanlaşdırılması, kənd təsərrüfatında qabaqcıl texnologiyalar və tətbiqlərin dəstəklənməsi,
İqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və yaşıl inkişaf üzrə birgə proqramların həyata keçirilməsi,
Mədənçıxarma və alüminium sənayeləri sahələrində əməkdaşlığın genişləndirilməsi,
Neft və qaz sahəsində əlaqələrin gücləndirilməsi, eləcə də enerji məhsullarının təchizatında əməkdaşlığın genişləndirilməsi, xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı üçün uzunmüddətli razılaşmaların əldə edilməsi,
Nəqliyyat (dəmiryolu, quru yol, hava və dəniz) bağlantıları sahəsində təcrübə mübadiləsinin aparılması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə əməkdaşlığın fəal təşviqi.
Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq:
Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, hüquq-mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsinin artırılması, mütəşəkkil və transmilli cinayətkarlığın, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alverinin, kibercinayətkarlığın və qarşılıqlı narahatlıq doğuran digər təhlükəsizlik təhdidlərinin və çağırışlarının qarşısının alınması və onlarla mübarizədə əlaqələndirmənin gücləndirilməsi.
Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq:
Turizm axınlarının, ticarət dövriyyəsinin və insanlararası mübadilənin artırılması məqsədilə Azərbaycan və Vyetnam arasında birbaşa uçuşların təşkilinin təşviqi,
İncəsənət və turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni və tarixi mübadilələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, o cümlədən hər iki dövlətin əyalət və şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulmasının təşviqi,
Təhsil sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi, qarşılıqlı tələbə təqaüdlərinin verilməsi, həmçinin birgə tədqiqat layihələrinin icrası və tələbələr və tədqiqatçılar üçün davamlı mübadilə mexanizmlərinin yaradılması.
Çoxtərəfli əməkdaşlıq:
Beynəlxalq və regional təşkilatlar, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əlaqələndirmənin genişləndirilməsi və qarşılıqlı dəstəyin təmin edilməsi, həmçinin Azərbaycan ilə ASEAN və onun üzv dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi.
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.Citypost.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin...
21 Noyabr 2026, 15:57
Vüqar Rəhimzadə: İlham Əliyevin Vyetnam səfəri strateji əhəmiyyət daşıyır
Beynəlxalq münasibətlər sistemində mövqeyini günbəgün möhkəmləndirən Azərbaycanın xarici siyasətində əməkdaşlıq coğrafiyasının genişləndirilməsi, eləcə də ənənəvi tərəfdaşlarla əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas prioritetlərdəndir. Bunun üçün təkcə cari ilin ötən dövrü ərzində qarşılıqlı səfərlərin dinamikliyinə, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər fonunda yeni əməkdaşlıq formatlarının formalaşmasına və dövlət başçısı İlham Əliyevin beynəlxalq sammitlər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərə nəzər salmaq kifayətdir. Çoxtərəfliliyin fəal tərəfdarı kimi çıxış edən Azərbaycan bu mövqeyini atdığı əməli addımlarla təsdiqləyir. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verən ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu yanaşma özünü çoxillik tarixi bağlara malik dövlətlərlə...
21 Noyabr 2026, 15:30
Prezident: Vyetnam Azərbaycan üçün mühüm tərəfdaşdır
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib.Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırıb
21 Noyabr 2026, 15:17
To Lam: Azərbaycan Avropa və Asiyanın bənzərsiz incisidir
Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur.Citypost.az xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda çıxışı zamanı deyib.“Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir”, - deyə Vyetnam Prezidenti əlavə edib....
21 Noyabr 2026, 15:17
Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.Citypost.az xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər.Əvvəlcə Vyetnam Prezidenti çıxış edib.Prezident To Lamın çıxışı- Zati-aliləri Prezident İlham Əliyev və birinci xanım.Hörmətli qonaqlar.Bir daha Sizə, cənab Prezident, birinci xanıma və Azərbaycan Respublikasının yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnama rəsmi səfəriniz münasibətilə ən səmimi salamlarımı çatdırmaq istəyirəm. Siz “Odlar Yurdu”ndan minilliklər boyu mədəniyyət tarixi olan paytaxt şəhər Hanoya özünüzlə səmimi sevginizi gətirmisiniz. Vyetnamı və Azərbaycanı minlərlə kilometr ayırır. Hər iki ölkənin özünəməxsus coğrafi və mədəni...
21 Noyabr 2026, 15:09
Zaur Şükürov: Azərbaycan-Vyetnam əlaqələri strateji əhəmiyyət daşıyır
Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin həyata keçirdiyi uzaqgörən, balanslı və praqmatik xarici siyasət kursu çərçivəsində fərqli coğrafiyalarda milli maraqlarımıza cavab verən beynəlxalq əməkdaşlığımız uğurla inkişaf etməkdədir. Məhz bu stategiyanın nəticəsində ölkəmizin nüfuzunun davamlı olaraq yüksəlməsi və etibarlı tərəfdaşa çevrilməsi müxtəlif siyasi-iqtisadi inkişaf və idarəçilik modelinə malik olan dövlətlərin, habelə regional və beynəlxalq təşkilatların Azərbaycana marağını artırır.Bu xüsusda, son dövrlər Cənub-Şərqi Asiya dövlətləri ilə münasibətlərimizin inkişafı diqqət çəkir. Bu regionun dinamik inkişaf edən dövlətlərindən olan Vyetnamla da ikitərəfli və çoxtərəfli müstəvilərdə səmərəli əməkdaşlığın təşəkkül tapdığını və qarşılıqlı faydalılıq əsasda inkişafını müşahidə edirik. Dövlətlərarası əlaqələrin dərinləşməsinə heç şübhəsiz ölkə...
21 Noyabr 2026, 11:11