Bizə yazın

Baku

-°C

USD

-

Putin Ramiz Mehdiyevi niyə qurban verdi?  

Cəmiyyət 17 Oktyabr 2025, 10:37

381

Dövlətə xəyanət ittihamı ilə məsuliyyətə cəlb edilən Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar yayılıb. Bu informasiya Bakı-Moskva xəttindəki baş verənlərin pərdəarxasını anlamağa imkan verir.

Mehdiyevin Əliyevlə Putinin Düşənbə görüşündən sonra həbs olunması suallar yaratmışdı: Bakı-Moskva xəttində problemlər aradan qalxdığı vaxt Rusiyaya bağlı fiqur niyə həbs olundu?

Yayılan məlumatlar bu suala aydınlıq gətirir: Rusiya tərəfi Düşənbədə Mehdiyevin çevriliş planı ilə bağlı Azərbaycanı məlumatlandırıb. Əliyevlə Putinin görüşündən dərhal sonra Mehdiyevin həbs edilməsi də bu informasiyanın doğruluq payını gücləndirir, çünki siyasi və ictimai fəaliyyətdən uzaqlaşmış 87 yaşlı keçmiş "boz kardinal”ın neytrallaşdırılması zərurəti yalnız dövlətə real təhlükə yarada biləcəyi halda baş verə bilərdi. Aydın olur ki, Mehdiyev son bir il ərzində Azərbaycanda çevrilişin həyata keçirilməsi planına Rusiyanın dəstək verməsi istiqamətində işləyirmiş.

Əslində onun 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri postundan gedişindən sonra "geri qayıtmaq” uğrunda mübarizə aparacağı və formalaşdırdığı "beşinci kalon” vasitəsilə təxribatlar törədəcəyi gözləntiləri vardı. Hətta Mehdiyevin AMEA-nın prezidenti postunda olduğu dövrdə elm ocağını özünün siyasi təxribat planlarının yuvasına çevirdiyi deyilirdi: "beşinci kalon”un üzvlərini Elmlər Akademiyasındakı ofisində qəbul edir, müəyən tapşırıqlar verirdi, eyni zamanda, Rusiyadan gələn emissarları da burada qəbul edirdi.

Bunu ispat edən faktlar da mövcuddur: Mehdiyevin AMEA-da yaratdığı vəziyyət elm adamlarının ciddi narazılığına səbəb olmuşdu, etiraz dalğası ictimai şəkildə dilə gətirilirdi. 2022-ci ilin 14 fevralında Akademiyada keçirilən iclasda o, yaşı ilə əlaqədar vəzifəsindən getmək istəyi haqqında Prezident İlham Əliyevə müraciət edəcəyini bildirdi. Bundan 5 gün sonra – 19 fevralda AMEA-nın ümumi yığıncağında Mehdiyevin istefası qəbul olundu. Hərçənd, 17 martda Mehdiyev yenidən AMEA-da peyda oldu. İlkin məlumata görə, gəlişinin səbəbi şəxsi əşyalarını götürmək olub, daha sonra isə Mehdiyevin Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüşdüyü məlum oldu.

Hələ o vaxtdan Mehdiyevin Rusiyada bağlı olduğu dairələrlə sıx əlaqədə olduğu aydın görünürdü, lakin ictimai-siyasi həyatdan tamamilə çəkildikdən sonra hesab etmək olardı ki, "zamanın keçdiyi” reallığını qəbul edib və ömrünün ahıl dövrünü ailəsi ilə birlikdə keçirir. Məlumatlar isə onun "bəlkə də qaytardılar” ümidi ilə təxribat planlarından əl çəkmədiyini göstərir. Burada müxtəlif səbəblər ola bilər.

