Mərhum deputat, tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın vəfatının ildönümüdür. Tanınmış şair Şəmsi Vəfadar bununla bağlı mərhum deputatın işıqlı xatirəsinə həsr etdiyi şeiri təqdim edirik:
Qənirə Paşayevanın işıqlı xatirəsinə
Ölüm,sənə ölüm olsun...
Bir gör kimi gedib sevdin.
Ölüm,sənə zülüm olsun,
Dərddən,qəmdən binələnib
Qapısı yox,bacası yox
Bu nə koma,bu nə evdi...?!
Köksündəki gizli yara,
Boy atırmış demə hər gün.
Qəlbi oldu para-para,
Gözlərindən boylanardı,
İlk məhəbbət üzgün-üzgün...
Özü boyda bir ürəkdi,
Dərdi sevdi heyran oldu.
Yaralanmış quş tək səkdi,
O ölümə baxıb güldü...
Qəlbi dərdə meydan oldu.