1. 87 yaşlı Mehdiyev qisas hissi ilə yaşayırmış və hələ də "güclü olduğunu” düşünürmüş;

2. Ömrünü həsr etdiyi imperiya naminə ölümündən öncə Rusiyanın maraqlarına sonuncu xidməti edib;

3. Fiziki və mənəvi baxımdan adekvat olmasa da, prezident postuna yüksəlmək, ölkənin birinci şəxsinə çevrilmək ehtirasının əsirinə çevrilib;

Mehdiyev AZAL-ın təyyarəsinin vurulmasından sonra Azərbaycan-Rusiya xəttində yaranmış böhranlı vəziyyəti hədəfinə çatmaq üçün "unikal şans” olaraq görüb. Məlumatlara görə, o, Azərbaycanda çevriliş planının hazır olduğu haqda Rusiyanı məlumatlandırıb və dəstək istəyib. Plana görə, hakimiyyəti zorla ələ keçirdikdən sonra keçid dövründə Mehdiyevin rəhbərlik edəcəyi Dövlət Şurası formatında mexanizm yaradılacaqmış. Hətta bu qurumda təmsil olunacaq şəxslərin məlumatları da Rusiya ilə paylaşılıb.

Rusiyanın çevriliş planını Azərbaycanla paylaşması Mehdiyevin təxribatlarını ifşa etdi. Bu məqam xüsusilə diqqətçəkəndir: Rusiya ona işləyən Mehdiyevi niyə ifşa edib?

Bu sualın birdən çox cavabı mümkündür.

Birincisi, Putinin planla razılaşmaması ola bilər;

Rusiyada Azərbaycana münasibətdə həmişə iki kanalın mövcud olduğu məlumdur: bir xətt – Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi sərt mövqe sərgiləyir, digər xətt – Kreml daha loyal münasibət göstərir; bu, Rusiyanın postsovet məkanında məşhur olan "yaxşı və pis polis” taktikasından irəli gəlsə də, bir sıra hallarda kanalların yanaşmalarında ziddiyyətlər, toqquşmalar da olur, lakin son qərar prezident Putin tərəfindən verilir;

Görünür, Mehdiyev çevriliş planını Rusiyada bağlı olduğu kanallarla paylaşıb və bu, Putinə məruzə olunub. Azərbaycanla münasibətlərin kəskin atmosferi fonunda planın qəbul ediləcəyi gözləntiləri olsa da, Rusiya prezidenti imtina edib və Bakı ilə münasibətlərin normallaşmasında nə qədər maraqlı olduğunu təsdiq etmək üçün Düşənbədə Əliyevi məlumatlandırıb.

İkincisi, Rusiya perspektivi olmayan çevriliş planından siyasi məqsəd üçün istifadə edib;

Mümkündür ki, Mehdiyevin çevriliş planı Kremlə təqdim olunub, lakin bunun reallaşmasının qeyri-real olduğunu, xüsusilə Prezident İlham Əliyevin ölkədəki reytinqi və Azərbaycanda Rusiyaya olan mənfi münasibət fonunda, Moskvada anlayıblar. Onu da anlayıblar ki, perspektivsiz çevriliş cəhdinin dəstəklənməsi Azərbaycanla münasibətlərdə geridönüşü olmayan vəziyyət yarada, Rusiyanın bölgədəki mövqelərinə ciddi zərbə vura bilər. Bu baxımdan, Moskva Mehdiyev və komandasını Bakı ilə münasibətlərdə siyasi divident qazanmaq üçün qurban verib.

Bundan sonra nələr olacağını təxmin etmək çətin deyil:

- Mehdiyevin vəzifəsindən sui-istifadə edərək, əldə etdiyi qeyri-qanuni sərvət dövlət tərəfindən müsadirə ediləcək;

- Aldığı dövlət mükafatlarından məhrum ediləcək;

- İllərdir formalaşdırdığı və bu millətə xidmət etmədikləri sirr olmayan şəbəkəsi ifşa ediləcək;

Baş verənlərdə bir həqiqət xüsusilə örnək hesab oluna bilər: Ramiz Mehdiyevi xidmət etdikləri qurban verdi.

Asif Nərimanlı

Teleqraf.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rektora 60 min manat atdılar - Professoru aldadanlar kimlərdir?   

Son zamanlar Azərbaycanda mənzil dələduzluğu  pilləli  şəkildə artmaqdadır.CityPost.az     xəbər   verir   ki, belə şirkətlərdən biri də hüquqi ünvanı  Bakı şəhəri,Səbail rayonu,T.Əliyarbəyov qardaşları  ev 25,mənzil 43 olan Xırdalan şəhəri,H.Aslanov küçəsi 21 ünvanında çoxmərtəbəli mənzil inşa edən "Avro Qrand" MMC-dir.Adıçəkilən şirkətin direktoru,satış şöbə rəisi və  iş icraçısı Xanlar Məmməd oğlu Cəfərov,Xəzər Qurban oğlu Əliyev və Elgiz Eldar oğlu İsmayılov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,professor  Zəfər Qəzənfər oğlu Qurbanovu mənzil satacaqları adı ilə 60 min manat aldadıblar.Onlar Zəfər Qurbanova satdıqları mənzili eyni zamanda Vüsal Hüseynov,Elçin Gülalıyev,Vüqar Abdullayev adlı şəxslərə də eyni üsulla  satıblar.Şirkətin hər 3 səlahiyyətlisi hazırda həbsdədir.Barələrində  Azərbaycan Respublikası Baş Prokuroru yanında...

17 Oktyabr 2025, 16:13

Boz kardinalın bir düşməni də üzə çıxdı - Sabiq deputat Əsabil Qasımov 

"...Biz onlarla düşmənik".Son günlər medianın əsas müzakirə mövzusu  Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ittihamlar və onun ev dustaqlığına məhkum edilməsi ictimai rezonans doğurub.Müzakirə edilən mövzulardan biri də Ramiz Mehdiyevin vaxtı ilə "krişalıq" etdiyi  şəxslərlə bağlıdır. Onun malı-mülkü,villaları,ailə biznesi də günlərdir  gündəm yaradıb.CityPost.az   xəbər  verir   ki, Oxu24.com-a məlumat verən mənbə bildirib ki,Ramiz Mehdiyevin sıx biznes əlaqələri olduğu  şəxslərdən biri də keçmiş deputat,hazırda sahibkarlıq fəaliyyəti ilə  məşğul olan Əsabil Qasımovdur.Mənbənin bildirdiyinə görə, Əsabil Qasımov uzun müddət  Ramiz  Mehdiyevin  kürəkəni ,sabiq millət vəkili,sahibkar İlham Əliyevlə iş birliyində olub.Ramiz Mehdiyevin kürəkəni  İlham Əliyevin bu iş birliyi  Əsabil Qasımova məxsus    "Karat Holdinq"...

17 Oktyabr 2025, 15:42

DYP yağışlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib 

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.Bu barədə Cityost.az-a  idarədən məlumat verilib.Bildirilib ki, hazırda ölkə ərazisində yağışlı hava şəraiti müşahidə olunur:"Belə hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir".Müraciətdə qeyd...

17 Oktyabr 2025, 10:19

"Al market" vətəndaşları belə aldadır - FOTO

"Al Market"dən aldığı məhsul sözün əsl mənasında vətəndaşı şoka salıb.Bu barədə  CityPost.az-a marketdən şikayətçi olan vətəndaş  Rövşən Mahmudov məlumat verib.Onun sözlərinə görə,15 oktaybr 2025-ci il tarixdə marketlər şəbəkəsinin Yasamal rayonu,Mətbuat Prospektində yerləşən filialından aldığı pomidorun keyfiyyətindən narazı qalıb.Vətəndaşa satılan  pomidorun üzəri qırmızı olsa da,içərisinin  ağ rəngdə olması onda narahatlıq yaradıb. Təbii ki, bu formada  məhsulun  satışı  istehlakçı  hüquqlarının  ciddi  şəkildə  pozulmasıdır.Keyfiyyətsiz məhsulun satışı ilə bağlı  "Al Market"in  zəng xidməti ilə əlaqə saxlamaq istəsək də,dəstəyi qaldıran olmadı.İddia ilə bağlı qarşı tərəfin mövqeyini təqdim etməyə hazırıq.Miri Məcidli...

16 Oktyabr 2025, 15:42

Hərbi prokurora böyük köməkçi təyin edilib 

Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.CityPost.az-a Hərbi Prokurorluqdan daxil olan məlumata əsasən, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunmuş, İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

16 Oktyabr 2025, 13:23

Maliyyə Nazirliyi: Əhalinin orta ömrünün artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır 

Azərbaycanda əhalinin gözlənilən orta ömür uzunluğunun artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır.CityPost.az  xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.Sənədə əsasən, hazırda ölkəmizdə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər.Hazırda ölkə əhalisinin 69,7 %-i əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 %-i isə 65 və daha yuxarı yaş qrupuna aiddir, qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya...

16 Oktyabr 2025, 10:11